Azərbaycan Respublikası
Prezidentinin “Ortamüddətli
xərclər çərçivəsinin
hazırlanması Qaydası”nın
təsdiq edilməsi haqqında” 2018-ci il 24 avqust tarixli 235 nömrəli, “Azərbaycan
Respublikasının 2019-cu il
dövlət büdcəsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə bağlı bir sıra məsələlər
barədə” 2018-ci il
22 dekabr tarixli 431 nömrəli fərmanlarında
dəyişiklik edilməsi
və “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı
həddinin hesablanması
Qaydası”nın təsdiq
edilməsi haqqında”
2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanının ləğv
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2021-ci il 24 dekabr tarixli 440-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 8, maddə
1685; 2019, ¹ 2, maddə 212; 2021, ¹ 9, maddələr 987, 981) ilə
təsdiq edilmiş “Ortamüddətli xərclər
çərçivəsinin hazırlanması Qaydası”nın
4.17-ci bəndindən “xərclənə
bilən neft gəlirləri,” sözləri
çıxarılsın.
2. “Azərbaycan Respublikasının 2019-cu il
dövlət büdcəsi
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiqi ilə bağlı bir sıra məsələlər
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 12 (I kitab),
maddə 2588; 2019, ¹ 1, maddə
71, ¹ 5, maddə 866, ¹ 7, maddə
1244; Azərbaycan Respublikası
Prezidentinin 2019-cu il 16
aprel tarixli 644 nömrəli və 19 aprel tarixli 653 nömrəli fərmanları)
2-ci hissəsindən “, 2020-ci il və növbəti
iki il üçün
hədəf göstəriciləri
müvafiq olaraq 30,1,
29,1 və 28,1 faiz” sözləri çıxarılsın.
3. “Büdcə qaydasına uyğun icmal büdcə xərclərinin yuxarı
həddinin hesablanması
Qaydası”nın təsdiq
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 18 dekabr tarixli 411 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2018, ¹ 12 (I kitab),
maddə 2568; 2019, ¹ 11, maddə
1698; 2021, ¹ 9, maddə 987) ləğv
edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
30 dekabr 2021-ci il
Azərbaycan.- 2021.- 31 dekabr.- S.23.