“Ağdam rayonunda
məcburi köçkün icması üçün Resurs Mərkəzinin
yaradılması” layihəsi başa çatıb
“Regional İnkişaf”
İctimai Birliyinin
(RİİB) Birləşmiş Millətlər Təşkilatının
Qaçqınlar üzrə
Ali Komissarlığının (BMT QAK) dəstəyi ilə həyata keçirdiyi “Ağdam rayonunda məcburi köçkün
icması üçün
Resurs Mərkəzinin
yaradılması” layihəsinin
yekun hesabat iclası keçirilib.
Iclasda “Regional İnkişaf” İctimai Birliyinin, müxtəlif təhsil, səhiyyə və sosial xidmət müəssisələrinin
nümayəndələri və
yerli icma üzvləri iştirak edib.
“Regional İnkişaf”
İctimai Birliyinin nümayəndəsi layihə
çərçivəsində görülən işlər
barədə məlumat
verərək bildirib ki, Ağdam rayonunun Birinci Dördyol qəsəbəsində
Resurs Mərkəzinin
fəaliyyəti təmin
edilmiş, icma üzvlərinin ehtiyaclarının
araşdırılması və
qiymətləndirilməsi məqsədilə
sorğular keçirilib,
hədəf qrup müzakirələri aparılıb,
icmada çalışan
200-dən çox sosial,
təhsil və tibb işçisi təlimlərə cəlb
olunub, eləcə də icma üzvləri
səyyar təlimlər
vasitəsilə beynəlxalq
və yerli qanunvericilikdə nəzərdə
tutulmuş hüquq və təminatları barədə maarifləndirilmiş,
əhaliyə maarifləndirici
materiallar paylanılmışdır.
Daha sonra layihə komponentləri üzrə
müzakirələr aparılıb.
Azərbaycan.- 2021.- 31 dekabr.- S.21.