Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Hərbi
Akademiyasının Nizamnaməsi”ndə, 2015-ci il 13 avqust
tarixli 583 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin Nizamnaməsi”ndə, 2015-ci il 21 dekabr tarixli 710 nömrəli
Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə,
2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi
publik hüquqi şəxsin Nizamnaməsi”ndə,
2016-cı il 20 aprel tarixli 869 nömrəli Fərmanı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil
Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət
Agentliyinin Əsasnaməsi”ndə və 2016-cı il 24 iyun
tarixli 978 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Dövlət Sərhəd
Xidmətinin Akademiyasının Nizamnaməsi”ndə dəyişiklik
edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 17 aprel tarixli 502 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 4, maddə 381; 2016, ¹ 11, maddə 1803; 2017, ¹ 5,
maddələr 790, 802, ¹ 7, maddə 1367; 2019, ¹ 3, maddə 402;
2020, ¹ 5, maddə 698) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin Hərbi
Akademiyasının Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.1.4-cü yarımbənd
aşağıdakı redaksiyada verilsin:
“3.1.4. “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, təhsil haqqında dövlət sənədlərini və
təhsilə dair digər sənədləri vermək;”;
1.2. 7.31-ci bəndə “təhsil haqqında” sözlərindən
əvvəl “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq “Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemi”ndə elektron sənəd formasında
yaradılan” sözləri əlavə edilsin;
1.3. 7.33-cü bənddə “dövlət
sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd”
sözləri ilə əvəz edilsin;
1.4. 8.1-ci bənd üzrə:
1.4.1.
8.1.1-ci yarımbəndə
“proqramlarının” sözündən sonra
“(kurikulumların)” sözü və “etmək” sözündən
sonra “, keyfiyyətli təhsil vermək” sözləri əlavə
edilsin;
1.4.2.
8.1.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “,
qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim
metodlarını, innovasiyaları öyrənmək və tətbiq
etmək, əlavə məşğələlər
keçirmək” sözləri əlavə edilsin;
1.4.3.
8.1.5-ci yarımbənddən “, Akademiyanın daxili
qaydalarına əməl etməklə, başqalarına şəxsi
nümunə olmaq” sözləri çıxarılsın;
1.4.4.
8.1.6-cı yarımbənddə “ruhunda tərbiyə etmək”
sözləri “və azərbaycançılıq ruhunda tərbiyə
etmək, müstəqil həyata” sözləri ilə əvəz
edilsin;
1.4.5.
8.1.8-ci yarımbənddən “şəxsi nümunəsi ilə”
sözləri çıxarılsın və həmin
yarımbənddə “cəmiyyətə hörmət”
sözləri “mədəniyyətinə, dilinə, adət və
ənənələrinə, milli və ümumbəşəri
dəyərlərə, cəmiyyətə, ətraf mühitə
hörmət və qayğı” sözləri ilə əvəz
edilsin;
1.4.6.
8.1.9-cu yarımbəndə “pedaqoji” sözündən əvvəl
“etik davranış qaydalarına,” sözləri əlavə
edilsin;
1.4.7.
8.1.12-ci yarımbəndə “çəkindirmək”
sözündən sonra
“,
onların təhlükəsizliyinin və
sağlamlığının mühafizəsində
iştirak etmək” sözləri əlavə edilsin;
1.4.8. aşağıdakı məzmunda 8.1.14-1 -
8.1.14-3-cü yarımbəndlər əlavə edilsin:
“8.1.14-1.
təhsil sahəsində dövlət siyasətinin həyata
keçirilməsində iştirak etmək;
8.1.14-2.
daxili intizam qaydalarına əməl etmək və əmək
müqaviləsi ilə müəyyənləşdirilmiş əmək
funksiyalarını yerinə yetirmək;
8.1.14-3.
Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları
ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi
və inkişafı ilə bağlı məsləhətləşmələr
aparmaq;”;
1.5. 8.2-ci bənd üzrə:
1.5.1.
8.2.2-ci yarımbəndə “etmək” sözündən sonra
“, təkliflər irəli sürmək” sözləri əlavə
edilsin;
1.5.2.
8.2.4-cü yarımbənddən “uyğun olduqda Elmi Şuraya
və digər” sözləri çıxarılsın;
1.5.3.
