Yaxın günlərdə 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsi başlayacaq

 

 

 

Pandemiya Yer üzünü təhdid etməkdədir. Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir ki, dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 403 mindən çox olub.

 

Yoluxanların ümumi sayı 103 milyonu, bu xəstəlikdən həyatını itirənlərin sayı isə 2 milyonu ötüb. Hazırda dünyanın bir çox ölkəsində koronavirusdan qorunmağın ən effektiv yolu olan vaksinasiya işi aparılır. Azərbaycanda da yanvarın 18-dən COVID-19-a qarşı vaksinasiya prosesinə səhiyyə işçilərinin peyvəndlənməsi ilə start verilib.

 

COVAX ölkələr arasında koronavirus vaksininin paylaşdırılması ilə bağlı ilkin proqnozlarını açıqlayıb. COVAX-ın təqdim edəcəyiAstra Zeneca Oksford Universitetinin vaksinləri fevral ayından gec olmayaraq paylanmağa başlayacaq. Ən çox vaksin dozasını Hindistan əldə edəcək. Bu ölkəyə 97 milyondan çox dozanın ayrılması proqnozlaşdırılır. Banqladeşə 12,8 milyona yaxın, Braziliyaya 10,6 milyondan çox vaksin veriləcək.

 

COVAX Azərbaycana 506 min doza vaksini verməyi proqnozlaşdırıb. Nazirlər Kabinetindən verilən məlumata əsasən, peyvəndləmə ilə bağlı birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsi başlayacaq. Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb fevralın 5-dən etibarən bu kateqoriyadan olan vətəndaşlar qeydiyyatdan keçiriləcək. Bundan sonra hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndlənməyə dəvət olunacaq fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq. Bildirilib ki, ölkədə bu kateqoriyaya aid olan təqribən 700 min vətəndaş var.

 

Onu da vurğulayaq ki, hələ virus üzə çıxandan bəri dövlətimiz tərəfindən ona qarşı görülən effektiv tədbirlər nəticəsində hazırda ölkəmizdə COVID-19 infeksiyasına yoluxmada müsbət dinamika müşahidə olunur. Bu isə sərt karantin rejiminin mərhələli şəkildə yumşaldılmasına rəvac verir.

 

Artıq ötən ayın 18-dən sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində məhdudiyyətlərin bir qismi yumşaldılıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sözügedən tarixdən 5 şəhər 12 rayonda yaşayış yerini olduğu yeri SMS icazə, “icaze.e-gov.az” portalı xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunub.

 

Yanvarın 25-dən muzey sərgi zallarının, ticarət obyektlərinin (ictimai iaşə obyektləri, kafe, çay evləri bu kimi məkanlarda müştərilərə yerində xidmət iri ticarət mərkəzlərinin, “Mall”ların fəaliyyəti istisna olmaqla), bərbərxanaların, gözəllik salonlarının fəaliyyətinə kosmetik xidmətlərə, şəhərlərarası rayonlararası hərəkətə icazə verilib. Fevralın 1-dən həm ölkə ərazisində ictimai iaşə obyektlərində, həm restoran, kafe çay evləri bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunub.

 

Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq, icma əsaslı qrupların fəaliyyəti mərhələli şəkildə bərpa edilib. İri şəhərlərdə tədris həftədə 3 dəfə olmaqla, digər rayonlarda isə həftədə 4 5 dəfə olmaqla bərpa olunub.

 

Fevralın 8-dən isə Bakı Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla ölkənin digər şəhər rayonlarında ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla həyata keçiriləcək. Qeyd edək ki, bu, fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən təhsil müəssisələrində həyata keçiriləcək.

 

Layihə tutumu şagird sıxlığı təhsilalanlar arasında fiziki  məsafəni  gözləməyə imkan verməyən ümumi təhsil müəssisələrində isə tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 3 dəfə olmaqla keçiriləcək.

 

Uşaq-gənclər inkişaf mərkəzlərində aşağı yaş qruplarında (I-IV siniflər) dərnək məşğələləri həftədə 2 dəfə olmaqla ənənəvi formada keçiriləcək.

 

15 fevral tarixindən isə Bakı Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə,  ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla bərpa ediləcək.

 

 Ali orta ixtisas təhsili peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya xüsusi təchiz edilmiş auditoriyalarda) təhsilalanların fiziki iştirakını tələb edən fənlərin mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik s.) ənənəvi formada bərpa olunacaq. X-XI siniflərdə isə əyani tədrisin zaman bərpa olunması ilə bağlı vaxt təyin edilməyib.

 

Onu da qeyd edək ki, virusun yayılmasının onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejiminin müddəti aprelin 1-dək uzadılıb. Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı açıq məkanlarda müvafiq qaydada tibbi maskadan istifadə məcburidir.

 

 

 

Yasəmən MUSAYEVA,

 

Azərbaycan. - 2021.- 5 fevral.- S.6.