Azərbaycan
Respublikası Prezidentinin “Azərbaycan
Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin strukturunun təkmilləşdirilməsi
haqqında” 2016-cı il 29 mart
tarixli 1932 nömrəli, “Azərbaycan
Respublikasında turizmin inkişafı ilə
bağlı əlavə tədbirlər haqqında” 2016-cı
il 1 sentyabr tarixli 2295 nömrəli, “Azərbaycan
Respublikasına turist axınının sürətləndirilməsi ilə
bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 20 fevral tarixli
2677 nömrəli, “Bakı Prosesi”nin 10-cu ildönümünün
qeyd edilməsi haqqında” 2017-ci il 17 noyabr tarixli
3392 nömrəli, “Azərbaycan Respublikasında
baramaçılığın və ipəkçiliyin inkişafına dair
2018-2025-ci illər üçün
Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında” 2017-ci il 27 noyabr
tarixli 3406 nömrəli və “Azərbaycan
Respublikasında xalça sənətinin
qorunmasına və inkişaf etdirilməsinə
dair 2018-2022-ci illər üçün
Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında” 2018-ci il 28 fevral
tarixli 3722 nömrəli sərəncamlarında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 3, maddə 572) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adından, preambuladan, 1-ci hissədən (hər üç halda), 2-ci hissədən və 3-cü hissədən (hər dörd halda) “və Turizm” sözləri çıxarılsın;
1.2. 2.1 - 2.15-ci bəndlərdən “və Turizm” və “və turizm” sözləri çıxarılsın.
2. “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 sentyabr tarixli 2295 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 9, maddə 1492; 2017, ¹ 4, maddə 603; 2018, ¹ 9, maddə 1840, ¹ 12 (II kitab), maddə 2698) 3.3-cü, 3.5-ci, 3.6-cı bəndlərində və 4-cü hissəsində ismin müvafiq hallarında “Mədəniyyət və Turizm Nazirliyi” sözləri ismin müvafiq hallarında “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.
3. “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 20 fevral tarixli 2677 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 2, maddə 254; 2018, ¹ 8, maddə 1678) 6-cı hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Dövlət Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.
4. “Bakı Prosesi”nin 10-cu ildönümünün qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 noyabr tarixli 3392 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 11, maddə 2101) 2-ci hissəsindən “və Turizm “ sözləri çıxarılsın.
5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 noyabr tarixli 3406 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 11, maddə 2115; 2018, ¹ 11, maddə 2287; 2019, ¹ 5, maddə 909) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın 8.5.2-ci yarımbəndinin “İcraçılar” sütunundan “və Turizm” sözləri çıxarılsın.
6. Azərbaycan
Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 3722 nömrəli
Sərəncamı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018, ¹ 2, maddə 325, ¹ 12 (I kitab), maddə
2601) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında
xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə
dair 2018-2022-ci illər üçün Dövlət
Proqramı”nın 7.1.2-ci, 7.1.6-cı, 7.1.8-ci, 7.1.9-cu, 7.2.12-ci,
7.4.1-ci və 7.4.2-ci yarımbəndlərinin
“İcraçılar” sütunundan “və Turizm” sözləri
çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
29 yanvar 2021-ci il
Azərbaycan.-2021.- 2 fevral.- S.5.