8.2.5-ci yarımbəndə “əlavə təhsil almaq”
sözlərindən sonra “və elmi dərəcəsini
yüksəltmək” sözləri əlavə edilsin;
1.5.4. aşağıdakı məzmunda 8.2.8-1-ci
yarımbənd əlavə edilsin:
“8.2.8-1. tədrisin
formasını, metodlarını və vasitələrini sərbəst
seçmək, tədris-metodik vəsaitlərlə təmin
olunmaq;”;
1.6. 8.4-cü bənd üzrə:
1.6.1.
8.4.2-ci yarımbənddən “tədris
tapşırıqlarını vaxtında yerinə yetirmək,”
sözləri çıxarılsın;
1.6.2.
8.4.4-cü yarımbəndə “əməl etmək” sözlərindən
əvvəl
“, etik
normalara və təlim-tərbiyə prosesi ilə bağlı
qaydalara” sözləri əlavə edilsin;
1.6.3. 8.4.5-ci
yarımbənddə “və cəmiyyət” sözləri “, cəmiyyət,
ailə və özü” sözləri ilə əvəz
edilsin;
1.6.4. aşağıdakı məzmunda 8.4.7-1-ci və
8.4.7-2-ci yarımbəndlər əlavə edilsin:
“8.4.7-1.
üzrsüz səbəblərdən dərsdənyayınma
hallarına yol verməmək, verilən tapşırıqları
vaxtında və keyfiyyətlə yerinə yetirmək;
8.4.7-2.
sağlam həyat tərzi keçirmək;”;
1.7. 8.5-ci bənd üzrə:
1.7.1.
8.5.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl
“mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji
mühitdə” sözləri əlavə edilsin;
1.7.2. 8.5.2-ci
yarımbəndə “kitabxanalardan” sözündən əvvəl
“laboratoriyalardan,” sözü əlavə edilsin;
1.7.3.
8.5.3-cü və 8.5.6-cı yarımbəndlər
aşağıdakı redaksiyada verilsin:
“8.5.3. şərəf və ləyaqəti
aşağılayan fiziki, mənəvi və psixoloji
zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən
müdafiə olunmaq;”;
“8.5.6. təhsillə bağlı
inkişafyönlü tədbirlərdə (olimpiada, bilik
yarışları, fənn müsabiqələri, konfrans,
seminar, proqram və layihələrdə) iştirak etmək;”;
1.7.4.
8.5.5-ci yarımbənddə “həyatında” sözündən
sonra “, elmi cəmiyyətlərin, dərnəklərin,
assosiasiyaların, birliklərin və digər təşkilatların
yaradılmasında” sözləri əlavə edilsin;
1.7.5. aşağıdakı məzmunda 8.5.7-1 -
8.5.7-4-cü yarımbəndlər əlavə edilsin:
“8.5.7-1.
müəyyən edilmiş qaydada təhsil müəssisəsini
və ixtisasını dəyişmək;
8.5.7-2. həyat
və sağlamlığı üçün təhlükəsiz,
zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
8.5.7-3.
biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
8.5.7-4.
“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz
psixoloji yardım almaq;”.
2. Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 13 avqust tarixli 583 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 8, maddə 912; 2016, ¹ 11, maddə 1803; 2017, ¹ 7,
maddə 1368; 2019, ¹ 5, maddə 847; 2020,
¹ 5, maddə
698) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin
Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər
edilsin:
2.1. 7.34-cü bənddə “dövlət
sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd”
sözləri ilə əvəz edilsin;
2.2. 8.1-ci bənd üzrə:
2.2.1.
8.1.1-ci yarımbəndə “proqramlarının” sözündən
sonra “(kurikulumların)” sözü və “etmək”
sözündən sonra “, keyfiyyətli təhsil vermək”
sözləri əlavə edilsin;
2.2.2.
8.1.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “,
qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim
metodlarını, innovasiyaları öyrənmək və tətbiq
etmək, əlavə məşğələlər
keçirmək” sözləri əlavə edilsin;
2.2.3.
8.1.5-ci yarımbənddən “, Mərkəzin daxili
qaydalarına əməl etməklə, başqalarına şəxsi
nümunə olmaq” sözləri çıxarılsın;
2.2.4.
8.1.6-cı yarımbənddə “ruhunda tərbiyə etmək”
sözləri “və azərbaycançılıq ruhunda tərbiyə
etmək, müstəqil həyata” sözləri ilə əvəz
edilsin;
2.2.5.
