Azərbaycan
Respublikası Prezidentinin “2011-ci il aprelin 8-də Bakı
şəhərində imzalanmış “Azərbaycan
Respublikası Hökuməti və Bolqarıstan Respublikası
Hökuməti arasında mədəniyyət
sahəsində əməkdaşlığa dair
Saziş”in təsdiq
edilməsi haqqında” 2011-ci il 7 iyun tarixli 447 nömrəli,
“2011-ci il aprelin 9-da Bakı
şəhərində imzalanmış “Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm
Nazirliyi və İraq
Respublikasının Mədəniyyət Nazirliyi
arasında mədəniyyət sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2011-ci il 7 iyun tarixli
449 nömrəli, “Azərbaycan Respublikası
və Monteneqro arasında 2011-ci il sentyabrın 16-da Bakı şəhərində
imzalanmış sənədlər haqqında” 2011-ci il 24 noyabr tarixli
530 nömrəli, “Azərbaycan Respublikası və Çexiya Respublikası arasında 2012-ci il aprelin 5-də Praqa şəhərində imzalanmış
sazişlərin təsdiq edilməsi haqqında” 2012-ci il 19 iyun tarixli
660 nömrəli, “2012-ci il
aprelin 12-də Bakı şəhərində
imzalanmış “Azərbaycan Respublikası Hökuməti və
San Marino Respublikası
Hökuməti arasında turizm sahəsində
əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 19 iyun tarixli
662 nömrəli, “2012-ci il noyabrın
29-da Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi və
Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və
İdman Nazirliyi
arasında mədəniyyət və turizm
sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi
barədə” 2013-cü il 7 mart tarixli 840 nömrəli və “2013-cü il
fevralın 14-də Bakı şəhərində imzalanmış
“Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti
arasında mədəniyyət sahəsində əməkdaşlığa
dair Saziş”in təsdiq edilməsi barədə” 2013-cü
il 15 mart tarixli 848 nömrəli fərmanlarında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, “Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyinin
fəaliyyətinin təmin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanının icrasını
təmin etmək məqsədilə qərara
alıram:
1. “2011-ci
il aprelin 8-də Bakı şəhərində
imzalanmış “Azərbaycan
Respublikası Hökuməti
və Bolqarıstan Respublikası Hökuməti
arasında mədəniyyət
sahəsində əməkdaşlığa
dair Saziş”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 7 iyun tarixli 447 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, № 6, maddə
502) 2-ci hissəsindən “və
Turizm” sözləri çıxarılsın.
2. “2011-ci
il aprelin 9-da Bakı şəhərində
imzalanmış “Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyi və İraq Respublikasının
Mədəniyyət Nazirliyi
arasında mədəniyyət
sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 7 iyun tarixli 449 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, № 6, maddə 504) 2-ci hissəsindən
“və Turizm” sözləri çıxarılsın.
3. “Azərbaycan Respublikası
və Monteneqro arasında 2011-ci il sentyabrın 16-da Bakı şəhərində imzalanmış
sənədlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 24
noyabr tarixli 530 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2011, № 11, maddə 1002) 2-ci hissəsi
aşağıdakı redaksiyada
verilsin:
“2. Azərbaycan Respublikasının
Dövlət Turizm Agentliyi bu Fərmanın
1.1-ci bəndində, Azərbaycan
Respublikasının Mədəniyyət
Nazirliyi isə bu Fərmanın 1.2-ci bəndində göstərilən
sazişlərin müddəalarının
həyata keçirilməsini
təmin etsin.”.
4. “Azərbaycan Respublikası
və Çexiya Respublikası arasında
2012-ci il aprelin 5-də
Praqa şəhərində
imzalanmış sazişlərin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci
il 19 iyun tarixli 660 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2012, № 6, maddə
554) 2-ci hissəsi
aşağıdakı redaksiyada
verilsin:
“2. Azərbaycan Respublikasının
Dövlət Turizm Agentliyi bu Fərmanın
1.1-ci bəndində, Azərbaycan
Respublikasının Mədəniyyət
Nazirliyi isə bu Fərmanın 1.2-ci bəndində göstərilən
sazişlərin müddəalarının
həyata keçirilməsini
təmin etsin.”.
5. “2012-ci
il aprelin 12-də Bakı şəhərində
imzalanmış “Azərbaycan
Respublikası Hökuməti
və San Marino Respublikası
Hökuməti arasında
turizm sahəsində əməkdaşlıq haqqında
Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 19
iyun tarixli 662 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, № 6, maddə 556) 2-ci hissəsində
“Mədəniyyət və
Turizm Nazirliyi” sözləri “Dövlət
Turizm Agentliyi” sözləri ilə əvəz edilsin.
6. “2012-ci il noyabrın 29-da Tirana şəhərində imzalanmış “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 mart tarixli 840 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3, maddə 242) 2-ci hissəsində “Mədəniyyət və Turizm Nazirliyi” sözləri “Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi” sözləri ilə, “təmin etsin” sözləri “fəaliyyət istiqamətlərinə uyğun olaraq təmin etsinlər” sözləri ilə əvəz edilsin.
7.
“2013-cü il fevralın 14-də Bakı şəhərində
imzalanmış “Azərbaycan Respublikası Hökuməti və
Küveyt Dövləti Hökuməti arasında mədəniyyət
sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 15 mart tarixli 848 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 3,
maddə 250) 2-ci hissəsindən “və Turizm” sözləri
çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 yanvar 2021-ci il
Azərbaycan.-2021.- 2 fevral.- S.5.