Milli həmrəyliyin gücü

 

 

Biz 44 günlük Vətən müharibəsindəki qələbəni həmrəyliyimizin gücü ilə qazandıq. Çoxmillətli ölkə olanbu mədəni müxtəlifliyini həmişə milli sərvəti bilib ondan qürur duyan Azərbaycanın dörd bir yanından igidlərimiz Vətən savaşında vuruşdu.

Şanlı zəfəri ölkəsinə qazandırmaq üçün ölümün gözünə dik baxdı. Canını əsirgəmədi. Müxtəlif mədəniyyətlərə mənsub şəhidlərimizin qanı eyni torpaqda, eyni amal uğrunda bir-birinə qarışdı. Bu torpaqları bizim üçün daha da müqəddəsləşdirdi.

Mən  1988-ci ildə anadan olmuşam, 2009-cu ildə Dövlət İdarəçilik Akademiyasını bitirmişəm. 2011-ci ildən 2020-ci ilə qədər İqtisadiyyat Nazirliyində işləmişəm, ötən ilin sentyabr ayından isə ƏƏSMN-in tabelyindəki Sosial Xidmətlər Agentliyində departament müdirinin müaviniyəm. Vətən müharibəsi başlayan gündən hərbi xidmətdəyəm. Xoşbəxtəm ki, doğma yurd yerlərimizin azad olunmasında iştirak etmişəm.  Müharibədə bir daha şahidi oldum ki, ölkəmizin nə qədər güclü, müdrik, məğrur və cəsarətli, öz əsgərinə qayğı ilə yanaşan və ölkəsinin qələbəsini təmin edən rəhbəri və xalqımızın nə qədər qəhrəman insanları var. Ali Baş Komandanımızla, xalqımızla, Zəfərimizlə fəxr edirəm!

Prezident İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü” , “Füzulinin azad olunmasına görə”,  “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşam. Bu böyük qiymətə görə ölkə rəhbərinə minnətdarlığımı bildirir, qürur hissi keçirirəm.

 

 

Elnur ƏLİYEV,

Azərbaycan Ordusunun əsgəri

Azərbaycan.-2021.- 2 fevral.- S.8.