Əlaqələndirmə Qərargahının
növbəti iclası
keçirilib
Azərbaycan
Respublikasının işğaldan
azad edilmiş ərazilərində sosial-iqtisadi,
humanitar, təşkilati
və digər təxirəsalınmaz məsələlərin
həlli, eləcə
də bu sahədə fəaliyyətin
əlaqələndirilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahının
növbəti iclası
keçirilib.
AZƏRTAC xəbər
verir ki, iclası açan Qərargahın rəhbəri,
Prezident Administrasiyasının
rəhbəri Samir Nuriyev Azərbaycan Respublikası Prezidentinin verdiyi tapşırıqlar
və müəyyənləşdirdiyi
strateji istiqamətlərə
uyğun həyata keçirilən işlər
haqqında iclas iştirakçılarına məlumat verib. O qeyd edib ki, milli
əhəmiyyət kəsb
edən bərpa və yenidənqurma işlərinin dinamik və keyfiyyətli icra edilməsi, habelə bu proseslərdə ən qabaqcıl standart və texnologiyaların səmərəli tətbiqi
ölkəmizin qarşısında
duran əsas vəzifələrdən biridir.
Samir
Nuriyev dövlətimizin
başçısının tapşırıqları əsasında
müvafiq qurumlar tərəfindən həyata
keçirilən işlərin
əlaqələndirilmiş və ardıcıllığa
uyğun olaraq mərhələli şəkildə
həyata keçirilməsinin
vacibliyini vurğulayıb.
İclasda Qərargah tərəfindən
hazırlanmış Strateji
Fəaliyyət Planı
və Tədbirlər
Planı əsasında
nazirlik və dövlət təşkilatları
tərəfindən vaxt
qrafikinə uyğun olaraq görülməli işlər nəzərdən
keçirilib.
17
istiqamət üzrə
işçi qruplarının
fəaliyyət göstərdiyi
mərkəzdə hazırda
55 qurum və 150-yə
yaxın əməkdaş
təmsil olunur. Mərkəzin fəaliyyətinə
daimi əsasda təhkim edilmiş şəxslərlə bərabər
konkret mövzu və tapşırıqların
icrası məqsədilə
ekspertlər də cəlb edilib.
İclasda
Qərargahın nəzdində
fəaliyyət göstərən
İdarələrarası Mərkəzin,
işğaldan azad edilmiş ərazilərə
qayıdış, ətraf
mühitin qorunması
və enerji təminatı, şəhid
ailələri və Vətən müharibəsi
iştirakçılarının sosial təminatı, şəhərsalma, nəqliyyat-infrastruktur
və digər istiqamətlərdə fəaliyyət
göstərən işçi
qruplarının məruzələri
dinlənilib, qaldırılan
məsələlərlə bağlı ətraflı
müzakirələr aparılıb
və zəruri tapşırıqlar verilib.
Azərbaycan. - 2021.- 5 fevral.- S.2.