Birinci vitse-prezident Mehriban
Əliyeva Azərbaycan gənclərini təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Gənclər Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib. AZƏRTAC paylaşımı təqdim edir:
“Bu gün
2 Fevral – Azərbaycan Gəncləri Günüdür. Bu əlamətdar
gün münasibətilə bütün gənc dostlarımızı səmimi-qəlbdən
təbrik edirəm! Qoy sizin
həyatınız daim parlaq,
maraqlı və mənalı olsun! Uca Tanrıdan hər birinizə möhkəm
cansağlığı, uzun ömür və xoşbəxtlik diləyirəm!”
Azərbaycan.-2021.- 3 fevral.- S.1.