2021-ci ildəAzərenerji” 23 enerji obyektini istismara verib

 

Yola salmaqda olduğumuz 2021-ci ildəAzərenerji”nin 23 elektrik stansiya yarımstansiyası tikilib ya yenidən qurularaq istismara verilib. Qurumun Mətbuat xidmətindən  verilən məlumata görə, ölkənin ən böyük yarımstansiyası olan 500 kilovoltluqAbşeronyarımstansiyası, həmçinin strateji əhəmiyyətli 220 kilovoltluqXırdalanHövsan”, o cümlədən sistem əhəmiyyətli 110 kilovoltluqBinəqədi”, “Xırdalan-2”, “Maştağa”, “Suraxanıyarımstansiyaları yenidənqurmadan sonra cənab Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib.  3 sentyabr tarixində Prezident İlham Əliyevin iştirakı iləSumqayıtElektrik Stansiyasının əsaslı təmiri, yeni estakada nasos stansiyasının istismara verilməsi ilə 2018-2021-ci illəri əhatə edən Enerjisistemin Reabilitasiya Proqramı başa çatıb. 2021-ci ildə Enerjisistemin yeni SCADA proqramı istifadəyə verilib, tikilməkdə olan 330 kilovoltluq yarımstansiya, 385 meqavatlıq elektrik stansiyasından ibarətQobuEnerji Qovşağında işlər yekunlaşıb. Nəhayət, 2021-ci ildə işğaldan azad olunmuş ərazilərdə 13 enerji obyekti tikilib yenidən qurulub. Cənab Prezidentin iştirakı ilə LaçındakıGüləbird” SES, “Suqovuşan-1” “Suqovuşan-2” kiçik su elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olub. “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında işlər tamamlanıb. İşğaldan azad olunmuş ərazilərdə 110/35/10 kV-luq 9 rəqəmsal yarımstansiya tikilib. Mayın 12-də “Şuşa”, iyunun 14-də “FüzuliŞükürbəyli”, avqustun 16-da “Kəlbəcər”, oktyabrın 4-də “Cəbrayıl”, oktyabrın 20-də “Zəngilan”, oktyabrın 25-də isəQubadlıyarımstansiyalarının cənab Prezidentin iştirakı ilə açılışı olub. Ağdam rayonunda iki yerdə inşa edilən 110/35/10 kV-luq “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, o cümlədənQarabağ” Regional Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi yekunlaşıb.

Azərenerji”nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayevin sözlərinə görə, Qarabağ Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı Azərbaycanın ümumi enerji sisteminə qoşulmaqla yanaşı, tam rəqəmsallaşdırılıb: “Belə ki, dördüncü Sənaye inqilabına uyğun olaraq intellektual enerjisistem konsepsiyası həyata keçirilib müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar modeli formalaşdırılıb. İstismara verilən yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, açılıb qoşulma əməliyyatları, tədarük paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması proqram təminatı vasitəsi ilə avtomatik həyata keçirilir”.

Azad olunmuş ərazilərdə ümumi uzunluğu 365 km məsafədə ikidövrəli olmaqla 10 istiqamətdə yüksəkgərginlikli 110 kilovoltluq elektrik verilişi xətti çəkilib.

 

Azərbaycan.- 2021.- 31 dekabr.- S.25.