“Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan
Respublikasının 2020-ci il 18 dekabr tarixli 218-VIQD nömrəli
Qanununun tətbiqi və Azərbaycan
Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli
203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2020-ci il 18 dekabr tarixli 218-VIQD nömrəli
Qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 1
mart tarixli 203 nömrəli
Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 3, maddə
161, ¹ 12, maddə 1102; 2007, ¹ 10, maddə 947; 2008, ¹ 11, maddə
970; 2009, ¹ 12, maddə 983; 2010, ¹ 2, maddə 83; 2011, ¹ 2, maddə
85; 2012, ¹ 4, maddə 291, ¹ 6, maddə 531, ¹ 9, maddə
854; 2016, ¹ 11, maddə 1805; 2017, ¹ 7, maddə 1355, ¹ 12 (I kitab), maddə 2312; 2019, ¹ 3, maddə
403, ¹ 5, maddə 848, ¹ 11, maddə
1718; 2020, ¹ 7, maddələr 868, 895, ¹ 9, maddə 1139; Azərbaycan Respublikası Prezidentinin
2020-ci il 8 dekabr tarixli 1207 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
Təhsil Nazirliyi haqqında Əsasnamə”də
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 8.2-ci bənddən
“milli” sözü çıxarılsın;
1.2. 8.5-ci bənddə
“qiymətləndirilməsi (attestasiyası) sözləri
“attestasiyası” sözü
ilə əvəz edilsin;
1.3. 8.10-cu bənddə
“tədris vasitələrinin”
sözləri “tədris-metodik
vəsaitlərin” sözləri
ilə əvəz edilsin;
1.4. 8.26-cı bənd
aşağıdakı redaksiyada
verilsin:
“8.26. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq təhsil müəssisələri tərəfindən məzunlara verilən təhsil haqqında dövlət sənədinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndən elektron sənəd formasında əldə edilməsini təmin edir;”.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 218-VIQD
nömrəli Qanunundan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 fevral
2021-ci il
Azərbaycan.-2021.-
7 fevral.- S.2.