Koronavirusa yoluxma hallarının azalması vətəndaşları arxayınlaşdırmamalıdır

 

 

Ölkəmizdə COVID-19 infeksiyasına yoluxmanın dinamikasında müsbət tendensiya davam edir. İqtisadi aktivliyin gücləndirilməsi zərurəti nəzərə alınaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi istehsal, ticarət və xidmət sahələrinin fəaliyyətinə icazə verilməsi haqqında qərar qəbul edib.

Sərtləşdirilmiş karantin rejiminin yumşaldılması insanlarda xoş əhvali-ruhiyyə yaratmaqla bərabər, onları aktiv həyata da həvəsləndirib. Paytaxt Bakının küçələrində canlanma yaranıb.

Bu mənzərələri seyr etmək çox xoş təəssüratlar yaratmaqla yanaşı, aylardır ki, dünyamızın qlobal bəlasına çevrilmiş koronavirus pandemiyasının acı nəticələrini də yada salır. Bu təhlükəli virusa yoluxmaölüm hallarının azalması hallarının stabil olmadığı təcrübələrdən məlumdur.

Nə qədər ki, koronavirus infeksiyası ölkəmizdə və dünyanın müxtəlif yerlərində can almaqda davam edir arxayınlaşmaq olmaz. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hər gün yenilədiyi statistik məlumatlar isə COVID-19 qurbanlarının sayının artdığını göstərir. Belə ki, ÜST-ün verdiyi məlumata görə, dünyada yeni növ koronavirus infeksiyasından vəfat edənlərin sayı 2 300 187 nəfərə çatıb.

Beləliklə, dünyada koronavirus infeksiyasına 105.629.479 insan yoluxub. Eyni zamanda 77.318.350 nəfər COVID-19 xəstəliyindən sağalıb, 26 milyona yaxın xəstənin müalicəsi davam edir.

Məlumata əsasən, dünyada yoluxma sayına görə ön sırada olan ölkə ABŞ-dır. COVID-19 səbəbindən ən çox ölüm halı da ABŞ-da qeydə alınıb (467 552 nəfər). Sonrakı yerləri Braziliya (229 097 nəfər), Meksika (169 922 nəfər), Hindistan (154 954 nəfər) və Böyük Britaniya (11 264 nəfər) tutur.

 Ölkəmizdə isə karonavirusa yoluxmaölüm hallarının azalması davam edir. Həyatımız müəyyən qədər qaydasına düşür. Artıq orta məktəblərdən şagirdlərin səsi eşidilir. Vəziyyət bu cür davam edərsə, yumşaldılmaların da davamedici olacağı şübhəsizdir. Ancaq təəssüflə qeyd etməliyik ki, ölkəmizdə COVID-19-a hələ də hər gün yoluxanlarbu virus səbəbindən dünyasını dəyişənlər var. Digər tərəfdən koronavirusun yenidən aktivləşməyəcəyini söyləmək də mümkünsüzdür.

Qeyd edək ki, koronavirus pandemiyası ölkəmizdə bir ildən çoxdur müşahidə edilir. Bu təhlükəli virusa qarşı mübarizə tədbirlərinə ilk günlərdən başlanılıb. Pandemiyaya qarşı ciddi mübarizə tədbirləri davam etdirilir. Bu səbəbdəndir ki, Azərbaycan pandemiya ilə mübarizədə dünyada ən uğurlu ölkələr sırasındadır. Ölkəmizdə dövlət tərəfindən vaxtında həyata keçirilən tədbirlər nəticəsində infeksiyanın xeyli dərəcədə azaldılmasına nail olunub. Mütəxəssislər sərt karantin rejiminin tətbiqinin də yoluxmanın sayının azalmasını şərtləndirən amillərdən olduğu qənaətindədirlər. Nəticədə ölkəmizdə yoluxma sayı azalıb.

Dünyanın əksər ölkələrində koronavirusdan xilas yolları aranır. Mütəxəssislər araşdırmaları davam etdirirlər. Artıq dünyanın 11 ölkəsində vaksinasiya prosesinə başlanılıb. Həmin ölkələrdən biri də Azərbaycandır.

Bu gün bütün dünyada həyəcan doğuran məsələlərdən birivirusun yeni ştammlarının aşkar olunmasıdır. Qeyd edək ki, COVID-19-un İngiltərədə meydana gələn yeni ştammı artıq sürətlə yayılır.

Bu gün ölkəmizdə hər kəsi düşündürən məsələlərdən biribudur - koronavirus yenidən əhatə dairəsini genişləndirə bilərmi? Digər bir sual isə belədir ki, COVID-19-un İngiltərədə meydana gələn yeni ştammı Azərbaycanda da müşahidə oluna bilərmi?

Hazırda yoluxma sayında müşahidə olunan azalma müəyyən yumşalma tədbirlərinin olmasına şərait yaradıb. Lakin bundan əvvəl iki dəfə yumşalma dövründə yoluxma sayının kəskin artımı müşahidə olunub ki, bu da əlavə məhdudlaşdırıcı tədbirlərin bərpasına zərurət yaradıb. Mütəxəssislər də bu fikirdədirlər ki, karantin qaydalarının yenidən sərtləşməsi mümkündür. Ona görə ki, bu gün heç bir ölkədə virusa qarşı effektli preparat yoxdur. Azərbaycanda virusa qarşı vaksinasiya prosesi gedir. Vaksin olunmaq xəstəliyi ağır keçirmənin qarşısını alır. Lakin ehtiyat tədbirləri heç bir halda unudulmamalıdır. Yəni peyvənd vurdurub-vurdurmamasından asılı olmayaraq hər bir vətəndaş maska taxmalı, gigiyenik qaydalara ciddi əməl etməli və sosial məsafəni qorumalıdır.

Bu günlər qış fəsli olsa da havalar xoş keçir. Belə havalarda maskadan istifadə etmək çoxları üçün əziyyətə çevrilib. Şəhərin küçələrində, dayanacaqlarda və digər ictimai yerlərdə müşahidələrimiz bir çoxlarının maskalardan düzgün istifadə etmədiklərini göstərir. Bununla onlar koronavirusa meydan açdıqlarını yaddan çıxarırlar. Pandemiya təhlükəsini nəzərə alan mütəxəssislər dönə-dönə vurğulayırlar ki, açıq havada maska taxmaq qadağasını ləğv etmək hələ tezdir. Müəyyən yumşalmalardan sonra məktəblər, restoranlar açılırsa, bunlara sevinmək lazımdır. Hər kəs başa düşməlidir ki, COVID-19-la bağlı vəziyyətin yenidən mürəkkəbləşməməsi həm də ondan asılıdır. Bu təhlükəli virusa qarşı mübarizədə dövlətlə yanaşı, ayrı-ayrı vətəndaşların da hər biri məsuliyyətli olmalıdır.

 

 

 

Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 7 fevral.- S.1;8.