Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının Nizamnaməsi”ndə, 2008-ci il 21 noyabr
tarixli 24 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Ədliyyə Akademiyasının
Nizamnaməsi”ndə, 2009-cu il 10 iyul tarixli 121 nömrəli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyinin Akademiyasının Nizamnaməsi”ndə, 2010-cu
il 24 may tarixli 274 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Xüsusi təyinatlı təhsil müəssisələrinin
təsis edilməsi Qaydaları”nda, 2012-ci
il 9 iyul tarixli 680 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin
Nizamnaməsi”ndə, 2013-cü il 8 iyul tarixli 939 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
Akademiyasının Nizamnaməsi”ndə, 2014-cü il 8 iyul
tarixli 211 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“ADA” Universitetinin Nizamnaməsi”ndə və 2014-cü il 26
dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə
dəyişiklik edilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 3 yanvar tarixli 60 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 1, maddə 13; 2011, ¹ 2, maddə 85; 2017, ¹ 7, maddə
1350, ¹ 9, maddə 1647; 2019, ¹3, maddə 411) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər edilsin:
1.1. 22-ci bənd üzrə:
1.1.1. birinci cümlədə “dövləti nümunəli
sənəd” sözləri “təhsil haqqında dövlət
sənədi” sözləri ilə əvəz edilsin;
1.1.2.
ikinci cümlədə “müəyyən olunmuş nümunəyə
uyğun” sözləri “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemi”ndə elektron sənəd formasında
yaradılan” sözləri ilə əvəz edilsin;
1.2. 30-cu bənddə “qanunvericiliyi,
Akademiyanın Nizamnaməsi,” sözləri “Əmək Məcəlləsi,
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və
Azərbaycan Respublikasının digər normativ hüquqi
aktları, habelə bu Nizamnamə, Akademiyanın” sözləri
ilə əvəz edilsin.
2. Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 21 noyabr tarixli 24 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008, ¹ 11, maddə 979; 2009, ¹ 10, maddə 773; 2011, ¹ 2,
maddə 85; 2017, ¹ 7, maddə 1358; 2020, ¹ 2, maddə 106) ilə
təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər edilsin:
2.1. 45.1 - 45.6-cı bəndlər
aşağıdakı redaksiyada verilsin:
“45.1. təhsil sahəsində dövlət siyasətinin
həyata keçirilməsində iştirak etmək;
45.2. təhsil proqramlarının (kurikulumların) mənimsənilməsini
təmin etmək, keyfiyyətli təhsil vermək;
45.3. dəyişən heyətdə fəal vətəndaş
mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik
və azərbaycançılıq ruhunda tərbiyə etmək,
müstəqil həyata və əmək fəaliyyətinə
hazırlamaq;
45.4. dəyişən heyətdə Azərbaycan
Respublikasının müstəqilliyinə, Konstitusiyasına
və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan
xalqının tarixinə, mədəniyyətinə, dilinə,
adət və ənənələrinə, milli və
ümumbəşəri dəyərlərə, cəmiyyətə,
ətraf mühitə hörmət və qayğı hissləri
aşılamaq;
45.5. etik davranış qaydalarına, pedaqoji etika və
əxlaq normalarına riayət etmək, müəllim
nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi
göstərmək;
45.6. daxili intizam qaydalarına əməl etmək və
əmək müqaviləsi ilə müəyyənləşdirilmiş
əmək funksiyalarını yerinə yetirmək;”;
2.2. aşağıdakı
məzmunda 45.6-1 - 45.6-5-ci bəndlər əlavə edilsin:
“45.6-1. dəyişən
heyətin şərəf və ləyaqətinə hörmət
etmək;
45.6-2. dəyişən
heyəti fiziki və psixi zorakılığın
bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən
çəkindirmək, onların təhlükəsizliyinin və
sağlamlığının mühafizəsində
iştirak etmək;
45.6-3.
ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək,
elmi araşdırmalar aparmaq, qabaqcıl pedaqoji təcrübələri,
müasir interaktiv təlim metodlarını, innovasiyaları
öyrənmək və tətbiq etmək;
45.6-4. attestasiyadan
keçmək;
45.6-5. Akademiyanın rəhbərliyi
və həmkarları ilə əməkdaşlıq etmək,
dəyişən heyətin təlimi və inkişafı ilə
bağlı məsləhətləşmələr aparmaq.”;
2.3. 46.1-ci bənd aşağıdakı
redaksiyada verilsin:
“46.1. tədrisin formasını, metodlarını və
vasitələrini sərbəst seçmək, tədris-metodik
vəsaitlərlə təmin olunmaq;”;
2.4. aşağıdakı
məzmunda 46.1-1-ci bənd əlavə edilsin:
“46.1-1. bu
Nizamnaməyə uyğun olaraq təhsil prosesinin təşkilində
və idarə olunmasında fəal iştirak etmək, təkliflər
irəli sürmək;”;
2.5. 46.2 - 46.4-cü bəndlər
aşağıdakı redaksiyada verilsin:
“46.2. normal əmək, elmi-pedaqoji iş və təhsil
şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin
olunmaq;
46.3.
