Milli
inkişafın yeni prioritetləri
Prezidentin
müəyyənləşdirdiyi yeni yol xəritəsi Azərbaycanın
daha keyfiyyətli inkişaf mərhələsinə
keçidini təmin edəcək
*
Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
* Dinamik,
inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
* Rəqabətli
insan kapitalı və müasir innovasiyalar məkanı;
*
İşğaldan azad olunmuş ərazilərə
böyük qayıdış;
* Təmiz
ətraf mühit və “yaşıl artım” ölkəsi.
Bunlar
Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi
haqqında sərəncamına əsasən növbəti
onillikdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə
reallaşdırılacaq 5 Milli Prioritetdir. Dövlətin əsas
hədəflərini müəyyənləşdirən
Prezident bununla növbəti 10 il üzrə
inkişafın yol xəritəsini təqdim etdi. Milli Prioritetlər eyni zamanda BMT-nin
“Dünyamızın transformasiyası: 2030-cu ilədək
dayanıqlı inkişaf sahəsində Gündəlik”dən
irəli gələn öhdəliklərin icrası istiqamətində
də xüsusi əhəmiyyət kəsb edir.
Sistemli və
davamlı islahatlar, yüksəliş üçün yaranan
yeni imkanlar
Dövlət
başçısının imzaladığı “Azərbaycan
2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq
edilməsi haqqında sərəncamda deyildiyi kimi, Azərbaycan
iqtisadi, sosial, siyasi və mədəni inkişafının
tarixi dönüş mərhələsini yaşamaqdadır. Son 17 ildə dinamik inkişaf əsasında ölkə
iqtisadiyyatının həcmi 3 dəfədən çox
böyüyüb, güclü sosial-iqtisadi infrastruktur
yaradılıb. Mövcud maliyyə
imkanları tarixi maksimuma çatdırılıb və
ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda
möhkəmlənib.
Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və
ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə
qadir böyük layihələrin təşəbbüskarı
olmaq imkanı verib. Ölkə regional iqtisadiyyatın
lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin
etibarlı tərəfdaşlarından birinə çevrilib.
Bütün bunlar Azərbaycanın regionda
iqtisadi rolunu yüksəldib, xarici təsirlərə
davamlı olmasına və müstəqil dövlət kimi
suverenliyinin bərpasına möhkəm zəmin yaradıb.
Bu nailiyyətlər 44 günlük Vətən
müharibəsindəki tarixi qələbəyə də
transformasiya olundu. Ötən il noyabrın 10-da
imzalanmış tarixi bəyanatla Azərbaycanın siyasi və
iqtisadi suverenliyinin təmini işğaldan azad edilmiş ərazilərin
mövcud iqtisadi potensialından ölkə əhalisinin
rifahı üçün tam istifadə olunmasına real zəmin
yaradır. Əlbəttə ki, əldə
edilmiş qələbə qarşıdakı illərdə
sistemli və davamlı islahatlarla inkişafa yeni imkanlar
açacaq.
Qələbə nəticəsində işğaldan azad
edilmiş ərazilərin ölkənin ümumi
iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və
regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından
faydalanmaq Azərbaycanın inkişafına böyük təkan
verəcək.
Bu çərçivədə
regionda təhlükəsizliyin, sabitliyin, yüksək
rifahın və qarşılıqlı faydalı əməkdaşlığın
formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin
inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan
Azərbaycanın region iqtisadiyyatının ümumi
arxitekturasının müəyyən edilməsində rolunu
daha da möhkəmləndirəcək.
