Erməniləri böyük fəlakətə sürükləyən “Böyük Ermənistan” xülyası

 

 

Saxta iddiaları, şovinizmi yayan erməni kilsələri və məktəbləri bu xalqın ən böyük düşməninə çevrilib

 

 

Müasir dövrdə “kimlik” ən  mühüm anlayışlardan olub, geniş mənada fərdin bütün xüsusiyyətlərini əhatə edir. Bir insanın özünü necə görməsi, qəbul etməsi və cəmiyyət tərəfindən onun necə görünməsi kimlik anlayışı ilə əlaqəli mövzulardır.

Mövzu əsasında erməni kimliyinə gəldikdə isə qeyd edilməlidir ki, ümumi olaraq iki erməni kimliyi vardır: Ermənistan ermənisi və diaspor ermənisi. Eyni coğrafiyadan və cəmiyyətdən dünyanın müxtəlif bölgələrinə yayılmış erməni diasporu müəyyən kimlik xüsusiyyətlərini qorumuş, eyni zamanda köç edilən ölkələrin subyektiv şərtlərinə görə fərqli mədəniyyətlərin strategiyasını da qəbul etmişdir.

Erməni icması üçün həm real, həm də xəyali bir vətən anlayışı var. Ermənistan Respublikası müxtəlif ölkələrdə yaşayan erməni icmaları üçün müstəqil və həqiqi bir vətən anlayışı yaradır və təmin edir. Ancaq vurğulanması lazım olan məqam ondan ibarətdir ki, diaspor erməniləri daha çox indiki vətənləri olan Ermənistanın əvəzinə xəyali vətənləri kimiBöyük Ermənistan”ın ideyasına diqqət yetirirlər və erməni kimliyini bu xəyali vətən anlayışı çərçivəsində yaratdıqları sosial gerçəkliyə görə qururlar, nəticə etibarilə də fəlakətə sürüklənirlər.

Osmanlı imperiyası dövründə tətbiq olunan “millət” sistemi və 1863-cü ildə Erməni Millətinin Əsasnaməsinin qüvvəyə minməsi nəticəsində imperiya sərhədləri içərisində olan erməni icmasının rəsmi nümayəndəsi erməni kilsəsi olaraq qəbul edildi. Erməni kilsəsi həm kimlik, həm də sosial sahədə erməni icması üçün vacib yerə sahibdir. Bu proses isə kilsəyə siyasi olaraq erməni kimliyi formalaşdırmaq üçün güc və səlahiyyət verdi.

Tarixən erməni kilsəsi Osmanlı imperiyası daxilindəki bütün erməni üsyanlarında fəal iştirak etmiş və erməni icmasının siyasiləşməsində ən vacib katalizator rolunu oynamışdır. Kilsə erməni icmasının köç etdiyi ölkələrdə erməni şüurunun inkişafında ən güclü institusional quruluş olmuşdur. Başqa sözlə, erməniliyin ən vacib əlaməti erməni kilsəsinə sədaqətdir. Çünki erməni icmasının köç etdiyi ölkələrdəki erməni kilsələri, bu cəmiyyətin kimliyini qorumaq və gələcək nəsillərə ötürmək üçün istifadə olunan yeganə qurum olduğu iddia edilə bilər.

Birinci Dünya müharibəsindən sonra və Osmanlı imperiyasının dağılması ilə imperiya tərkibində məskunlaşan ermənilərin çoxu Livana, Livandan sonra isə əsasən Fransaya, ABŞ-a köç etdilər. Hazırkı dövrdə erməni diasporunun ən fəal olduğu ölkələrdən biri ABŞ-da təxminən 900.000 erməni əhalisinə xidmət edən 182 ayrı kilsə və bu kilsələrə bağlı ümumilikdə 1222 fond var. ABŞ-da demək olar ki, bütün əyalətlərə səpələnmiş bu kilsələr əsasən Kaliforniya, Nyu YorkNyu Cersidə yerləşir. Kanadada təxminən 60.000 erməni əhalisinə xidmət edən 21 kilsə və kilsələrə bağlı 390 fond, Livanda təqribən 120.000 erməni əhalisinə xidmət edən 77 erməni kilsəsi, Fransada isə təxminən 750.000 erməni əhalisinə xidmət edən 98 kilsə və kilsələrə bağlı 977 fond var. Adıçəkilən kilsələr Qriqorian, katolik erməni və protestant erməni kilsələrinin ümumi sayına aiddir. Göründüyü kimi, erməni icmasının yerləşdiyi ölkələrdə erməni kilsələrinin və kilsəyə bağlı fondların sayı kifayət qədər çoxdur. Erməni kilsəsinin erməni milli kimliyinə təsirini nəzərə alaraq, erməni diasporunda erməni kimliyi ilə evsahibi ölkənin kimliyi arasında bir sərhəd yaratma cəhdinin olduğu güman edilə bilər.