Akademiyada vəzifə tutmaq, seçkili vəzifələrə
seçmək və seçilmək;
46.4. əlavə təhsil almaq və elmi dərəcəsini
yüksəltmək”;
2.6. aşağıdakı
məzmunda 46.5-1-ci və
46.7-1-ci bəndlər əlavə edilsin:
“46.5-1.
qanunlara və Azərbaycan Respublikası Prezidentinin
aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif
olunmaq;”;
“46.7-1.
şərəf və ləyaqətinə hörmətlə
yanaşılmasını tələb etmək;”;
2.7. 49.1-ci bənddən “müəyyən
edilmiş müddətlərdə bütün tədris
tapşırıqlarını yerinə yetirmək,” sözləri
çıxarılsın;
2.8. 49.2-ci bəndə “əməl
etmək” sözlərindən əvvəl “, etik normalara və
təlim-tərbiyə prosesi ilə bağlı qaydalara”
sözləri əlavə edilsin;
2.9. 49.4-cü bənd
aşağıdakı redaksiyada verilsin:
“49.4. dövlət, cəmiyyət, ailə və
özü qarşısında məsuliyyətini dərk etmək;”;
2.10. aşağıdakı
məzmunda 49.5-1 - 49.5-3-cü bəndlər əlavə
edilsin:
“49.5-1.
dövlət təhsil standartlarına uyğun bilik, bacarıq
və vərdişlərə yiyələnmək;
49.5-2.
üzrsüz səbəblərdən dərsdənyayınma
hallarına yol verməmək, verilən
tapşırıqları vaxtında və keyfiyyətlə
yerinə yetirmək;
49.5-3.
sağlam həyat tərzi keçirmək;”;
2.11. 50.1-ci, 50.2-ci və 50.4-cü bəndlər
aşağıdakı redaksiyada verilsin:
“50.1. mənəvi-psixoloji
cəhətdən sağlam pedaqoji mühitdə dövlət
təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
50.2. təhsil prosesinin təşkilində və
idarə olunmasında fəal iştirak etmək, öz fikir və
mülahizələrini sərbəst ifadə etmək;”;
“50.4. Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat,
elmi tədqiqat, informasiya, mədəni-məişət, idman,
sağlamlıq mərkəzlərindən, laboratoriyalardan,
kitabxanalardan və s.) istifadə etmək;”;
2.12. aşağıdakı
məzmunda 50.5-1 - 50.5-3-cü bəndlər əlavə
edilsin:
“50.5-1. həyat
və sağlamlığı üçün təhlükəsiz
və zərərsiz təhsil şəraiti ilə təmin
olunmaq;
50.5-2.
şərəf və ləyaqəti aşağılayan,
fiziki, mənəvi və psixoloji zorakılıq
hallarından, insan hüquqlarına zidd hərəkətlərdən
müdafiə olunmaq;
50.5-3. təhsil
müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında,
elmi cəmiyyətlərin, dərnəklərin,
assosiasiyaların, birliklərin və digər təşkilatların
yaradılmasında iştirak etmək, eləcə də
ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara
üzv olmaq;”.
3. Azərbaycan
Respublikası Prezidentinin 2009-cu il 10 iyul tarixli 121 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2009, ¹ 7, maddə 524; 2011, ¹ 2, maddə 85; 2013, ¹ 6, maddə
632; 2015, ¹ 2, maddə 126; 2016, ¹ 2 (II kitab), maddə 238, ¹ 9, maddə
1478; 2017, ¹ 5, maddə 784, ¹ 7, maddə 1359; 2019, ¹ 3, maddə
401; 2020, ¹ 2, maddə 106) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin
Akademiyasının Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər edilsin:
3.1. 8.8-ci bənd üzrə:
3.1.1. aşağıdakı məzmunda 8.8.1-1-ci
yarımbənd əlavə edilsin:
“8.8.1-1. təhsil
sahəsində dövlət siyasətinin həyata
keçirilməsində iştirak etmək;”;
3.1.2.