8.1.8-ci yarımbənddən “şəxsi nümunəsi ilə”
sözləri çıxarılsın və həmin
yarımbənddə “cəmiyyətə hörmət”
sözləri “mədəniyyətinə, dilinə, adət və
ənənələrinə, milli və ümumbəşəri
dəyərlərə, cəmiyyətə, ətraf mühitə
hörmət və qayğı” sözləri ilə əvəz
edilsin;
2.2.6.
8.1.9-cu yarımbəndə “pedaqoji” sözündən əvvəl
“etik davranış qaydalarına,” sözləri əlavə
edilsin;
2.2.7.
8.1.11-ci yarımbəndə “çəkindirmək”
sözündən sonra
“,
onların təhlükəsizliyinin və
sağlamlığının mühafizəsində
iştirak etmək” sözləri əlavə edilsin;
2.2.8. aşağıdakı məzmunda 8.1.13-1 -
8.1.13-3-cü yarımbəndlər əlavə edilsin:
“8.1.13-1.
təhsil sahəsində dövlət siyasətinin həyata
keçirilməsində iştirak etmək;
8.1.13-2.
daxili intizam qaydalarına əməl etmək və əmək
müqaviləsi ilə müəyyənləşdirilmiş əmək
funksiyalarını yerinə yetirmək;
8.1.13-3. Mərkəzin
rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq
etmək, dəyişən heyətin təlimi və
inkişafı ilə bağlı məsləhətləşmələr
aparmaq;”;
2.3. 8.2-ci bənd üzrə:
2.3.1.
8.2.2-ci yarımbəndə “etmək” sözündən sonra
“, təkliflər irəli sürmək” sözləri əlavə
edilsin;
2.3.2.
8.2.4-cü yarımbənddən “uyğun olduqda Elmi Şuraya
və digər” sözləri çıxarılsın;
2.3.3. 8.2.5-ci
yarımbəndə “əlavə təhsil almaq” sözlərindən
sonra “və elmi dərəcəsini yüksəltmək”
sözləri əlavə edilsin;
2.3.4. aşağıdakı məzmunda 8.2.8-1-ci
yarımbənd əlavə edilsin:
“8.2.8-1. tədrisin
formasını, metodlarını və vasitələrini sərbəst
seçmək, tədris-metodik vəsaitlərlə təmin
olunmaq;”;
2.4. 8.4-cü bənd üzrə:
2.4.1.
8.4.2-ci yarımbənddən “tədris
tapşırıqlarını vaxtında yerinə yetirmək,”
sözləri çıxarılsın;
2.4.2.
8.4.4-cü yarımbəndə “əməl etmək” sözlərindən
əvvəl “, etik normalara və təlim-tərbiyə prosesi
ilə bağlı qaydalara” sözləri əlavə edilsin;
2.4.3.
8.4.5-ci yarımbənddə “və cəmiyyət” sözləri “,
cəmiyyət, ailə və özü” sözləri ilə
əvəz edilsin;
2.4.4. aşağıdakı məzmunda 8.4.7-1-ci və
8.4.7-2-ci yarımbəndlər əlavə edilsin:
“8.4.7-1.
üzrsüz səbəblərdən dərsdənyayınma
hallarına yol verməmək, verilən
tapşırıqları vaxtında və keyfiyyətlə
yerinə yetirmək;
8.4.7-2.
sağlam həyat tərzi keçirmək;”;
2.5. 8.5-ci bənd üzrə:
2.5.1.
8.5.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl
“mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji
mühitdə” sözləri əlavə edilsin;
2.5.2.
8.5.2-ci yarımbəndə “kitabxanalardan” sözündən əvvəl
“laboratoriyalardan,” sözü əlavə edilsin;
2.5.3. 8.5.3-cü,
8.5.5-ci və 8.5.6-cı
yarımbəndlər aşağıdakı redaksiyada verilsin:
“8.5.3. şərəf və ləyaqəti
aşağılayan fiziki, mənəvi və psixoloji
zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən
müdafiə olunmaq;”;
“8.5.5. Mərkəzin
elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin,
dərnəklərin, assosiasiyaların, birliklərin və digər
təşkilatların yaradılmasında iştirak etmək;
8.5.6. təhsillə bağlı
inkişafyönlü tədbirlərdə (olimpiada, bilik
yarışları, fənn müsabiqələri, konfrans,
seminar, proqram və layihələrdə) iştirak etmək;”;
2.5.4. aşağıdakı məzmunda 8.5.7-1 -
8.5.7-3-cü yarımbəndlər əlavə edilsin:
“8.5.7-1. həyat
və sağlamlığı üçün təhlükəsiz,
zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
8.5.7-2.
biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
8.5.7-3.
