Birol Akgün: İşğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafında Azərbaycana yardım göstərməyə hazırıq

 

 

Fevralın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgünlə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ceyhun Bayramov Azərbaycan ilə Türkiyə arasında mövcud olan zəngin, geniş sıx dostluq münasibətlərini məmnunluqla qeyd edib.

 

Nazir ölkəmizin müstəqilliyinin ilk günlərindən üzləşdiyi ən böyük ağrılı problem olan keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edib, qardaş Türkiyənin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqeyini hər zaman dəstəklədiyini, xüsusilə 44 günlük Vətən müharibəsi zamanı rəsmi Ankaranın bütün səviyyələrdə, o cümlədən Türkiyə xalqının nümayiş etdirdiyi həmrəyliyin mənəvi dəstəyin ölkəmiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. O, Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edən bu dövrdə Azərbaycan-Türkiyə qardaşlığının birliyinin, “Bir millət iki dövlətkonsepsiyasının sözdə deyil, əməldə olduğunun növbəti dəfə bariz şəkildə nümayiş etdirildiyini söyləyib. Azərbaycanın dövlət başçısı tərəfindən qeyd edildiyi kimi, tərəflər arasındakı bu sıx münasibətlərin arxasında məhz doğru siyasətin dayandığı vurğulanıb.

 

Səmimi qəbula görə nazir Ceyhun Bayramova təşəkkürünü bildirən Birol Akgün Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsinin bütün Türkiyə xalqını həyəcanlandırdığını qeyd edib, qələbə xəbərinin yüksək sevinclə qarşılandığını bildirib və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərə Allahdan rəhmət diləyib. B. Akgün Türkiyə Azərbaycan liderləri arasındakı dostluq münasibətlərinin ikitərəfli əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyi bildirib. Müharibədən sonrakı quruculuq inkişaf dövrünə toxunan fond sədri bu xüsusda təhsil sahəsinin önəmini vurğulayıb, işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsinin inkişafı məsələsində ölkəmizə müvafiq yardımın göstərilməsinə hazır olduqlarını diqqətə çatdırıb.

 

Tərəflər ölkələrimiz arasında bütün istiqamətlər üzrə mövcud əməkdaşlığın bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyini bildiriblər.

 

 

Azərbaycan. - 2021.-5 fevral.- S.4.