V.Ə.Süleymanovun Azərbaycan
Respublikasının Minatəmizləmə
Agentliyinin İdarə
Heyətinin sədri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Vüqar Əhəd oğlu Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə
Agentliyinin İdarə
Heyətinin sədri təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 fevral 2021-ci il
Azərbaycan. - 2021.- 5 fevral.- S.1.