8.8.2-ci yarımbənddə “tədrisin yüksək səviyyədə
aparılmasını, tədris planları və
proqramlarının səmərəli və tam yerinə
yetirilməsini təmin etmək” sözləri “təhsil
proqramlarının (kurikulumların) mənimsənilməsini
təmin etmək, keyfiyyətli təhsil vermək” sözləri
ilə əvəz edilsin;
3.1.3.
8.8.3 - 8.8.6-cı, 8.8.8-ci və 8.8.9-cu yarımbəndlər
aşağıdakı redaksiyada verilsin:
“8.8.3. dəyişən heyəti fiziki və psixi
zorakılığın bütün formalarından qorumaq, zərərli
vərdişlərdən çəkindirmək, onların təhlükəsizliyinin
və sağlamlığının mühafizəsində
iştirak etmək;
8.8.4. dəyişən heyətdə fəal vətəndaş
mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik
və azərbaycançılıq ruhunda tərbiyə etmək,
müstəqil həyata və əmək fəaliyyətinə
hazırlamaq;
8.8.5. dəyişən
heyətdə Azərbaycan Respublikasının müstəqilliyinə,
Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə,
Azərbaycan xalqının tarixinə, mədəniyyətinə,
dilinə, adət və ənənələrinə, milli və
ümumbəşəri dəyərlərə, cəmiyyətə,
ətraf mühitə hörmət və qayğı hissləri
aşılamaq;
8.8.6. etik davranış qaydalarına, pedaqoji etika və
əxlaq normalarına riayət etmək, müəllim
nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi
göstərmək;”;
“8.8.8. ixtisas və elmi-pedaqoji səviyyəsini
yüksəltmək, elmi araşdırmalar aparmaq, qabaqcıl
pedaqoji təcrübəni, müasir interaktiv təlim
metodlarını, innovasiyaları öyrənmək və tətbiq
etmək, əlavə məşğələlər
keçirmək;
8.8.9. daxili intizam qaydalarına əməl etmək və
əmək müqaviləsi ilə müəyyənləşdirilmiş
əmək funksiyalarını yerinə yetirmək;”;
3.2. aşağıdakı
məzmunda 8.8.9-1 - 8.8.9-3-cü
yarımbəndlər əlavə edilsin:
“8.8.9-1. dəyişən
heyətin şərəf və ləyaqətinə hörmət
etmək;
8.8.9-2.
Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları
ilə əməkdaşlıq etmək, dəyişən heyətin
təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr
aparmaq;
8.8.9-3.
attestasiyadan keçmək;”;
3.3. 8.9-cu bənd üzrə:
3.3.1.
8.9.1-ci yarımbənddə “seçmək və tətbiq etmək”
sözləri “,
tədrisin formasını sərbəst seçmək, tədris-metodik
vəsaitlərlə təmin olunmaq” sözləri ilə əvəz
edilsin;
3.3.2.
8.9.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“8.9.2.
Akademiyada vəzifə tutmaq, seçkili vəzifələrə
seçmək və seçilmək;”;
2.4. aşağıdakı məzmunda 8.9.2-1 -
8.9.2-5-ci yarımbəndlər əlavə edilsin:
“8.9.2-1.
normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti
ilə, müasir standartlara cavab verən texnologiyalarla təmin
olunmaq;
8.9.2-2. bu
Nizamnaməyə uyğun olaraq, təhsil prosesinin təşkilində
və idarə olunmasında fəal iştirak etmək, təkliflər
irəli sürmək;
8.9.2-3.
şərəf və ləyaqətinə hörmətlə
yanaşılmasını tələb etmək;
8.9.2-4. əlavə
təhsil almaq və elmi dərəcəsini yüksəltmək;
8.9.2-5.
qanunlara və Azərbaycan Respublikası Prezidentinin
aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif
olunmaq;”;
2.5. 9.7.1
- 9.7.6-cı yarımbəndlər və 9.7.8-ci yarımbənd
aşağıdakı redaksiyada verilsin:
“9.7.1. mənəvi-psixoloji
cəhətdən sağlam pedaqoji mühitdə dövlət
təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq;
9.7.2.
Akademiyanın mövcud infrastrukturundan (tədris-istehsalat, elmi
tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq
mərkəzlərindən, laboratoriyalardan, kitabxanalardan və
s.) istifadə etmək;
9.7.3. elmi tədqiqat fəaliyyəti ilə məşğul
olmaq;
9.7.4. müəyyən edilmiş qaydada təhsil
müəssisəsini və ixtisasını dəyişmək;
9.7.5. təhsil prosesinin təşkilində və
idarə olunmasında fəal iştirak etmək, öz fikir və
mülahizələrini sərbəst ifadə etmək;
9.7.6.
Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında,
elmi cəmiyyətlərin, dərnəklərin,
assosiasiyaların, birliklərin və digər təşkilatların
yaradılmasında iştirak etmək;”;
2.6.
9.7.7-ci yarımbənddən “və sağlamlıq” sözləri
çıxarılsın;
2.7. 9.7.8-ci yarımbənd
aşağıdakı redaksiyada verilsin:
“9.7.8. təhsillə bağlı
inkişafyönlü tədbirlərdə (olimpiada, bilik
yarışları, fənn müsabiqələri, konfrans,
seminar, proqram və layihələrdə) iştirak etmək;”;
2.8. aşağıdakı məzmunda 9.7.9-1 -
9.7.9-4-cü yarımbəndlər əlavə edilsin:
“9.7.9-1. həyat və
sağlamlığı üçün təhlükəsiz
və zərərsiz təhsil şəraiti ilə təmin
olunmaq;
9.7.9-2. şərəf
və ləyaqəti aşağılayan fiziki, mənəvi və
psixoloji zorakılıq hallarından, insan hüquqlarına
zidd hərəkətlərdən müdafiə olunmaq;
9.7.9-3.
biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
9.7.9-4. “Psixoloji
yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada ödənişsiz psixoloji
yardım almaq;”;
2.9. 9.8.1
- 9.8.4-cü yarımbəndlər və 9.8.9-cu yarımbənd
aşağıdakı redaksiyada verilsin:
“9.8.1. təhsil sahəsində qanunvericiliyin tələblərinə,
etik normalara və təlim-tərbiyə prosesi ilə
bağlı qaydalara əməl etmək;
9.8.2. dövlət təhsil standartlarına uyğun
bilik, bacarıq və vərdişlərə yiyələnmək;
9.8.3. üzrsüz səbəblərdən
dərsdənyayınma hallarına yol verməmək, verilən
tapşırıqları vaxtında və keyfiyyətlə
yerinə yetirmək;
9.8.4. daimi heyətin
şərəf və ləyaqətinə hörmətlə
yanaşmaq;”;
“9.8.9. dövlət, cəmiyyət,
ailə və özü qarşısında məsuliyyətini
dərk etmək;”;
2.10. 9.8.8-ci
yarımbənddən “, vətəndaşlarla münasibətdə
etik davranış qaydalarına” sözləri
çıxarılsın;
2.11. aşağıdakı məzmunda 9.8.10-1-ci
yarımbənd əlavə edilsin:
“9.8.10-1.
sağlam həyat tərzi keçirmək;”;
2.12.
9.15-ci bənddə “təhsil sənədi” sözləri “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya
Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil
haqqında dövlət sənədi - diplom” sözləri ilə
əvəz edilsin.
4. Azərbaycan
Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli 274 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2010, ¹ 5, maddə 403, ¹ 7, maddə 619; 2012, ¹ 5, maddə
422, ¹ 12, maddə 1233; 2014, ¹ 5, maddə 483; 2016, ¹ 9, maddə 1476;
2017, ¹ 12 (I kitab), maddə 2307) ilə təsdiq edilmiş
“Xüsusi təyinatlı təhsil müəssisələrinin
təsis edilməsi Qaydaları”nın 8-ci hissəsinə
“texnologiyaları” sözündən sonra “, rəqəmsal tədris
resursları” sözləri əlavə edilsin.
5. Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 9 iyul tarixli 680 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012, ¹ 7, maddə 689; 2013, ¹ 6, maddə 633; 2016, ¹ 11, maddə
1803; 2017, ¹ 5, maddələr 786, 802, ¹ 7, maddə 1362; 2019, ¹ 3,
maddə 401; 2020, ¹ 2, maddə 106, ¹ 5, maddə 698) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin
Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər
edilsin:
5.1. 3.1.4-cü yarımbənd
aşağıdakı redaksiyada verilsin:
“3.1.4. “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, təhsil haqqında dövlət sənədlərini və
təhsilə dair digər sənədləri vermək;”;
5.2. 7.27-ci bəndə “diplom”
sözündən əvvəl “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemi”ndə elektron sənəd formasında
yaradılan təhsil haqqında dövlət sənədi -”
sözləri əlavə edilsin;
5.3. 8.1-ci bənd üzrə:
5.3.1. aşağıdakı məzmunda 8.1.1-1-ci və
8.1.1-2-ci yarımbəndlər əlavə edilsin:
“8.1.1-1.
üzrsüz səbəblərdən dərsdənyayınma
hallarına yol verməmək, verilən
tapşırıqları vaxtında və keyfiyyətlə
yerinə yetirmək;
8.1.1-2.
sağlam həyat tərzi keçirmək;”;
5.3.2.
