Kənd təsərrüfatı
və aqrosənaye sahələrinin inkişafı üçün böyük
potensial var
Ermənilər 30 il ərzində ərazilərimizi işğal altında saxlamaqla kifayətlənməmiş, torpaqlarımızı həm də istismar edərək barından bəhrələnmişlər. Onların bundan nə dərəcədə faydalandığını bilmək üçün təkcə bir faktı xatırlatmaq kifayətdir: son vaxtadək Ermənistanın dövlət büdcəsinin gəlirlərinin 50 faizi Azərbaycandan taladığı sərvətlər hesabına formalaşırdı. Düşmən tərəfi bu faktı etiraf edir və narahat olur ki, bundan sonra necə yaşayacaq.
Sərvətləri ən çox talanan rayonlardan biri yox, birincisi
Kəlbəcər idi. Məlumdur ki,
bu rayon yerüstü və yeraltı sərvətlərinə görə
çox zəngindir.
Təkcə Söyüdlü qızıl yatağının
istismarından Ermənistanın
dövlət büdcəsinə
ildə milyonlarla
dollar vəsait daxil olurdu.
Kəlbəcər kənd təsərrüfatı
rayonu kimi də xüsusi əhəmiyyət daşıyır. Rayon əhalisinin çox hissəsinin məşğuliyyəti
də bu sahə ilə bağlıdır.
Kəlbəcərin örüş-otlaq
və biçənək
sahələri 83,2 min hektardır ki, bu da ölkə
üzrə otlaq sahəsinin təxminən
3,4 faizini təşkil
edir. Belə bir imkan rayonda heyvandarlığın
inkişafı üçün
geniş perspektivlər
açır. Kənd
Təsərrüfatı Nazirliyinin
Aqrar Tədqiqatlar Mərkəzinin əməkdaşı
Əbdülrəhim Dadaşov
deyir ki, rəsmi statistik məlumatlara görə, Kəlbəcərdə 1980-ci ildə
olan 33,7 min baş qara malın
sayı 1985-ci ildə
artaraq 38,5 min başa çatmışdı. Belə artım
davarların sayında
da müşahidə edilmişdi. Belə ki, rayon üzrə davarların sayı 1980-ci
ildə 66,7 min baş olduğu halda, 1985-ci ildə bu rəqəm 90,7 mini keçmişdi. Heyvandarlığın inkişafı həmin
dövrdə rayonda ət, süd və yumurta istehsalının artmasına
da imkan vermişdi.
İndi işğaldan azad olunmuş Kəlbəcərin
yeni dönəmi başlayır. Rayonun bərpası, aqrar
sektorda müasir texnika və texnologiyaların tətbiqi
nəzərdə tutulur.
Kənd təsərrüfatı mütəxəssislərinin
hesablamalarına görə,
Kəlbəcərdə aqrar
sektorda məhsul istehsalının bərpa
və artım dövrü 2025-ci ildə
yüksək nöqtəyə
çatacaq. Həmin
il rayonda 57,8 min baş inək və camış, 164,6
min baş qoyun və keçinin bəslənilməsi
ölkədə heyvandarlığın
və sürü dövriyyəsinin təqribən
3,6 faiz artmasına imkan verəcək. Bununla yanaşı, mütəxəssislər bu
dövr rayonda 83,1 min baş quşun və 13,5 min arı ailəsinin olacağını da proqnozlaşdırırlar. Sözsüz
ki, həmin sahələrin inkişafı yumurta,
quş əti və bal istehsalının
artımına imkan verəcək. Kəlbəcərdə istehsal olunan
həmin məhsullar ölkənin daxili tələbatının ödənilməsinə,
eləcə də ixrac imkanlarının artmasına şərait yaradacaq.
Rayonda aqrar sektorun bitkiçilik sahəsində tütünçülük
xüsusi çəkiyə
malik olub. Əhalinin böyük
bir hissəsi vaxtilə tütünçülükdə
çalışıb. Rayon üzrə 1980-ci ildə 456 hektar sahədən 1285, 1985-ci ildə
801 hektar sahədən
1597 ton məhsul yığılıb.
Bu rəqəmlər rayonda tütünçülüyün
inkişafının böyük
potensialı olduğunu
göstərir.
Sözsüz ki, yeni dönəmdə
müasir texnika və innovativ texnologiyalardan istifadə etməklə bu sahədə məhsuldarlığı
daha da artırmaq
mümkün olacaq. Ə.Dadaşovun fikrincə, yeni üsullardan istifadə etməklə 2025-ci ildə
rayonda tütün istehsalını 668 tona çatdırmaq mümkündür.
Ümumiyyətlə, Kəlbəcərin bitkiçilik sahəsində potensialı böyükdür. Üstəlik, işğaldan azad edilmiş torpaqların inkişafı üzrə qəbul edilən tədbirlər planına uyğun olaraq, yeni texnika və texnologiyaların tətbiqi rayonda tərəvəzçilik və bostançılığın inkişafına yeni perspektivlər açacaq. Rayonun torpaq, iqlim və su resursları nəzərə alınaraq burada sözügedən tədbirlər planı çərçivəsində 500 hektarlıq intensiv nar, alma və xurma bağları salınmasının pilot layihələri də hazırlanıb. Bundan başqa, 1000 hektara qədər sahədə taxıl əkiləcəyi proqnozlaşdırılıb. Eyni zamanda heyvandarlığı inkişaf etdirmək məqsədilə yemlik otlaq sahəsinin yaradılması üçün 220 hektar əlavə əkin sahəsinin salınması planlaşdırılıb.
Aqrar istehsal potensialı ilə yanaşı, Kəlbəcər tütün, süd, gön-dəri və yun emalı müəssisələrinin yaradılması üçün də böyük potensiala malikdir. Bu region üçün yeni trend hesab edilən meyvəçilik sektoru üzrə emal müəssisələri, arıçılıq məhsullarının istehsalı imkanları da nəzərə alınarsa, burada aqrosənayenin təmərküzləşmiş və klasterial inkişafının iqtisadiyyata töhfəsinin ötən dövrlərdəkindən daha çox olacağı şübhəsizdir.
Rüstəm KAMAL
Azərbaycan.-2021.- 7 fevral.- S.1;7.