Azərbaycan Respublikası
Prezidentinin 2003-cü il
4 avqust tarixli 911 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “İnzibati və yardımçı
vəzifələrin Təsnifat
Toplusu”nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin
2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2003, ¹ 8, maddə
440; 2006, ¹ 3, maddə 229, ¹ 6, maddə 498; 2007, ¹ 2, maddələr
86, 101, ¹ 3, maddələr 217, 227, ¹ 7, maddə 714, ¹ 9, maddə
867, ¹ 10, maddə 948, ¹ 12, maddə
1242; 2008, ¹ 1, maddə 9, ¹ 3, maddələr 173, 179, ¹ 6, maddə
499, ¹ 8, maddələr 717, 723; 2009, ¹ 2, maddə 66, ¹ 6, maddələr
419, 421,422; 2010, ¹ 2, maddə 80, ¹ 3, maddə 183, ¹ 10, maddə
850; 2011, ¹ 2, maddə 85; 2012, ¹ 11, maddə 1078; 2013, ¹ 3, maddə
236, ¹ 8, maddə 901; 2014, ¹ 9, maddə 1027; 2016, ¹ 5, maddə
854, ¹ 6, maddələr 1029, 1073; 2017, ¹ 5, maddə 840, ¹ 8, maddələr
1519, 1521; 2018, ¹ 7 (I kitab), maddələr
1445, 1486, ¹ 11, maddə 2287; 2019, ¹ 1, maddə 76, ¹ 4, maddə
655, ¹ 6, maddə 1027, ¹ 7, maddə
1211, ¹ 8, maddə 1405; 2020, ¹ 4, maddə 423, ¹ 6, maddə
708) ilə təsdiq edilmiş “İnzibati və yardımçı
vəzifələrin Təsnifat
Toplusu”nda aşağıdakı
dəyişikliklər edilsin:
1. Aşağıdakı
məzmunda 1.9.7-1-ci və
1.9.10-1-ci yarımbəndlər əlavə edilsin:
“1.9.7-1. Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi;”;
“1.9.10-1. Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsinin müavini;”.
2. 2.1.2-ci yarımbəndə
aşağıdakı məzmunda
6-1-ci abzas əlavə
edilsin:
“6-1. Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsi;”.
3. 2.1.3-cü yarımbəndə
aşağıdakı məzmunda
1-1-ci abzas əlavə
edilsin:
“1-1. Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsinin müavini;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 fevral 2021-ci il
Azərbaycan. - 2021.- 5 fevral.- S.3.