8.1.2-ci yarımbənddən “tədris
tapşırıqlarını vaxtında yerinə yetirmək,”
sözləri çıxarılsın;
5.3.3.
8.1.5-ci yarımbənddə “və cəmiyyət” sözləri “,
cəmiyyət, ailə və özü” sözləri ilə
əvəz edilsin;
5.4. 8.2-ci bənd üzrə:
5.4.1.
8.2.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl
“mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji
mühitdə” sözləri əlavə edilsin;
5.4.2.
8.2.2-ci yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,”
sözü əlavə edilsin;
5.4.3.
8.2.3-cü və 8.2.6-cı yarımbəndlər
aşağıdakı redaksiyada verilsin:
“8.2.3. şərəf və ləyaqəti
aşağılayan fiziki, mənəvi və psixoloji
zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən
müdafiə olunmaq;”;
“8.2.6. təhsillə bağlı
inkişafyönlü tədbirlərdə (olimpiada, bilik
yarışları, fənn müsabiqələri, konfrans,
seminar, proqram və layihələrdə) iştirak etmək;”;
5.4.4.
8.2.5-ci yarımbəndə “həyatında” sözündən
sonra “, elmi cəmiyyətlərin, dərnəklərin,
assosiasiyaların, birliklərin və digər təşkilatların
yaradılmasında” sözləri əlavə edilsin;
5.4.5. aşağıdakı məzmunda 8.2.7-1 -
8.2.7-4-cü yarımbəndlər əlavə edilsin:
8.2.7-1.
müəyyən edilmiş qaydada təhsil müəssisəsini
və ixtisasını dəyişmək;
8.2.7-2. həyat
və sağlamlığı üçün təhlükəsiz,
zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
8.2.7-3.
biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
8.2.7-4.
“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz
psixoloji yardım almaq;”;
5.5. 8.3-cü bənd üzrə:
5.5.1.
8.3.1-ci yarımbəndə “proqramlarının” sözündən
sonra “(kurikulumların)” sözü və “etmək”
sözündən sonra “, keyfiyyətli təhsil vermək”
sözləri əlavə edilsin;
5.5.2.
8.3.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “,
qabaqcıl pedaqoji təcrübə, müasir interaktiv təlim
metodlarını, innovasiyaları öyrənmək və tətbiq
etmək, əlavə məşğələlər
keçirmək” sözləri əlavə edilsin;
5.5.3.
8.3.6-cı yarımbənddən “, Məktəbin daxili
qaydalarına əməl etməklə, başqalarına şəxsi
nümunə olmaq” sözləri çıxarılsın;
5.5.4.
8.3.7-ci yarımbənddə “ruhunda tərbiyə etmək” sözləri “və
azərbaycançılıq ruhunda tərbiyə etmək,
müstəqil həyata” sözləri ilə əvəz
edilsin;
5.5.5.
8.3.9-cu yarımbənddən “şəxsi nümunəsi ilə”
sözləri çıxarılsın və həmin
yarımbənddə “cəmiyyətə hörmət”
sözləri “mədəniyyətinə, dilinə, adət və
ənənələrinə, milli və ümumbəşəri
dəyərlərə, cəmiyyətə, ətraf mühitə
hörmət və qayğı” sözləri ilə əvəz
edilsin;
5.5.6.
8.3.10-cu yarımbəndə “pedaqoji” sözündən əvvəl
“etik davranış qaydalarına,” sözləri əlavə
edilsin;
5.5.7.
8.3.12-ci yarımbəndə “çəkindirmək”
sözündən sonra “, onların təhlükəsizliyinin
və sağlamlığının mühafizəsində
iştirak etmək” sözləri əlavə edilsin;
5.5.8. aşağıdakı məzmunda 8.3.14-1 -
8.3.14-3-cü yarımbəndlər əlavə edilsin:
“8.3.14-1.
təhsil sahəsində dövlət siyasətinin həyata
keçirilməsində iştirak etmək;
8.3.14-2.
daxili intizam qaydalarına əməl etmək və əmək
müqaviləsi ilə müəyyənləşdirilmiş əmək
funksiyalarını yerinə yetirmək;
8.3.14-3. Məktəbin
rəhbərliyi, psixoloqu və həmkarları ilə əməkdaşlıq
etmək, dəyişən heyətin təlimi və
inkişafı ilə bağlı məsləhətləşmələr
aparmaq;”;
5.6. 8.4-cü bənd üzrə:
5.6.1.
8.4.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər
irəli sürmək” sözləri əlavə edilsin;
5.6.2.
