İlham Əliyevin yeni inkişaf modeli

 

Azərbaycanın 2030-cu il hədəf prioritetləri milli yüksəlişin müasir yol xəritəsidir

 

 

 

Dünya ölkələri üçün 2021-ci il postkoronavirus dövrü kimi xarakterizə edilsə də, Azərbaycanda bu dönəm həm də postmüharibə dövrünün ilk mərhələsidir.

44 günlük Vətən savaşı ilə uzun illər davam edən erməni işğalına son qoyulması, ölkə sərhədlərinin tam şəkildə bərpa edilməsi Azərbaycanın iqtisadi imkanları baxımından da yeni səhifə açdı. Xüsusən də Laçın-Kəlbəcər və Yuxarı Qarabağ iqtisadi rayonlarının ümumi Azərbaycan iqtisadiyyatına qoşulması yeni iqtisadi prioritetləri və idarəetmə modelini günün reallığına çevirdi.

 

 

Prezident Azərbaycanın yeni iqtisadi simasını müəyyənləşdirir

 

 Prezident İlham Əliyevin 2 fevral Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı ölkə iqtisadiyyatının yaxın 10 il ərzində inkişaf kursunu müəyyənləşdirir. Belə ki, qarşıdakı 10 il ərzində 5 prioritet təmin edilməlidir: İqtisadiyyatda dayanıqlı artım; hər bir ölkə vətəndaşını əhatə edəcək inklüzivsosial ədalətli cəmiyyət; insan kapitalının dəyərinin artırılması ilə müasir innovasiyalar üçün əlverişli məkan; Qarabağa böyük qayıdışın təmin edilməsi; Prioritetlər ətraf mühitə zərər vurmamalıdır.

Prezident İlham Əliyevin məqsədi kəmiyyət deyil, keyfiyyət göstəricilərini yüksəltməklə dayanıqlı iqtisadi artımın təmin edilməsidir. Yəni yeni dönəmdə əsas məsələ yalnız yerlərinin sayının artırılması deyil, eyni zamanda yaradılan yerlərinin dəyərinin yüksəldilməsi prioritet olaraq müəyyən edilir.

İqtisadi inkişafın birinci mərhələsində Azərbaycan üçün əsas hədəf aqrar sahənin istehsal potensialını artırmaqla həm daxili ərzaq təhlükəsizliyini təmin etmək, həm də kütləvi yerlərinin açılması idi. Azərbaycan qarşıya qoyduğu bu hədəfi 2020-ci ilə qədər uğurla reallaşdıra bildi. Belə ki, pandemiya dönəmində bir sıra ölkələrdə məhsul qıtlığı kənd təsərrüfatı məhsullarının qiymətlərinin artımı ilə müşahidə edilsə də, Azərbaycanda kənd təsərrüfatı məhsulları bazarında həm bolluq müşahidə edildi, həm də bir sıra məhsulların qiymətlərində azalma gözə çarpdı.

Ancaq aqrar sahədə innovasiyaların tətbiqi məhsuldarlığı yüksəltsə də, əməyin dəyərini lazımi qədər artırmır. Ona görə də 2021-ci ildən sonra qurulacaq yeni iqtisadi modelin ana xətti qeyri-neft sənayesində istehsal zəncirinin qurulmasından ibarət olacaq. Xüsusən də sənaye parklarının və aqropark kimi müasir sənaye infrastrukturunun qurulması xammal ixracından yarımfabrikat və son məhsul ixracına qədər istehsalı genişləndirməyə imkan verir.

Dünya Bankının araşdırmaları da göstərir ki, istehsal zəncirində iştirakın 1% artırılması, adambaşına düşən gəlirlərin 1% yüksəlməsinə nail olmağa imkan verir. Ümumiyyətlə, bütün postmüharibə iqtisadiyyatlarının tarixinə nəzər saldıqda uğurlu inkişafın məhz fabriklərin yaradılması ilə müşahidə edildiyini görmək olar. Beləliklə, bu, tədricən insan resurslarının həm keyfiyyət, həm də dəyər artımına təsir edir. Başqa sözlə, geyim tikişindən başlanan istehsal tədricən daha dərin elm tutumlu sahələrin yaranmasına və beləliklə də, ixrac səbətinin çeşidi ilə paralel onun dəyərinin də artırılmasına müsbət təsir edir. Dərin istehsal sahələrinin yaradılması isə müxtəlif şəhərlərin daha sürətli inkişafını, orada maliyyə, sığorta, xidmət sektorunun keyfiyyətinin artımını şərtləndirir. Bu da inklüziv cəmiyyət quruculuğu üçün vacibdir.

İnkişaf etmiş ölkələrin iqtisadi modellərinə baxsaq, aydın görərik ki, uğurun əsasını istehsal təşkil edir. İstehsalın genişləndirilməsi, eyni zamanda əmək qüvvəsinin cəlbi üçün ciddi rəqabət mühiti formalaşdırır. Misal üçün, 1920-ci illərdə Henri Ford öz istehsal sahələrində işçilərin əməkhaqqını hiss ediləcək dərəcədə artırırdı. O, bunu çox qazandığı və ya xeyirxah olduğu üçün etmirdi. Həmin dönəmlərdə ABŞ-da sənayeləşmənin sürətlənməsi Ford müəssisələrindən işçi qüvvəsinin rəqiblərə axını ilə müşahidə olunurdu. Buna görə də Henri Ford öz istehsalını qorumaq üçün işçilərə ödənişləri artırmaq məcburiyyətində qalmışdı. Bu mənada yeni iqtisadi modeldə istehsalın genişləndirilməsi, onun intellektual potensialının artırılması şirkətləri təkcə satış bazarı uğrunda deyil, eyni zamanda əmək bazarı uğrunda da rəqabətə sövq edəcək.

