ADA Universitetində Lütfi Zadənin 100 illik yubileyi münasibətilə onlayn elmi mühazirə keçirilib

 

ADA Universitetində dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin 100 illik yubileyi münasibətilə “Elm və Texnologiyada yeni trendlər” mövzusunda onlayn mühazirə keçirilib.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, rektor Hafiz Paşayev mühazirədə iştirak edən yüz nəfərdən çox tələbə və elmi-ictimaiyyət nümayəndələrini salamlayıb. Rektor H.Paşayev Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı xatırladıb. Gəncləri Lütfi Zadə irsini dərindən öyrənməyə səsləyən Rektor H.Paşayev, ADA Universitetində görkəmli elm xadiminin adına təqaüd təsis edildiyini və indiyədək 57 tələbənin bu təqaüddən yararlandığını bildirib.

Professor Rafiq Əliyev elmi sələfi Lütfi Zadə ilə birlikdə yazdığı və alimin ikinci kitabı olan “Qeyri-səlis məntiq –nəzəriyyə və tətbiqetmələr” əsərindən bəhs edib. Professor R.Əliyev bildirib ki, Lütfi Zadənin dünya elmi ictimaiyyətinə təqdim etdiyialimin soyadını daşıyan “Z-çevirmə” nəzəriyyəsi müasir rəqəmsal idarəetmə, informasiyakommunikasiya sistemlərinin əsasını təşkil edir.

Mühazirənin əsas çıxışçılarından Merilend Universitetinin (ABŞ) professoru, akademik Roald Saqdeyev qeyd edib ki, Lütfi Zadənin irəli sürdüyü inqilabi nəzəriyyə riyaziyyatkibernetika sahəsində yeni mərhələnin əsasını qoydu. Qeyri-səlis məntiq nəzəriyyəsi mücərrədlik və reallıq arasında əlaqə yaratdı, informasiyanın mənasını təsvir etməyi təmin etdi.

Sonda çıxışçılar mühazirə iştirakçılarının suallarını cavablandırıblar.

 

Azərbaycan.-2021.- 6 fevral.- S.5.