Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycan
Respublikasının işğaldan
azad olunmuş ərazilərində müvəqqəti
xüsusi idarəetmənin
təşkili haqqında”
2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli Fərmanında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının
işğaldan azad olunmuş ərazilərində
müvəqqəti xüsusi
idarəetmənin təşkili
haqqında” 2020-ci il
29 oktyabr tarixli 1170 nömrəli Fərmanına
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2020, ¹ 10, maddə 1248; Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 11 dekabr tarixli 1210 nömrəli Fərmanı) aşağıdakı
dəyişikliklər edilsin:
1. 6.5-ci yarımbəndin sonunda nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 6.5-1-ci yarımbənd
əlavə edilsin:
“6.5-1. Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəsinin müəyyən
etdiyi giriş-çıxışın
xüsusi rejiminin tətbiqinin təmin edilməsi.”.
2. Aşağıdakı məzmunda
12-1-ci hissə əlavə
edilsin:
“12-1. Bu Fərmanın 4-cü, 5-ci, 7-ci və 8-ci hissələri Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndələrinin təyin
edildiyi ərazilərə
şamil edilmir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 4 fevral 2021-ci il
Azərbaycan. - 2021.- 5 fevral.- S.3.