 

 

Azərbaycan qlobal dəyər zəncirinə qoşulur

 

 

Yeni iqtisadi dönəmdə əsas hədəflərdən biri də investisiyaların regionlara cəlb edilməsidir. Bu da təsadüfi deyil - bu günə qədər Azərbaycan iqtisadiyyatına yatırılan hər 3 manatın 2 manatı Bakı və Abşeron iqtisadi rayonunda qalır, yerdə qalan 1 manat isə regionlara gedir. İnvestisiyanın Bakı və Abşerona yatırılması daxili miqrasiyanı sürətləndirir, nəticədə paytaxtla yarımadanın infrastrukturu həddindən artıq yüklənir. Paralel olaraq paytaxt ilə regionlar arasında iqtisadi inkişafda çox ciddi disbalans yaranır. Eyni zamanda regionlarda bacarıqlı işçi kadrların defisitini əmələ gətirir. İqtisadçı Ruçir Şarmada hesab edir ki, inkişaf etməkdə olan ölkələrdə paytaxtla ikinci şəhərlər arasında əhali sayının nisbəti üçdəbirə bərabər olarsa, bu, gələcəkdə disbalans yaradaiqtisadi inkişafı tıxaya bilər.

Ona görə də Azərbaycan üçün yeni mərhələdə əsas məqsədlərdən biri də regionların iqtisadi inkişafını Bakının inkişaf səviyyəsinə yaxınlaşdırmaqdı. Ümumiyyətlə, Azərbaycanın bütün regionlarının tək ölkə iqtisadiyyatına deyil, ümumilikdə qlobal iqtisadi zəncirə qoşulmaq imkanı mövcuddur.

Burada təkcə regionun spesifik potensialı deyil, ümumilikdə daha geniş mənada qlobal dəyər zəncirində iştirak prioritet olmalıdır. Misal üçün, Mərakeş dövləti Fransanın “Renault” şirkətini, PolşaHyundai” şirkətini öz regionuna investisiya yatırmaq üçün cəlb edə bilib. Burada əsas faktor adıçəkilən ölkələrin böyük bazarlara yaxınlığıdır. Azərbaycan regionları da bu nümunədən uğurla istifadə edə bilərlər. Belə ki, Azərbaycan ətrafında 350 milyonluq böyük bazar mövcuddurbu da xarici investorlara əlverişli bazar imkanı verir. Başqa sözlə, regionlarda sırf xarici bazarlara yönəlik istehsal prosesini təşkil etmək üçün böyük potensial var.

Son dönəmdə dünyaca məşhur sərinləşdirici istehsal edən Transmilli Korporasiyanın 30 mln dollar dəyərində yatırımı Azərbaycanın İsmayıllı bölgəsinə yönəltməsi onu göstərir ki, artıq xarici investorlar ölkəmizin istənilən bölgəsində iştiraka hazırdır. Ümumiyyətlə, Azərbaycanın qeyri-neft sənayesində ilk dəfə hansısa Transmilli Korporasiya regiona investisiya yatırır. Bu faktın özü onu göstərir ki, artıq Azərbaycan yaxın gələcəkdə qlobal dəyər zəncirinə qoşulmaq imkanına malikdir.

 

 

Maksimum fayda - minimum risk

 

 

İstənilən iqtisadi islahatların dividendləri ilə yanaşı, ekoloji riskləri də mövcuddur. Risklər birbaşa və dolayı təsirə malikdir. Yəni müəssisənin tikintisi yerləşdiyi ərazinin ekoloji vəziyyətinə birbaşa, onun fəaliyyəti nəticəsində isə dolayı təsiretmə imkanları var. Dayanıqlı inkişafı prioritet elan edən Azərbaycan bu hədəfinə məhz ekoloji təsirləri minimuma endirməklə nail olmağı məqsəd kimi müəyyənləşdirib. Artıq uzun illərdir ki, Azərbaycanda icra edilən meqalayihələr maksimum ekoloji risk əsasında formalaşdırılır.

Misal üçün, Sumqayıt Kimya Sənaye Parkının ərazisində yaradılan bütün istehsal müəssisələri beynəlxalq ekvator prinsipi əsasında layihələndirilib. Yeni mərhələdə isə Azərbaycanda bu prinsiplər əsas olacaq: ekoloji risklərin minimuma endirilməsi; ekoloji mühitin bərpası; ekoloji mühitə dəyən ziyanın kompensasiyası.

Eyni zamanda gözləmək olar ki, yaxın gələcəkdə Azərbaycan dünya bankının tətbiq etdiyi ekoloji tələblər əsasında milli tələb bazası formalaşdırsın və bu tələblər maliyyələşdiriləcək biznes layihələri üçün əsas şərt kimi qəbul edilsin. Yəni dövlət ucuz kredit, gömrükvergi alətləri ilə biznesə dəstək verəcək, paralel olaraq ekoloji normaların bizneslər tərəfindən nəzərə alınmasını əsas şərt kimi müəyyənləşdirəcək.

Ümumiyyətlə, Azərbaycan artıq yeni iqtisadi mərhələyə qədəm qoyur, bu mərhələdə vətəndaşların gəlirlərinin artırılmasına nail olmaqla, bazarda tələb formalaşdırılacaq, bu tələb isə istehsalın genişlənməsi və şaxələnməsi ilə nəticələnəcək. Son nəticədə cəmiyyət-dövlət-biznes üçbucağında əməkdaşlıq dərinləşəcək və bu birlik Azərbaycanın daha sürətli inkişafına müsbət təsir göstərəcək.

 

 

Aqil MƏMMƏDOV,

iqtisadçı-ekspert

Azərbaycan.-2021.- 6 fevral.- S.1;3.