Yəhudilər
Azərbaycanda əsrlərboyu mehribanlıq, qardaşlıq və
dostluq şəraitində yaşayıblar
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 3-də
ABŞ Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi
Mark Şnayeri videoformatda qəbul edib.
AZƏRTAC
xəbər verir ki, Mark Şnayer ölkəmizdə digər
dini və etnik icmaların nümayəndələri ilə
yanaşı, yəhudi icmasına yaradılan şəraitə
görə dövlətimizin başçısına minnətdarlığını
bildirdi. Müsəlman ölkələri arasında ən
böyük yəhudi icmasının Azərbaycanda yaşadığını
vurğulayan Mark Şnayer Prezident İlham Əliyevin digər
icmalarla yanaşı, yəhudilərə göstərdiyi diqqət
və qayğını yüksək qiymətləndirdi.
Dövlətimizin
başçısı yəhudilərin ölkəmizin dəyərli
vətəndaşları olduqlarını qeyd etdi, digər
dini və etnik icmaların nümayəndələri kimi
onların da Azərbaycanda əsrlər boyu mehribanlıq,
qardaşlıq və dostluq şəraitində
yaşadıqlarını bildirdi.
Söhbət
zamanı mədəniyyətlərarası dialoq sahəsində
Azərbaycanla ABŞ əlaqələrinin perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2021.- 4 fevral.- S.1.