Livandakı erməni əhalisinin sayı təxminən 120.000 civarında olsa da, erməni diasporunun ən radikal qruplarından birini təşkil etməkdədir.

Livanda uzun illər davam edən etnik əsaslı vətəndaş müharibəsi və erməni icmasının bu müharibədə olması onsuz da digər etnik qruplarla münasibəti olmayan Livan ermənilərini daha da radikallaşdırdı və 1970-1980-ci illərdə Asala kimi təşkilatlarla həyata keçirilən erməni terrorizminin lokomotivinə çevirdi. Başqa sözlə, yaşadıqları ölkədə ayrılmaq (seperation) və ayrı-seçkilik (segregation) strategiyalarının digər ölkələrdə yaşayan erməni icmaları ilə müqayisədə Livandakı erməni icması üçün keçərli olduğu deyilə bilər.

Qərbi Avropada ən böyük erməni cəmiyyəti məhz Fransada yerləşir. Fransaya ermənilərin köçü əsasən XIX əsrin əvvəllərindən başlamışdır. Davam edən bu proses XX əsr boyu davamlı immiqrasiya sayəsində Fransada güclü erməni diasporu meydana gəlmişdir. Belə ki, Osmanlı imperiyasının dağılması, tarixi şəraitlə birlikdə digər proseslərin yaratdığı səbəblərdən minlərlə erməni Fransaya köç edib və 1920-1930-cu illər ərzində 50.000-60.000 arası erməni Fransada qaçqın statusu alıb. Fransanın ermənilər üçün köç mərkəzi olmasının digər bir səbəbi isə Osmanlı imperiyasının fransız mədəniyyətindən çox təsirlənməsi və ermənilərin də əsasən Osmanlı hakimiyyəti altında yaşaması göstərilə bilər. Hazırda Fransada 750.000-ə yaxın erməninin yaşadığı güclü erməni icması var.

Təkcə 100.000-dən çox erməninin yaşadığı Marseldə erməni adında 18 küçə və fəaliyyətdə olan 12 erməni kilsəsi var.  Həmçinin Marseldə də digər böyük şəhərlərdə olduğu kimi, erməni dilində qəzet çap olunuryerli erməni telekanalı fəaliyyət göstərir. Lion şəhərində də təxminən 100 min erməni əsilli fransız məskunlaşmışdır. Şəhərdə erməni dilində iki radiostansiya fəaliyyət göstərir: Radio Armynie” və “Radio-A” (erməni dilində “France-Armynie” jurnalı da nəşr olunur. Bundan əlavə, kilsə və erməni dilində fəaliyyət göstərən məktəblər, fondlar, müxtəlif istiqamətli təşkilatlar və klublars. demək olar ki, bütün Fransa boyu fəaliyyət göstərir.

Fransadakı erməni icmasının yalnız 2000-ə yaxın tələbəsi erməni məktəblərinə gedir. Xüsusilə erməni gəncləri arasında erməni dilində danışa bilənlərin sayı olduqca azdır. Bu, ildən-ilə azalır. Digər tərəfdən, ermənilik məsələsində fanatik sayılanların sayı 20.000-ə qədərdir. Bundan əlavə, fransız elmində, mədəniyyətində, sənətində və siyasi həyatında çox sayda erməni var. Məsələn, keçmişdə Fransanın xarici işlər naziri olaraq çalışan Patrik Deveciyan və məşhur fransız mədəniyyət xadimi Şarl Aznavur erməni mənşəlidir.