“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz
psixoloji yardım almaq;”.
3. Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 710 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2015, ¹ 12, maddə 1464;
2016, ¹ 11, maddə 1803; 2017, ¹ 5, maddələr 791, 802, ¹ 7, maddə
1369; 2018,
¹ 4, maddə
699; 2019, ¹ 3, maddə 402, ¹ 5, maddə 856; 2020, ¹ 2, maddə 103,¹ 5, maddə 698, ¹ 7, maddə 868) ilə təsdiq
edilmiş “Azərbaycan Turizm və Menecment Universitetinin Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.2.8-ci yarımbənd
aşağıdakı redaksiyada verilsin:
“2.2.8. “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, təhsil haqqında dövlət sənədlərini və
təhsilə dair digər sənədləri vermək;”;
3.2. 5.21-ci bəndin birinci cümləsində
“Universiteti bitirməsi barədə dövlət nümunəli
sənəd” sözləri “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemi”ndə elektron sənəd formasında
yaradılan təhsil haqqında dövlət sənədi”
sözləri ilə əvəz edilsin;
3.3. 5.23-cü bəndə “Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydada” sözləri “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemi”ndə elektron sənəd formasında
yaradılan” sözləri əlavə edilsin;
3.4. 7.5-ci bənd üzrə:
3.4.1.
7.5.2-ci yarımbəndə “etmək” sözündən sonra
“, təkliflər irəli sürmək” sözləri əlavə
edilsin;
3.4.2.
7.5.3-cü yarımbəndə “seçmək” sözündən
sonra “, tədris-metodik vəsaitlərlə təmin olunmaq”
sözləri əlavə edilsin;
3.4.3.
7.5.5-ci yarımbənddə “və uyğun gəldikdə
seçkili” sözləri “, seçkili” sözü ilə əvəz
edilsin;
3.5. 7.6-cı bənd üzrə:
3.5.1.
7.6.2-ci yarımbəndə “proqramlarının” sözündən
sonra “(kurikulumların)” sözü və “etmək”
sözündən sonra “, keyfiyyətli təhsil vermək”
sözləri əlavə edilsin;
3.5.2.
7.6.5-ci yarımbənddən “şəxsi nümunəsi ilə”
sözləri çıxarılsın;
3.5.3.
7.6.6-cı yarımbəndə “pedaqoji” sözündən əvvəl
“etik davranış qaydalarına,” sözləri əlavə
edilsin;
3.5.4.
7.6.8-ci yarımbəndə “çəkindirmək”
sözündən sonra “, onların təhlükəsizliyinin
və sağlamlığının mühafizəsində
iştirak etmək” sözləri əlavə edilsin;
3.5.5.
7.6.9-cu yarımbəndə “aparmaq,” sözündən sonra
“qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim
metodlarını, innovasiyaları öyrənmək və tətbiq
etmək,” sözləri əlavə edilsin;
3.5.6.
7.6.11-ci yarımbənd aşağıdakı redaksiyada
verilsin:
“7.6.11.
Universitetin daxili intizam qaydalarına əməl etmək və
əmək müqaviləsi ilə müəyyənləşdirilmiş
əmək funksiyalarını yerinə yetirmək;”;
3.5.7. aşağıdakı məzmunda 7.6.12-ci
yarımbənd əlavə edilsin:
“7.6.12.
Universitetin rəhbərliyi, psixoloqu və həmkarları ilə
əməkdaşlıq etmək, təhsilalanların təlimi
və inkişafı ilə bağlı məsləhətləşmələr
aparmaq.”;
3.6. 7.7-ci bənd üzrə:
3.6.1.
7.7.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl
“mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji
mühitdə” sözləri əlavə edilsin;
3.6.2.
7.7.3-cü yarımbəndə “kitabxanalardan” sözündən
əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;
3.6.3.
7.7.6-cı yarımbənddə “sağlamlıq” sözü
“həyat və sağlamlığı” sözləri ilə əvəz
edilsin;
3.6.4.
7.7.9-cu yarımbənddə “iştirak etmək” sözləri
“, elmi cəmiyyətlərin, dərnəklərin,
assosiasiyaların, birliklərin və digər təşkilatların
yaradılmasında iştirak etmək, eləcə də
ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara
üzv olmaq” sözləri ilə əvəz edilsin;
3.6.5.