8.4.3-cü yarımbəndə “seçmək” sözündən
sonra “, tədris-metodik
vəsaitlərlə təmin olunmaq” sözləri əlavə
edilsin;
5.6.3.
8.4.5-ci yarımbənddən “uyğun olduqda Elmi Şuraya və
digər” sözləri çıxarılsın;
5.6.4.
8.4.6-cı yarımbəndə “əlavə təhsil almaq”
sözlərindən sonra “, elmi dərəcəsini yüksəltmək”
sözləri əlavə edilsin.
6. Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 939 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 7, maddə 804; 2016, ¹ 11, maddə 1803; 2017, ¹ 5,
maddələr 787, 802, ¹ 7, maddə 1363; 2018, ¹ 4, maddə 698;
2019, ¹ 3, maddə 401; 2020, ¹ 2, maddə 106, ¹ 5, maddə 698, ¹ 7, maddə 868) ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsinin Akademiyasının Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər edilsin:
6.1. 3.1.4-cü yarımbənd
aşağıdakı redaksiyada verilsin:
“3.1.4. “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq təhsil haqqında dövlət sənədlərini və
təhsilə dair digər sənədləri vermək;”;
6.2. 6.15-ci bəndə “təhsil
haqqında” sözlərindən əvvəl “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya
Sistemi”ndə elektron sənəd formasında yaradılan”
sözləri əlavə edilsin;
6.3. 6.17-ci bənddə “Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi
qaydada” sözləri “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemi”ndə elektron sənəd formasında
yaradılan” sözləri ilə əvəz edilsin;
6.4. 8.5-ci bənd üzrə:
6.4.1.
8.5.2-ci yarımbəndə “proqramlarının” sözündən
sonra “(kurikulumların)” sözü və “etmək”
sözündən sonra “, keyfiyyətli təhsil vermək”
sözləri əlavə edilsin;
6.4.2.
8.5.5-ci yarımbənddən “şəxsi nümunəsi ilə”
sözləri çıxarılsın;
6.4.3.
8.5.6-cı yarımbəndə “pedaqoji” sözündən əvvəl “etik
davranış qaydalarına,” sözləri əlavə
edilsin;
6.4.4.
8.5.8-ci yarımbəndə “çəkindirmək”
sözündən sonra “, təhsilalanların təhlükəsizliyinin
və sağlamlığının mühafizəsində
iştirak etmək” sözləri əlavə edilsin;
6.4.5.
8.5.9-cu yarımbəndə “aparmaq,” sözündən sonra
“qabaqcıl pedaqoji təcrübələri, müasir interaktiv
təlim metodlarını, innovasiyaları öyrənmək və
tətbiq etmək,” sözləri əlavə edilsin;
6.4.6.
8.5.11-ci yarımbənd aşağıdakı redaksiyada
verilsin:
“8.5.11. daxili intizam qaydalarına əməl etmək və
əmək müqaviləsi ilə müəyyənləşdirilmiş
əmək funksiyalarını yerinə yetirmək;”;
6.4.7. aşağıdakı məzmunda 8.5.12-ci
yarımbənd əlavə edilsin:
“8.5.12.
Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları
ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi
və inkişafı ilə bağlı məsləhətləşmələr
aparmaq.”;
6.5. 8.6-cı bənd üzrə:
6.5.1.
8.6.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər
irəli sürmək” sözləri əlavə edilsin;
6.5.2.
8.6.3-cü yarımbəndə “seçmək” sözündən
sonra “, tədris-metodik
vəsaitlərlə təmin olunmaq” sözləri əlavə
edilsin;
6.5.3.
8.6.5-ci yarımbənddə “və uyğun gəldikdə
seçkili”
sözləri “, seçkili” sözü ilə əvəz
edilsin;
6.6. aşağıdakı
məzmunda 8.12.1-1 - 8.12.1-3-cü yarımbəndlər əlavə
edilsin:
“8.12.1-1.
üzrsüz səbəblərdən dərsdənyayınma
hallarına yol verməmək, verilən
tapşırıqları vaxtında və keyfiyyətlə
yerinə yetirmək;
8.12.1-2.
sağlam həyat tərzi keçirmək;
8.12.1-3.
dövlət, cəmiyyət, ailə və özü
qarşısında məsuliyyətini dərk etmək.”;
6.7. 8.13-cü bənd üzrə:
6.7.1.
8.13.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl
“mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji
mühitdə” sözləri əlavə edilsin;
6.7.2.
8.13.3-cü yarımbəndə “kitabxanalardan” sözündən
əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;
6.7.3.
8.13.6-cı yarımbənddə “sağlamlıq” sözü
“həyatı və sağlamlığı” sözləri ilə
əvəz edilsin;
6.7.4.
