Şəhid ailələri
qayğı ilə əhatə olunub
Azərbaycanın ərazi bütövlüyü
uğrunda canından keçmiş şəhidlərimizin
ailələrinə, həmçinin
müharibə əlillərinə
dövlət tərəfindən
böyük diqqət
göstərilir. Bu gün onlar hərtərəfli qayğı
ilə əhatə olunublar.
Sumqayıt şəhərində də
şəhid ailələri
və qazilər daim diqqət mərkəzində saxlanılır.
Bu istiqamətdə tədbirlər şəhər
icra hakimiyyətinin təşəbbüsü, Gənclər
və İdman İdarəsinin
təşkilatçılığı ilə keçirilir. Növbəti belə tədbir Vətən müharibəsi şəhidləri
Səmid Xoşbəxt
oğlu Əliyev, Müşviq Abbas oğlu Bəktiyev və Anar Bəhruz
oğlu Heydərovun ailələrinin ziyarət
edilməsi olmuşdur.
Cümə
məscidinin axundu Hacı Sərdarov və idman ictimaiyyəti
nümayəndələrinin də iştirak etdikləri görüşlərdə
bildirilmişdir ki, 44 günlük Vətən müharibəsində zəfər
tariximizə adları
qızıl hərflərlə
yazılmış şəhidlərimiz
xalqımızın qürur mənbəyi olaraq hər zaman anılacaq və heç bir zaman unudulmayacaq.
Qeyd edək ki, Səmid
Əliyev Füzuli, Müşviq Bəktiyev Xocavənd, Anar Heydərov isə Suqovuşan istiqamətlərində
gedən döyüşlərdə
şəhid olmuşlar.
Onlar “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin
azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişlər.
Akif ƏLİYEV,
Azərbaycan. - 2021.- 5 fevral.- S.7.