“Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
“Təhsil haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009, ¹ 9, maddə
684; 2011, ¹ 2, maddə 70; 2014, ¹ 1, maddə 3; 2015, ¹ 11, maddə
1266; 2016, ¹ 1, maddə 41, ¹ 11, maddə 1766; 2017, ¹ 2, maddə
145, ¹ 5, maddə 691, ¹ 7, maddələr
1277, 1300, ¹ 12 (I kitab), maddə
2202; 2018, ¹ 7 (I kitab), maddələr
1381, 1409, ¹ 11, maddə 2208; 2019, ¹ 5, maddə 798, ¹ 7, maddə
1190, ¹ 8, maddə 1382, ¹ 11, maddə
1684, ¹ 12, maddə 1881; 2020, ¹ 5, maddə 508, ¹ 6, maddələr
662, 668, ¹ 7, maddələr 824, 830; Azərbaycan Respublikasının
2020-ci il 6 oktyabr tarixli 179-VIQD və 185-VIQD
nömrəli, 6 noyabr
tarixli 192-VIQD nömrəli
qanunları) aşağıdakı
dəyişikliklər edilsin:
1.
1.0.21-ci və 1.0.31-ci maddələrdə
“dövlət təhsil
sənədinin” sözləri
“təhsil haqqında dövlət sənədinin”
sözləri ilə əvəz edilsin.
2.
1.0.26-cı maddəyə “təhsil”
sözündən sonra
“haqqında dövlət”
sözləri əlavə
edilsin.
3. 17.2-ci maddənin ikinci cümləsində “dövlət
nümunəli sənədin”
sözləri “təhsil
haqqında dövlət
sənədinin” sözləri
ilə əvəz edilsin.
4. 19.20-ci
maddədə “dövlət
təhsil” sözləri
“təhsil haqqında dövlət” sözləri
ilə əvəz edilsin.
5.
21.3-cü maddənin ikinci
cümləsində “dövlət
nümunəli sənəd”
sözləri “təhsil
haqqında dövlət
sənədi” sözləri
ilə əvəz edilsin.
6.
21.4-cü maddədə “sənəd”
sözü “dövlət
sənədi” sözləri
ilə əvəz edilsin.
7. 27-ci maddə üzrə:
7.1. 27.1-ci maddəyə “səviyyəsini” sözündən sonra “(doktorantura istisna olmaqla)” sözləri və “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;
7.2. 27.3-cü maddəyə “qaydada” sözündən sonra “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin.
8. 29.0.20-ci maddədə “nümunələrini” sözü “təsvirlərini” sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
18 dekabr 2020-ci il
Azərbaycan.-2021.- 7 fevral.- S.2.