8.13.9-cu yarımbəndə “həyatında” sözündən
sonra “, elmi cəmiyyətlərin,
dərnəklərin, assosiasiyaların, birliklərin və digər
təşkilatların yaradılmasında” sözləri əlavə edilsin;
6.7.5.
8.13.10-cu yarımbənd aşağıdakı redaksiyada
verilsin:
“8.13.10. təhsillə bağlı
inkişafyönlü tədbirlərdə (olimpiada, bilik
yarışları, fənn müsabiqələri, konfrans,
seminar, proqram və layihələrdə) iştirak etmək;”;
6.7.6. aşağıdakı məzmunda 8.13.11-ci və
8.13.12-ci yarımbəndlər əlavə edilsin:
“8.13.11. şərəf və ləyaqəti
aşağılayan, fiziki, mənəvi və psixoloji
zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən
müdafiə olunmaq;
8.13.12.
“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz
psixoloji yardım almaq.”.
7. Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 211 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 7, maddə 793; 2017, ¹ 5, maddələr 788, 802, ¹
7, maddə 1364; 2019, ¹ 2, maddə 221, ¹ 3, maddə 402, ¹ 7, maddə 1230; 2020,
¹ 2, maddə 103) ilə təsdiq edilmiş “ADA” Universitetinin
Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər
edilsin:
7.1. 5.5-ci
bəndin birinci cümləsində “Universiteti bitirməsi barədə
dövlət nümunəli sənəd” sözləri “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemi”ndə elektron sənəd formasında
yaradılan təhsil haqqında dövlət sənədi”
sözləri ilə əvəz edilsin;
7.2.
7.6-cı bənd aşağıdakı redaksiyada verilsin:
“7.6.
Universitet “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq sahibkarlıq fəaliyyəti
növləri ilə və innovasiya fəaliyyəti ilə məşğul
ola bilər. Sahibkarlıq və innovasiya fəaliyyətini
təmin etmək üçün universitetin nəzdində
müvafiq təcrübə-istehsalat sahələri yaradıla,
əlavə məşğələlər keçirilə,
ödənişli əsaslarla dərnəklər, maraq
kursları, sərgilər və s. təşkil oluna bilər.
Universitetin işçilərinin səmərələşdirici
təkliflərlə çıxış etmək və
innovasiya fəaliyyəti ilə məşğul olmaq
hüququ vardır.”.
8. Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 12, maddə 1585; 2016, ¹ 7, maddə 1250, ¹ 11, maddə
1803; 2017, ¹ 5, maddələr 789, 802, ¹ 7, maddə 1366; 2018, ¹ 4, maddə 697; 2019, ¹ 3, maddə
402, ¹ 5, maddə 856, ¹ 7, maddə 1230; 2020, ¹ 2, maddə 103, ¹ 5,
maddə 698, ¹ 7, maddə 868) ilə təsdiq edilmiş
“Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər edilsin:
8.1. 5.2.1-ci yarımbənddə “milliyyətindən”
sözü “etnik
mənsubiyyətindən” sözləri ilə əvəz
edilsin;
8.2. 6.8-ci bəndin birinci cümləsində
“ali təhsil müəssisəsini bitirməsi barədə
dövlət nümunəli sənəd” sözləri “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya
Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil
haqqında dövlət sənədi” sözləri ilə əvəz
edilsin;
8.3. 8.5-ci bənd üzrə:
8.3.1.
8.5.2-ci yarımbəndə “proqramlarının” sözündən
sonra “(kurikulumların)” sözü və “etmək” sözündən
sonra “, keyfiyyətli təhsil
vermək” sözləri əlavə edilsin;
8.3.2.
8.5.5-ci yarımbənddən “şəxsi nümunəsi ilə”
sözləri çıxarılsın və həmin
yarımbəndə
“Konstitusiyasına”
sözündən əvvəl “müstəqilliyinə,”
sözü əlavə edilsin;
8.3.3.
8.5.6-cı yarımbəndə “pedaqoji” sözündən əvvəl
“etik davranış qaydalarına,” sözləri əlavə
edilsin;
8.3.4.
8.5.8-ci yarımbəndə “çəkindirmək”
sözündən sonra “, onların təhlükəsizliyinin
və sağlamlığının mühafizəsində
iştirak etmək” sözləri əlavə edilsin;
8.3.5. 8.5.9-cu
yarımbənddə “aparmaq,” sözündən sonra
“qabaqcıl pedaqoji təcrübə, müasir interaktiv təlim
metodlarını, innovasiyaları öyrənmək və tətbiq
etmək,” sözləri əlavə edilsin;
8.3.6.
