Vətən müharibəsində
tovuzlu gənclər də nümunə göstərmişlər
Tovuzda Gənclər Günü münasibətilə videoformatda
tədbir keçirilmişdir.
İştirakçılar əvvəlcə torpaqlarımızın
bütövlüyü uğrunda
canlarından keçən
şəhidlərimizin xatirəsini
bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbiri
giriş sözü ilə açan rayon icra hakimiyyətinin
başçısı Məmməd
Məmmədov demişdir
ki, əsası Ulu Öndər tərəfindən qoyulan
gənclər siyasətinin
Prezident İlham Əliyev tərəfindən
çox böyük uğurla davam etdirilməsinin nəticəsidir
ki, bu gün ölkəmizdə mübariz,
vətənpərvər, intellektual
bacarığı ilə
seçilən yeni nəsil yetişmişdir:
“Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən gənclər
siyasəti Azərbaycan
gəncliyinin inkişafına
sanballı təkan vermişdir. Məhz onun rəhbərliyi ilə həyata keçirilən davamlı
tədbirlər, uğurla
icra olunan dövlət proqramları
gənclərimizin özlərini
cəmiyyətdə təsdiq
etməsində mühüm
rol oynamışdır.
Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, onlarda Vətənə məhəbbət,
dövlətçiliyimizə sədaqət hisslərinin
aşılanması öncə
2020-ci ilin iyul ayında düşmənin
dövlət sərhədinin
Tovuz rayonu istiqamətində yaratdığı
təxribatın qarşısının
alınmasında,
bundan sonra isə 44 günlük Vətən müharibəsində
özünü tam sübut etdi. Rəşadətli Azərbaycan Ordusunun
sıralarında hərbi
xidmətə cəlb
olunmuş gənclərimiz
Azərbaycan Respublikasının
ərazi bütövlüyünün
bərpa olunması, əzəli torpaqlarımızın
işğaldan azad olunması və tarixi qələbəmizin
əldə edilməsində
cəsurluq, igidlik və yenilməzlik nümunəsi göstərdilər. Neçə-neçə qəhrəman əsgərimiz
vətənin azadlığı
uğrunda həyatından
keçərək şəhidlik
zirvəsinə ucaldı.
Neçə-neçə igidimiz
sağlamlığını qismən itirdi. Şəhidlərimizin hər
birinin adı Azərbaycanın əldə
etdiyi bu Zəfər tarixinə əbədi olaraq yazılmışdır.
Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə torpaqlarımızın
düşmən tapdağından
azad olunması uğrunda gedən döyüşlərdə şanlı
Azərbaycan Ordusunun sıralarında tovuzlu gənclər də döyüş tapşırıqlarını
ləyaqətlə yerinə
yetirmişlər. Onlardan 66 nəfəri şəhid olmuş, 200 nəfərdən çoxu
yaralanmışdır.
Vətən qarşısında xidmətlərinə
görə yüksək
dövlət təltiflərinə
layiq görülən
hərbi qulluqçular
sırasında tovuzlu
gənclər də çoxdur. Bu gün qürur
hissi ilə deyə bilərik ki, kiçik gizir Əhmədov Yaşar Mirağa oğlu və kiçik gizir Cabbarov Orxan Rövşən oğlu (ölümündən sonra)
“Vətən Müharibəsi
Qəhrəmanı” adına,
kapitan Tağıyev Cavid Aydın oğlu “Zəfər”
ordeninə, polkovnik-leytenant
Tağıyev Samir Nəsrəddin oğlu, leytenant Mehdiyev Rəşad Fəxrəddin
oğlu və baş gizir Yusifov Mehman Musa oğlu (ölümündən sonra)
“Qarabağ” ordeninə
layiq görülmüşlər.
Bundan başqa, döyüş əməliyyatlarında
fərqlənən yüzlərlə
tovuzlu gənc müxtəlif medallarla təltif olunmuşlar.
Tədbirin sonunda gənclərin bir qrupu rayon
icra hakimiyyətinin fəxri fərmanları ilə təltif olunmuş və onlara qiymətli hədiyyələr verilmişdir.
S.ƏLİYEV,
Azərbaycan. - 2021.- 5 fevral.- S.7.