Həmçinin sənəddə qeyd edilir ki, Azərbaycan
postpandemiya və postkonflikt dövründə keyfiyyətcə
yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə
daxil olur. Ölkənin ərazi bütövlüyünün
bərpası ilə səciyyələnən yeni strateji
dövrdə dərin struktur-institusional islahatlar hesabına
yüksək iqtisadi artım mənbələrinin
tapılması vasitəsilə dövlətin qüdrətinin
daha da artırılması, yüksək rifah cəmiyyətinin
qurulması, azad edilmiş bölgələrə tarixi
qayıdış və əbədi məskunlaşma təmin
edilməlidir. Qlobal iqtisadi reallıqlar, eləcə
də yeni inkişaf mərhələsində qarşıya
qoyulmuş məqsədlər ölkənin uzunmüddətli
inkişaf vektorunun, əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin
və buna uyğun milli prioritetlərin müəyyən
olunmasını tələb edir.
Qüdrətli
dövlət, dinamik və sosial ədalətə əsaslanan
cəmiyyət
Son illərdə İlham Əliyevin mütərəqqi
islahatları sayəsində əldə edilən uğurlu
sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və
multikultural dəyərlər qarşıdakı illərdə
Azərbaycanın qüdrətinin daha da artacağına əminlik
yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə
ölkənin iqtisadi suverenliyinin möhkəmləndirilməsinə
və müasir həyat standartlarına əsaslanan yüksək
sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə
çevrilməsinə zəmanət verir.
Sənəddə
davamlı və yüksək iqtisadi artım dinamik və
inklüziv cəmiyyətin formalaşmasına hər bir vətəndaşın
öz həyatında bu inkişafı hiss etməsinə hədəflənib.
İnsanların sosial statusundan və
yaşadığı ərazidən asılı olmayaraq
iqtisadi imkanlara çıxışı bərabər və ədalətli
olmalıdır. Bu prioritet üç məqsəd
əsasında (inkişafdan hər
bir vətəndaşın bəhrələnməsi, yüksək
və ədalətli sosial təminat, inklüziv cəmiyyət,
paytaxt və regionların tarazlı inkişafı) reallaşa
bilər.
Təbii ki, ölkənin bütün təbəqələri
cəmiyyətin ayrılmaz hissəsidir və dövlət
onların qayğısına qalır. Ölkədə
yoxsulluq səviyyəsinin minimuma endirilməsi və
aşağı işsizlik səviyyəsi, eləcə də
yoxsul təbəqənin ehtiyaclarının
qarşılanmasına yönələn ünvanlı
yardımların əhatə dairəsinin genişləndirilməsi
vətəndaşların sosial müdafiəsinə əlavə
imkanlar yaradır.
İşğaldan
azad olunmuş ərazilərə böyük
qayıdış
Azərbaycanın ərazi bütövlüyünün
təmin olunması xalqımızın çoxəsrlik
tarixində möhtəşəm hadisədir. Dövlət sərhədlərini
bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə
hərbi və diplomatik sahədə ən böyük zəfərə
nail oldu.
Sənəddə qeyd edilir ki, qələbənin əbədiləşdirilməsi
üçün öz doğma torpaqlarından məcburi
köçkün düşən insanların vətənə
qayıdışı təmin olunmalıdır. Bu
Böyük Qayıdış vətəndaşlarımızın
işğaldan azad edilmiş ərazilərdə
dayanıqlı məskunlaşmasında və bu ərazilərin
ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında
bir körpü olacaq.
Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika
dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara
çıxış imkanlarını artırmaqla
yanaşı, işğaldan azad edilmiş ərazilərin
inkişafına əhəmiyyətli təkan verəcək.
Əvvəlki dövrlərdə olduğu kimi,
işğaldan azad edilmiş ərazilərə qayıdan
insanların təhlükəsiz yaşayışı təmin
edilməli, bu region ölkənin ən abad guşələrindən
birinə çevrilməlidir. Müasir həyatın əsası
olan layiqli yaşayışın bərpası
üçün bütün sahələrdə quruculuğa
nail olunmalıdır. Bu, stimullar əsasında
və dövlət-özəl tərəfdaşlığının
inkişafı çərçivəsində həyata
keçirilməlidir. Yalnız belə
şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın
böyük gələcəyinə tam inteqrasiyasını təmin
etmək mümkündür.