8.5.10-cu və 8.5.11-ci yarımbəndlər
aşağıdakı redaksiyada verilsin:
“8.5.10. attestasiyadan (ümumi təhsil üzrə təhsilverənlərə
münasibətdə sertifikatlaşdırmadan) keçmək;
8.5.11. Akademiyanın
daxili intizam qaydalarına əməl etmək və əmək
müqaviləsi ilə müəyyənləşdirilmiş əmək
funksiyalarını yerinə yetirmək;”;
8.3.7. aşağıdakı məzmunda 8.5.12-ci və
8.5.13-cü yarımbəndlər əlavə edilsin:
“8.5.12. valideynlərlə əməkdaşlıq etmək,
təhsilalanların təlim nailiyyətləri barədə
valideynləri məlumatlandırmaq;
8.5.13.
Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları
ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi
və inkişafı ilə bağlı məsləhətləşmələr
aparmaq.”;
8.4. 8.6-cı bənd üzrə:
8.4.1.
8.6.2-ci yarımbəndə “etmək” sözündən
sonra “, təkliflər irəli
sürmək” sözləri əlavə edilsin;
8.4.2.
8.6.3-cü yarımbəndə “seçmək” sözündən sonra “, tədris-metodik
vəsaitlərlə təmin olunmaq” sözləri əlavə
edilsin;
8.4.3.
8.6.5-ci yarımbənddə “və uyğun gəldikdə
seçkili”
sözləri “,
seçkili” sözü ilə əvəz edilsin;
8.5. 8.11.4-cü yarımbəndin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və
aşağıdakı məzmunda 8.11.5 - 8.11.7-ci yarımbəndlər
əlavə olunsun:
“8.11.5. üzrsüz səbəblərdən dərsdənyayınma
hallarına yol verməmək, verilən
tapşırıqları vaxtında və keyfiyyətlə
yerinə yetirmək;
8.11.6. sağlam həyat
tərzi keçirmək;
8.11.7. dövlət, cəmiyyət,
ailə və özü qarşısında məsuliyyətini
dərk etmək.”;
8.6. 8.12-ci bənd üzrə:
8.6.1.
8.12.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl
“mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji
mühitdə” sözləri əlavə edilsin;
8.6.2.
8.12.3-cü yarımbəndə “kitabxanalardan” sözündən
əvvəl “laboratoriyalardan,” sözü əlavə edilsin;
8.6.3.
8.12.4-cü yarımbənddən “ali” sözü
çıxarılsın;
8.6.4.
8.12.6-cı yarımbənddə “sağlamlıq” sözü
“həyat və sağlamlığı” sözləri ilə əvəz
edilsin;
8.6.5.
8.12.9-cu yarımbənddə “iştirak etmək” sözləri
“, elmi cəmiyyətlərin, dərnəklərin,
assosiasiyaların, birliklərin və digər təşkilatların
yaradılmasında iştirak etmək, eləcə də
ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara
üzv olmaq” sözləri ilə əvəz edilsin;
8.6.6.
8.12.10-cu yarımbənd aşağıdakı redaksiyada
verilsin:
“8.12.10. təhsillə bağlı
inkişafyönlü tədbirlərdə (olimpiada, bilik
yarışları, fənn müsabiqələri, konfrans,
seminar, proqram və layihələrdə) iştirak etmək;”;
8.6.7. aşağıdakı məzmunda 8.12.11 -
8.12.14-cü yarımbəndlər əlavə edilsin:
“8.12.11. şərəf və ləyaqəti
aşağılayan, fiziki, mənəvi və psixoloji
zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən
müdafiə olunmaq;
8.12.12. müəyyən
edilmiş qaydada akademiyada təhsilini müvəqqəti
dayandırmaq;
8.12.13. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;
8.12.14. bilik və bacarıqlarını təkmilləşdirmək üçün məktəbdənkənar təhsil müəssisələrinin imkanlarından istifadə etmək.”;
8.7. 9.5-ci bəndə “sahibkarlıq” sözündən sonra “və innovasiya” sözləri əlavə olunsun və aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilsin:
“Sahibkarlıq və innovasiya fəaliyyətini təmin etmək üçün akademiyanın nəzdində müvafiq təcrübə-istehsalat sahələri yaradıla, əlavə məşğələlər keçirilə, ödənişli əsaslarla dərnəklər, maraq kursları, sərgilər və s. təşkil oluna bilər. Akademiyanın işçilərinin səmərələşdirici təkliflərlə çıxış etmək və innovasiya fəaliyyəti ilə məşğul olmaq hüququ vardır.”.
9. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 5 fevral
2021-ci il
Azərbaycan.-2021.-
7 fevral.- S.2.