7.7.10-cu yarımbənd aşağıdakı redaksiyada
verilsin:
“7.7.10. təhsillə bağlı
inkişafyönlü tədbirlərdə (olimpiada, bilik
yarışları, fənn müsabiqələri, konfrans,
seminar, proqram və layihələrdə) iştirak etmək;”;
3.6.6. aşağıdakı məzmunda 7.7.11 -
7.7.13-cü yarımbəndlər əlavə edilsin:
“7.7.11. müəyyən edilmiş qaydada universitetdə
təhsilini müvəqqəti dayandırmaq;
7.7.12. şərəf və ləyaqəti
aşağılayan fiziki, mənəvi və psixoloji
zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən
müdafiə olunmaq;
7.7.13.
“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz
psixoloji yardım almaq.”;
3.7. 7.8.4-cü yarımbəndin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 7.8.5 - 7.8.7-ci yarımbəndlər
əlavə edilsin:
“7.8.5. üzrsüz səbəblərdən dərsdənyayınma
hallarına yol verməmək, verilən
tapşırıqları vaxtında və keyfiyyətlə
yerinə yetirmək;
7.8.6. sağlam həyat tərzi keçirmək;
7.8.7. dövlət, cəmiyyət, ailə və
özü qarşısında məsuliyyətini dərk etmək.”.
4. Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 4, maddə 665,
¹ 8, maddə 1369; 2017, ¹ 7, maddə 1332; 2019, ¹ 3, maddələr
405, 411; 2020,
¹ 4, maddə
397, ¹7, maddə 895) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Dövlət İmtahan Mərkəzi
publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.16-cı
yarımbəndində “tədris vəsaitlərinin” sözləri
“tədris-metodik vəsaitlərin” sözləri ilə əvəz
edilsin.
5. Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 869 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 4, maddə 674; 2019, ¹ 5, maddə 848,
¹ 11, maddə
1718) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili
üzrə Dövlət Agentliyinin Əsasnaməsi”nin 3.1.24-cü yarımbəndi ləğv edilsin.
6. Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 978 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2016, ¹ 6, maddə 1074; 2017, ¹ 7, maddə 1371; 2020, ¹ 2,
maddə 107) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin
Akademiyasının Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3.1.4-cü yarımbənd
aşağıdakı redaksiyada verilsin:
“3.1.4. “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, təhsil haqqında dövlət sənədlərini və
təhsilə dair digər sənədləri vermək;”;
6.2. 8.16-cı bənd üzrə:
6.2.1.
8.16.1-ci yarımbəndə “proqramlarının” sözündən
sonra “(kurikulumların)” sözü və “etmək”
sözündən sonra “, keyfiyyətli təhsil vermək”
sözləri əlavə edilsin;
6.2.2.
8.16.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “,
qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim
metodlarını, innovasiyaları öyrənmək və tətbiq
etmək, əlavə məşğələlər
keçirmək” sözləri əlavə edilsin;
6.2.3.
8.16.5-ci yarımbənddən “, Akademiyanın daxili intizam
qaydalarına əməl etməklə, başqalarına şəxsi
nümunə olmaq” sözləri çıxarılsın;
6.2.4.
8.16.6-cı yarımbənddə “ruhunda tərbiyə etmək”
sözləri “və azərbaycançılıq ruhunda tərbiyə
etmək, müstəqil həyata” sözləri ilə əvəz
edilsin;
6.2.5. 8.16.8-ci
yarımbənddən “şəxsi nümunəsi ilə”
sözləri çıxarılsın və həmin
yarımbənddə “cəmiyyətə hörmət”
sözləri “mədəniyyətinə, dilinə, adət və
ənənələrinə, milli və ümumbəşəri
dəyərlərə, cəmiyyətə, ətraf mühitə
hörmət və qayğı” sözləri ilə əvəz
edilsin;
6.2.6.
8.16.9-cu yarımbəndə “pedaqoji” sözündən əvvəl
“etik davranış qaydalarına,” sözləri əlavə
edilsin;
6.2.7.
8.16.12-ci yarımbəndə “çəkindirmək”
sözündən sonra “, onların təhlükəsizliyinin
və sağlamlığının mühafizəsində
iştirak etmək” sözləri əlavə edilsin;
6.2.8. aşağıdakı məzmunda 8.16.14-1 -
8.16.14-3-cü yarımbəndlər əlavə edilsin:
“8.16.14-1.
təhsil sahəsində dövlət siyasətinin həyata
keçirilməsində iştirak etmək;
8.16.14-2.
daxili intizam qaydalarına əməl etmək və əmək
müqaviləsi ilə müəyyənləşdirilmiş əmək
funksiyalarını yerinə yetirmək;
8.16.14-3.
Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları
ilə əməkdaşlıq etmək, dəyişən heyətin
təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr
aparmaq;”;
6.3. 8.17.2-ci yarımbəndə
“iştirak etmək” sözlərində sonra
“, təkliflər
irəli sürmək” sözləri əlavə edilsin;
6.4. 8.17.4-cü yarımbəndə
“tutmaq” sözündən sonra “, seçkili vəzifələrə
seçmək və seçilmək” sözləri əlavə
edilsin;
6.5. 8.17.5-ci yarımbənddə “əlavə
təhsil almaq” sözlərindən sonra “, elmi dərəcəsini
yüksəltmək;”;
6.6. aşağıdakı
məzmunda 8.17.8-1-ci yarımbənd əlavə edilsin:
“8.17.8-1.
tədrisin formasını sərbəst seçmək, tədris-metodik
vəsaitlərlə təmin olunmaq;”;
6.7. 9.16-cı bənd üzrə:
6.7.1.
9.16.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl
“mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji
mühitdə” sözləri əlavə edilsin;
6.7.2.
9.16.3-cü yarımbəndə “kitabxanalardan” sözündən
əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;
6.7.3.
9.16.4-cü yarımbənddən “, habelə təhsil həyatı
ilə bağlı digər tədbirlərin keçirilməsində”
sözləri çıxarılsın;
6.7.4.
9.16.6-cı yarımbənddə “həyatında”
sözündən sonra “, elmi cəmiyyətlərin, dərnəklərin,
assosiasiyaların, birliklərin və digər təşkilatların
yaradılmasında” sözləri əlavə edilsin;
6.7.5. aşağıdakı məzmunda 9.16.7-1 -
9.16.7-7-ci yarımbəndlər əlavə edilsin:
“9.16.7-1.
müəyyən edilmiş qaydada təhsil müəssisəsini
və ixtisasını dəyişmək;
9.16.7-2. həyat
və sağlamlığı üçün təhlükəsiz
və zərərsiz təhsil şəraiti ilə təmin
olunmaq;
9.16.7-3.
şərəf və ləyaqəti aşağılayan
fiziki, mənəvi və psixoloji zorakılıq
hallarından, insan hüquqlarına zidd hərəkətlərdən
müdafiə olunmaq;
9.16.7-4.
biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
9.16.7-5. təhsil
prosesinin təşkilində və idarə olunmasında fəal
iştirak etmək, öz fikir və mülahizələrini sərbəst
ifadə etmək;
9.16.7-6. təhsillə
bağlı inkişafyönlü tədbirlərdə
(olimpiada, bilik yarışları, fənn müsabiqələri,
konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;
9.16.7-7.
“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz
psixoloji yardım almaq;”;
6.8. 9.17-ci bənd üzrə:
6.8.1.
9.17.2-ci yarımbənd aşağıdakı redaksiyada
verilsin:
“9.17.2. dövlət təhsil standartlarına uyğun
bilik, bacarıq və vərdişlərə yiyələnmək;”;
6.8.2.
9.17.3-cü yarımbənddən “tədris tapşırıqlarını
müəyyən edilmiş müddətlərdə yerinə
yetirmək,” sözləri çıxarılsın;
6.8.3.
9.17.10-cu yarımbənddə “və cəmiyyət” sözləri
“, cəmiyyət, ailə və özü” sözləri ilə
əvəz edilsin;
6.8.4. aşağıdakı məzmunda 9.17.12-1 və
9.17.12-2-ci yarımbəndlər əlavə edilsin:
“9.17.12-1.
üzrsüz səbəblərdən dərsdənyayınma
hallarına yol verməmək, verilən
tapşırıqları vaxtında və keyfiyyətlə
yerinə yetirmək;
9.17.12-2. sağlam həyat tərzi keçirmək;”;
6.9. 9.25-ci bənddə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri ilə əvəz edilsin;
6.10. 9.27-ci və 9.29-cu bəndlərə “təhsil haqqında” sözlərindən əvvəl “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan” sözləri əlavə edilsin;
6.11. 9.31-ci bənddə “dövlət sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd” sözləri ilə əvəz edilsin.
7. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
5 fevral 2021-ci il
Azərbaycan.-2021.- 7 fevral.- S.2.