Ermənilərin Fransanın səlahiyyətli şəxsləri ilə çox yaxşı əlaqələri olan sosial-mədəni klubları, dini və xeyriyyə təşkilatları, dərnəkləri, media qurumları və hətta siyasi partiyaları var. Fransa daxilində bu təşkilatlar tərəfindən Qarabağ münaqişəsi ilə bağlı qondarma “Dağlıq Qarabağ Respublikası” və türk düşmənçiliyi də daxil olmaqla, erməni dəyərləri daima tərənnüm edilir, xatırlanır və populyarlaşdırılır. Fransadakı ermənilərin “Fransa erməniləri” olmaqdan daha çox “erməni əsilli fransızlar”a çevrildiklərini qeyd etmək olar. Erməni icması Fransanın xüsusilə mədəni və siyasi sahəsində, ictimai həyatında çox fəal iştirak edir.

Erməni kimliyinin formalaşmasında iki əsas faktor - kilsə və məktəb əsas rol oynayır ki, hər ikisinin əsasında da ermənilər yaşadıqları ölkələrdə öz kimliklərini istədikləri kimi yaşayır və bunu gizlətməkdən çəkinmirlər. Ermənilər bir yerə köç etdikdə məktəbdən əvvəl birinci erməni kilsəsini inşa etdirirlər, çünki hər bir erməninin dinibunun əsasında cəmiyyət, birlik ehtiyacı kilsədən başlayır. Kilsə erməni üçün dindən daha çox mədəni və birlik ehtiyacı yaradır, çünki bu ermənilərin erməni olması üçün dinidaha sonra isə məktəb fəaliyyətinin təmin edilməsi üçün vacibdir. Onların varlığı erməni kimliyinin birinci təminatçısıdr. Akademik mənbələrə əsasən, erməni kimliyi köçlər və tarixi proseslər, yaşadıqları cəmiyyətdə baş verən hadisələrin fonunda müəyyən təsirlərlə bir neçə faktor əsasında formalaşıb: “ilk xristian dövlətinin” sahibi kimi ermənilər; postxristianlıq dövründə millətçi ermənilər; 1915-ci il “erməni soyqırımı”ndan sonra sürgündə olan ermənilərin “sürgün kimliyi”; erməni millətçiliyi və “Böyük Ermənistan” xəyalı...

Bu kimlik fərqləri ermənilərin diaspor fəaliyyətlərində də özünü göstərir və müəyyən zaman kəsimlərində bu kimliklərdən hər hansısa birinin daha aktiv rol oynadığını görə bilirik. Ermənilərin əsasən müsəlmanlar arasında yaşaması və onların xristian olaraq yaşadıqları cəmiyyətdə azlıq olmaqlarından irəli gələn səbəblər başlıca olaraq bu birlik duyğusunun formalaşmasına və bunun davam etdirilməsi ehtiyacından yaranan səbəblərdən diaspor fəaliyyətinin formalaşmasına təsir etmişdir. Bu dövrlər ərzində müəyyən erməni diaspor qrupları yaranmış və hər biri müəyyən sahələrdə ermənilərin ehtiyaclarını ödəməyə çalışmışdır. Sürgün kimliyii İkinci Dünya müharibəsindən sonra əsasən 1950-ci illərdən başlayaraq 1980-ci illərin ortalarına qədər daha çox qabardılıb xristian kimliyi ilə birləşdirilərək daha da gücləndirilmişdir. İkinci Dünya müharibəsindən sonrakı dövr ərzində “sürgün kimliyi” əsasında aqressiv diaspor mövqeyi seçilmişdir. Bu baxımdan türklərin “erməni soyqırımı” etməsinə olan inamın yaratdığı hərəkətverici qüvvə sayəsində həm siyasət, həm də terror aktları vasitəsilə Türkiyəyə qarşı təzyiqlər artırılmışdır ki, buna misal olaraq Türkiyə diplomatlarına qarşı təşkil edilən qətlləri və ASALA terror qruplaşmasının çoxsaylı terror aktlarını göstərmək olar.

