Prezident qətiyyətinin siyasi iradəsinin məntiqi nəticəsi

 

 

 

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti regionda çoxşaxəli əməkdaşlıq üçün yeni imkanlar açacaq

 

 

 

Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə regionda yeni geosiyasi reallıq yaratdı.

 

Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi, düşünülmüş diplomatiyası sayəsində istər ön, istərsə arxa cəbhədə böyük uğurlar qazandıq. Bununla da düşmən üzərində şanlı qələbəmiz təmin edildi.

 

Vətən müharibəsinin gedişində bir daha sübut edildi ki, Azərbaycanın razılığı olmadan Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Tarixi torpaqlarımızın düşməndən təmizlənməsi Qarabağdan keçən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olması deməkdir. Bu gün respublikamız hərb meydanında olduğu kimi, diplomatik sahədə üstün mövqedədir.

 

 

 

Strateji tərəfdaşlığın əyani təzahürü

 

 

 

Ancaq hərbi əməliyyatların başa çatması faktı özü-özlüyündə hələ bölgədə regionda sülh əmin-amanlığın tam bərqərar olacağına zəmanət ola bilməz. Ona görə keçmiş münaqişə zonasında bundan sonrakı proseslərə nəzarət edə biləcək xüsusi qurumun formalaşması zərurəti yaranmışdı. Bütün bunlar ötən il noyabr ayının 10-da Azərbaycan, Rusiya Ermənistan rəhbərləri tərəfindən imzalanmış üçtərəfli bəyanatda da öz əksini tapdı.

 

Həmin sənədə əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyini artırmaq məqsədilə monitorinq mərkəzinin yaradılması nəzərdə tutulurdu. Bu məqsədlə Türkiyə Rusiya arasında birgə mərkəzin yaradılmasına dair razılıq əldə edilmişdi. Məhz həmin razılaşmanın nəticəsi kimi yanvarın 30-da Ağdam rayonunun ərazisində yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətə başladı.

 

Prezident İlham Əliyev hələ ötən il noyabrın 10-da xalqa müraciətində bildirmişdi ki, qardaş Türkiyə Respublikası  münaqişənin gələcək həlli atəşkəsə nəzarət etmək işində rol oynayacaq. Belə oldu. Dövlət başçısı ATƏT-in Minsk qrupunun Fransadan ABŞ-dan olan həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşü zamanı bildirdi ki, Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür, həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir.

 

Beləliklə, işğaldan azad olunmuş Ağdamda inşa edilən mərkəz İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin reallaşmasının, Azərbaycan-Türkiyə qardaşlığının strateji tərəfdaşlığının real mənzərəsini bir daha təcəssüm etdirdi. Yəni birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması Azərbaycanın siyasi iradəsinin növbəti təzahürü dövlət başçısının düşünülmüş, qətiyyətli, prinsipial siyasətinin məntiqi nəticəsi hesab edilməlidir.

 

 

 

Effektiv etibarlı nəzarət

 

 

 

Birgə Monitorinq Mərkəzi münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyini artırmaq məqsədinə xidmət edir. Mərkəzin əsas məqsədi üçtərəfli bəyanatın bəndlərinin əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir. Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik istiliklə təmin olunub. Burada hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var.

 

Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada iki idman şəhərciyi, eləcə iki örtülü idman zalı, ərzaq soyuducu anbarlar yerləşir.

 

Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub. Şəxsi heyətin istirahətinin təşkili üçün zəruri avadanlıqla tam təmin edilmiş otaqlar da hazırlanıb. Mərkəzin mühafizəsi Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən həyata keçirilir.

 

Burada nəzarət həm texniki, həm ən yüksək texnoloji vasitələrlə həyata keçiriləcək. Əsas məqsəd ondan ibarətdir ki, hər hansı bir dövlət mövcud vəziyyətlə bağlı ayrı-ayrılıqda deyil, ortaq məxrəcə gələrək ciddi məruzə hazırlayacaq. Beləliklə , gələcəkdə baş verəcək neqativ proseslərin qarşısı alınacaq, pozitiv proseslər daha da inkişaf etdiriləcək.

 

Bu gün ən yüksək səviyyəyə çatmış Azərbaycan-Türkiyə tərəfdaşlığı Cənubi Qafqazda sabitlik, təhlükəsizlik davamlı inkişaf üçün böyük önəm kəsb edir. Eyni zamanda prosesdə Rusiya Türkiyənin birgə iştirakı da olduqca pozitiv amildir regionda daha geniş əməkdaşlıq planlarının gerçəkləşdirilməsi üçün yeni imkanlar açır.

 

Birgə Monitorinq Mərkəzinin yaradılması fəaliyyətə başlaması Prezident İlham Əliyevin irəli sürdüyü 3+3 (Rusiya, Türkiyə İran + Azərbaycan, Ermənistan Gürcüstan) əməkdaşlıq formatının reallaşması, kommunikasiyaların açılması baxımından da növbəti uğurlu addımdır. Mərkəz tərəflər arasında əldə olunmuş razılaşmaların şərtlərinin yerinə yetirilməsində, mümkün insidentlərin qarşısının alınmasında, araşdırılmasında effektiv etibarlı nəzarəti təmin edəcək.

 

 

 

Yeni geosiyasi reallıq

 

 

 

Bir sözlə, birgə Monitorinq Mərkəzinin yaradılması qərarı tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə riayət etməsinə etibarlı nəzarət etməyə imkan verəcək uzun müddət davam edən münaqişənin tam həlli üçün möhkəm zəmin yaradacaq.

 

Mərkəzin fəaliyyətə başlaması region üçün sülh əməkdaşlıq perspektivi baxımından mühüm əhəmiyyətə malikdir. Çünki ATƏT-in Minsk qrupunun 30 ildə həll edə bilmədiyi münaqişəni Azərbaycan 44 gün ərzində həll etdi. Bu həm BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsidir.

 

Yeni fəaliyyətə başlayan mərkəzdən gözləntilər çoxdur. Siyasətçilər hesab edirlər ki, mərkəz regionda çoxşaxəli əməkdaşlıq üçün yeni imkanlar açacaq. Belə ki, hazırda bölgədə yeni geosiyasi reallıq yaranıb 44 günlük müharibədən sonra regionda geosiyasi vəziyyət xeyli dəyişib. Bu kontekstdə Türkiyənin təmsilçilərinin azad olunmuş ərazilərdə xidmətə başlamasını yeni geosiyasi reallığın uğurlu nəticəsi kimi qiymətləndirmək olar.

 

Bu reallığı Prezident İlham Əliyevin praqmatik siyasəti, Azərbaycan-Türkiyə tərəfdaşlığı yaradıb. Gündən-günə güclənən bu tərəfdaşlıq regionda yalnız təhlükəsizliyin deyil, sülhün təminatına zəmin yaradır. İki ölkənin müharibədən sonrakı dövrdə birgə addımlaması ümumilikdə Cənubi Qafqazın sabitliyi, təhlükəsizliyi davamlı inkişafı üçün böyük önəm kəsb edir.

 

Beləliklə , Ağdamda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin yaradılması ölkəmizin növbəti qələbəsi kimi qiymətləndirilməlidir. Çünki məhz İlham Əliyevin prinsipial siyasətinin nəticəsində regionda yeni geosiyasi konfiqurasiya formalaşır.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan. - 2021.- 5 fevral.- S.1; 6.