İlham Əliyev Azərbaycanı yüksək
texnologiyalar əsasında
inkişaf edən ölkəyə çevirir
Azərbaycan
Prezidenti İtaliyanın
“Maire Tecnimont Group” şirkətinin sədrini və nümayəndə
heyətini videoformatda
qəbul edərkən
ölkə iqtisadiyyatının
XXI əsrin üçüncü
onilliyində yüksək
texnologiyalar əsasında
inkişaf edəcəyini
bir daha təsdiq etdi. İqtisadiyyatın yüksək
texnologiyalar əsasında
inkişafını vacib sayan və hamıdan
müasir tələblərlə
ayaqlaşmağı tələb
edən dövlət başçısı islahatların
yeni mərhələsini
növbəti dəfə
önə çəkdi.
Azərbaycan böyük Zəfərdən
sonra quruculuq işlərinə start vermiş və bu zaman yüksək texnologiyalara keçidi elan etmişdir. Azərbaycan Prezidenti aparıcı dost ölkələri yüksək
texnologiyalar əsasında
dirçəldiləcək Qarabağda əməkdaşlığa
dəvət etmişdir.
Qafqazın
iki dövləti arasındakı fərqlərə
incəliklərinədək bələd olan “Maire Tecnimont Group”un nümayəndə
heyətinin başçısı
Fabrizio Di Amato Azərbaycan Prezidentinə belə müraciət etdi: “2020-ci
ildə Dağlıq Qarabağdakı gərgin
dövrü geridə
qoymağınız münasibətilə Sizi təbrik etmək istəyirəm. Biz Azərbaycana çox yaxınıq və həmin mühüm vaxt bütün italyanların
diqqəti də burada idi”.
Fabrizio Di Amato Azərbaycanda
şirkətin artıq
200 nəfərə yaxın
heyətinin çalışdığını,
işçi qüvvəsinin
72 faizini azərbaycanlılar
təşkil etdiyini bildirdi. Yerli universitet tələbələri,
ümumiyyətlə, gənclərlə
əməkdaşlığa üstünlük verdiklərini,
sənaye zəncirinin
yerli məzmunu, yəni təchizat zəncirində daha çox Azərbaycan şirkətləri ilə
əməkdaşlıqda maraqlı
olduqlarını diqqətə
çatdırdı.
Prezident
İlham Əliyev Fabrizio Di Amatoya
Azərbaycanın ərazi
bütövlüyünü bərpa etməsi münasibətilə təbrikinə
görə təşəkkürünü
bildirdi və dedi ki, biz
ölkəmiz üçün
çox çətinliklər
yaradan bu əsas məsələni
həll etdikdən sonra daha da
sürətlə inkişaf edəcəyik: “İndi tariximizin yeni səhifəsidir. Azərbaycan
azad edilmiş ərazilərdə həyatı
bərpa etmək üçün zəruri
olan bütün tədbirləri görəcək.
Bu, asan olmayacaq, çünki hər şey məhv edilib və işğaldan azad olunmuş əraziləri ziyarət etdikdə biz hər şeyin dağıldığını müşahidə edə bilərik. Bütün binalar, zavodlar, tarixi abidələr, sosial infrastruktur yerlə yeksan edilib. Beləliklə, biz hər şeyi
sıfırdan etməli
olacağıq. Buna görə də, əlbəttə, fəaliyyətimizin
bu istiqaməti üzrə bizə yaxşı tərəfdaşlar
lazım olacaq”.
İlham Əliyev “Maire Tecnimont Group”un ölkəmizdəki fəaliyyətini
yüksək qiymətləndirdi,
bu şirkətin Azərbaycanda dəyəri
1,6 milyard avrodan çox olan layihələrə cəlb olunduğunu vurğuladı və bu əməkdaşlığın
davam etdirilməsinin əhəmiyyətli olduğunu
bildirdi: “İtaliya və Azərbaycan arasında münasibətlərin
uğurla inkişaf etdiyini qeyd etmək
istəyirəm. Bir il bundan
əvvəl mənim ölkənizə dövlət
səfərim bunu bir daha göstərdi
və mən bizim rəhbər şəxslərlə, biznes
icması ilə görüşlərimizi və
müzakirələrimizi xatırlayıram.
Biz həmişə sözümüzü tuturuq
və razılaşdırdıqlarımızın
hamısını icra
edirik. Həmçinin
keçən il tariximizdə yaşanan çətin vaxtlarda biz italyan xalqının bizimlə həmrəy olduğunun şahidi olduq. Biz İtaliya mediasının
bu məsələyə
obyektiv yanaşmasının
şahidi olduq və onu da gördük ki, imzaladığımız və
vurğuladığımız məsələləri reallığa
çevirdik”.
Dövlət başçısı
qəbulda italyan şirkətlərinin ərazilərimizin
bərpası ilə bağlı layihələrdə
çox fəal olacaqlarını, artıq
bərpa və tikinti işləri ilə bağlı bir neçə italyan şirkətinin dəvət olunduğunu, Bakıda İtaliya-Azərbaycan
Universitetinin yaradılmasına
start verildiyini də diqqətə çatdırdı.
“Maire Tecnimont Group”un baş icraçı direktoru Pierroberto Folgiero təmsil etdiyi şirkətin ölkəmizə
yeni texnologiyalar sahəsində töhfə
vermək niyyətində
olduğunu, “yaşıl
kimya” adlanan sahəni inkişaf etdirməkdə, enerji istehsalı sahəsini genişləndirməkdə maraqlı
olduqlarını bildirdi.
Göründüyü kimi, Azərbaycan
Prezidentinin bütünlükdə
yüksək texnologiyalara
keçidi elan etməsi italyanlarda sonsuz maraq doğurmuşdur. Pierroberto Folgiero: “İcazə verin, bildirim ki, yeni texnologiyaları
inkişaf etdirmək və sizin çevikliyinizdən
faydalanaraq sahibkarlıq
imkanlarından istifadə
etməkdən çox
şad olardıq. Bu keyfiyyətlər İtaliyanın
iş adamlarının
da yanaşmasının əsasında
dayanır və müəyyən dərəcədə
“yaşıl kimya” sahəsində qabaqcıl
mövqeyi şərtləndirir”.
Prezident İlham Əliyev italyan biznesmenlərin gələcək tərəfdaşlıqla
bağlı ideya və fikirlərini tam dəstəklədi, “yaşıl
kimya”nın texnoloji inkişaf baxımından yenilik kimi Azərbaycanda yüksək texnologiyaların
tətbiqi ilə uzlaşdığını təsdiqlədi.
Ətraf mühitin qorunması ilə bağlı tədbirlər
davam edəcək, buna görə də “yaşıl enerji” konsepsiyası, ölkəmizi irəliyə
aparan yol kimi dəstəklənəcək:
“Mən artıq bəyan etmişəm ki, azad olunmuş
bütün ərazilər
“yaşıl enerji zonası”nı təşkil
edəcək. Onlar Azərbaycanın
böyük hissəsini
təşkil edir.
Eyni zamanda biz orada “ağıllı şəhər”,
hətta “ağıllı
kənd” adlanan müasir texnologiyaları tətbiq edəcəyik.
Bu, həmçinin Azərbaycanın yenidənqurmaya,
müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyduğumuz digər bölgələri üçün
yaxşı nümunə
olacaq”.
Bahadur İMANQULİYEV,
Azərbaycan. - 2021.- 5 fevral.- S.1; 4.