Hazırda erməni diasporundakı aparıcı qüvvə isə son mərhələ olan erməni millətçiliyi və “Böyük Ermənistan” xəyali ideyasının olmasıdır. “Böyük Ermənistan” xəyalı SSRİ-nin dağılması ilə siyasi müstəvidə yaranan boşluq və qeyri-müəyyənlikdən istifadə imkanlarının ortaya çıxması ilə güclənmişdir. Erməni diasporunun fəaliyyətində erməni millətçiliyi daha qabarıq olsa da, bəzi diasporların siyasi gündəliyində hələ də digər iki faktor mühüm rol oynayır. Əlbəttə ki, erməni diasporu əsasən Azərbaycana və Türkiyəyə qarşı yönəlmiş fəaliyyətlə son 30 ildə Dağlıq Qarabağ və ətrafyanı bölgələrə olan iddialar qismində, “dənizdən-dənizə “Böyük Ermənistan” xəyali ideyası” ilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın və “erməni soyqırımı”nın dünya dövlətləri tərəfindən tanınması üçün aparılan işlərdə də özünü göstərmişdir.

Qalust Qolbenkyan Fondu erməni icmaları departamentinin direktoru Razmik Panossiyan erməni diasporunun öz tarixi etibarilə daha çox mərkəzləşməmiş bir qurum olduğunu vurğulayır. Sovet İttifaqı dövründə diasporu idarə etmək və SSRİ-yə qarşı olmaması üçün aparılan yumşaq təbliğat nəticəsində diasporda 1970-ci illərdən sonra sovet Ermənistanının bütün ermənilərin ortaq mərkəzi olduğu fikri formalaşmışdır. Sovet Ermənistanına ən kəskin mövqedə duran daşnak partiyası belə 1980-ci illərdən sovet Ermənistanını ermənilərin ortaq vətəni olaraq qəbul etmiş və 1990-cı illərdən bu vətənin əsas təmsilçiləri kimi ortaya çıxmağa cəhd etmişdi.

Ermənilərin sıx yaşadığı və effektiv olduğu ölkələrin sırasında olan Fransada təxminən 750.000 erməni əhali həm seçkilərdəki səs sayına, həm də var olan diaspor qrupları ilə Fransa siyasətinə müəyyən qədər yön verirya yön verməyə çalışır. Fransada yerləşən təşkilatlardan Ramkavar, Daşnaksütyun, Hınçak, Fransa Ermənilərinin Göy Xaçı, Fransa erməni fondları, Torpaq və Mədəniyyət Assosiasiyasını misal göstərmək olar. Bu təşkilatların hər biri müəyyən bir sahə üzrə ixtisaslaşaraq diaspor fəaliyyətini davam etdirir. Bu fəaliyyət sadəcə ermənilərin yaşadıqları ölkə siyasətinə təsir etmək yönündə deyil, həm də Ermənistana, ya da ermənilərə kömək funksiyasını da yerinə yetirir. Məsələn, Ramkavar liberal burjua erməniləri özündə birləşdirir, 22.000-dən çox üzvə sahibdir və 200 milyona yaxın büdcəyə malikdir. Əsasən elm və təhsil sahələrində işlər görməyə çalışır. Digər tərəfdən, Fransa ermənilərinin Göy Xaçı təşkilatı əsasən qadınlardan ibarətdir və Fransanın müxtəlif bölgələrində yaşlılara kömək edir, dil kursları keçirbu kimi fəaliyyətlərdə iştirak edir. Fransa erməni fondları isə Ermənistanda sosial-iqtisadi vəziyyəti yaxşılaşdırmağa dəstək olurlar.

Erməni diasporu Ermənistan dövlətindən daha əvvəllər mövcud olduğundan erməni kimliyini diasporda itirməmək üçün səylər göstərir və dövləti olan bir millətin diasporu kimi deyil, hələ də dövləti olmayan diasporların xüsusiyyətlərini özündə əks etdirir, ən əsası isə Ermənistan dövlətinə  bağlı deyil. Bu məqamda qeyd etmək lazımdır ki, Azərbaycan diaspor qurumları daha çox dövlətə bağlıdır. Çünki Azərbaycan diasporu, dövləti olan bir millətin diasporu kimi qurulub.

Ümumilikdə, erməni kimliyi içərisində olduqları digər cəmiyyətlərdə qoruyan erməni kilsəsi erməni məktəblərinin varlığıdır ki, onların olmadığı yerdə kimlik anlayışı havaya sovrulur.

 

 

 

Elnarə QƏRİBOVA,

Ankara Universitetinin Avropa İttifaqı Hüququ üzrə doktorantı

Azərbaycan.-2021.- 6 fevral.- S.6.