Mark Şnayer: Azərbaycan etnik müxtəlifliyə və
multikultural mühitinə
görə nümunəvi
ölkədir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri
Mübariz Qurbanlı fevralın 4-də ölkəmizdə
səfərdə olan
ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Mark Şnayerlə görüşüb.
Komitənin
mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
Dövlət Komitəsinin
sədri bu gün dinlər və sivilizasiyalar arasında dialoqun baş tutması üçün əsas şərtə çevrilən,
mütərəqqi dünya
tərəfindən başlıca
demokratik dəyərlərdən
biri kimi təbliğ olunan tolerantlıq və multikulturalizm Azərbaycan xalqının əsrlər
boyu formalaşan, eyni zamanda, çoxları
üçün örnək
göstərilən xarakterik
xüsusiyyəti olduğunu
deyib. Bu dəyərlərin, eləcə də Azərbaycanla bağlı
həqiqətlərin dünyaya
çatdırılmasında yəhudi icmalarının
özünəməxsus yeri
olduğunu qeyd edən komitə sədri vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünü
bərpa etmək uğrunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə aparılan 44 günlük Vətən müharibəsində yəhudi
vətəndaşlarımız da iştirak edərək, digər dinlərin nümayəndələri
ilə birgə həmrəylik göstəriblər.
Öz
növbəsində ölkə
rəhbərliyi tərəfindən
milli və etnik icmalara, o cümlədən Azərbaycanda
əsrlərlə yaşamış
yəhudi icmalarına
xüsusi diqqət və qayğının göstərildiyini söyləyən
M.Şnayer etnik müxtəlifliyə, multikultural
mühitə görə
Azərbaycanın onlar üçün nümunə olduğunu deyib. Qeyd edilib
ki, Azərbaycan təkcə müsəlman
aləmində deyil, həmçinin dünya miqyasında yüz illər ərzində tolerantlıq və dözümlülüyün hökm
sürdüyü nümunəvi
ölkədir. “Dövlətinizin yürütdüyü
siyasətin nəticəsidir
ki, burada yaşayan yəhudi icması və digər icmalar Azərbaycan xalqının
tam və bərabərhüquqlu üzvü
olmaqla yanaşı, güclü və inkişaf etmiş Azərbaycanın qurulmasında
iştirak edirlər.
ABŞ-ın
NBC kanalında hər
həftə ravvin kimi çıxışlar
etdiyini deyən Mark Şnayer bugünkü çıxışında
Azərbaycana səfərindən,
buradakı görüşlərindən,
ölkəmizdə hökm
sürən tolerantlıq
və birgəyaşayış
mühitindən danışacağını
da diqqətə çatdırıb.
Sonda qonağa DQİDK-nın nəşr etdirdiyi, Azərbaycandakı multikulturalizm
və tolerantlıq ənənələrinə dair
kitablar təqdim olunub.
Azərbaycan. - 2021.-5 fevral.- S.4.