Bu
prioritetin uğurla reallaşdırılması
üçün aşağıdakı iki məqsədə
nail olunmalıdır - dayanıqlı məskunlaşma və
iqtisadi fəaliyyətə reinteqrasiya...
İlk məqsədə gəlincə, öncə onu
deyək ki, Azərbaycanın tarixi ərazi suverenliyinin bərpası
əhalinin öz doğma torpaqlarına qayıdaraq
yaşaması üçün yeni mərhələ
yaradıb. Ona görə də ilk növbədə
işğaldan azad olunmuş bölgələrdə əhalinin
dayanıqlı məskunlaşması təmin edilməlidir.
Bu məqsədlə həmin ərazilər cəmiyyətin
ən sağlam, müasir və abad yaşayış
mühitinə çevrilməli, dayanıqlı məskunlaşma
üçün müasir prinsiplərə əsaslanan
komfortlu yaşayış mühiti yaradılmalıdır.
Hərtərəfli təhlükəsiz və əlverişli
həyat şəraitinin yaradılması vətəndaşların
əbədi məskunlaşması üçün
böyük əhəmiyyət daşıyacaq. Bunun
üçün yeni ərazilərdə layiqli
yaşayış təmin edilməli, müasir infrastruktur
qurulmalı, rahat həyat tərzi və müasir xidmətlərə
əlçatanlıq olmalıdır. Regionun
iqtisadi potensialından səmərəli istifadə olunmaqla əhalinin
məskunlaşma səviyyəsinin işğaldan əvvəlki
səviyyəyə çatdırılması təmin edilməlidir.
Yeni bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən
birinə çevrilməli və ölkənin digər
regionlarına uyğun inkişaf səviyyəsinə malik
olmalıdır. Möhkəm təməl üzərində
qurulan yaşayışı təmin etməklə bölgənin
ölkə üzrə iqtisadi fəaliyyətdə
payını işğaldan öncəki vəziyyətə
çatdırmaq və onu davamlı artırmaq
mümkündür. Bu prosesdə zəruri
stimullara əsaslanan özəl təşəbbüslərin
hərtərəfli təşviqi, eləcə də dövlət-özəl
tərəfdaşlığının inkişafı vacibdir.
Yeni mərhələyə
yüksəliş
Göründüyü kimi, Vətən müharibəsində
əldə olunmuş tarixi qələbə ölkəmiz
üçün həm də yeni iqtisadi imkanlar açıb. Belə ki,
işğaldan azad olunmuş ərazilər böyük
iqtisadi potensiala malikdir və təbii ki, Azərbaycan bu
potensialdan maksimum yararlanacaq.
Prezident İlham Əliyev tərəfindən növbəti 10 il üçün ölkənin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərin müəyyənləşdirilməsi bu sahədə indiyədək görünməmiş nəticələrin əldə olunmasına zəmin yaradır. Qazanılan yüksək sosial-iqtisadi göstəricilər və möhtəşəm siyasi nailiyyətlər, formalaşmış milli və multikultural dəyərlər qarşıdakı illərdə dövlətin qüdrətinin daha da artacağına əminlik yaradır.
Müəyyən edilmiş Milli Prioritetlər birmənalı olaraq Azərbaycanın uzunmüddətli davamlı inkişafının təmin edilməsi üçün zəruri olan cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsini daha da möhkəmləndirəcək. Nəzərdə tutulan istiqamətlər növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq.
Bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasına bağlıdır. Bütün bunlar isə verilən vədlərin uğurla reallaşması nəticəsində baş tutub. Günün reallıqları onu göstərir ki, Azərbaycan düzgün yolda gələcəyə doğru inamla addımlayır.
Prezident
İlham Əliyevin müəyyən etdiyi Milli Prioritetlər
qarşıdakı 10 il ərzində ölkəmizdə
müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə
və keyfiyyətcə yeni mərhələyə yüksəldəcək.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2021.- 7 fevral.- S.1;5.