Səfir Amanullah Ceyhun: Cəbrayılda dağıdılmış məzarları görəndə göz yaşlarımı saxlaya bilmədim

 

 

Cəbrayılda gördüyümüz mənzərə dəhşətli idi. Məzarları qazıb, cəsədləri çıxarıblar. Bu, çox üzücü və insanlıqdan kənar bir əməldir. Mən dağıdılmış məzarları görəndə göz yaşlarımı saxlaya bilmədim.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Cəbrayılda jurnalistlərə müsahibəsində Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun deyib.

Belə bir səfərin təşkilinin önəmini qeyd edən səfir bu gözəl yerlərdə olmaqdan məmnunluq ifadə edib, təşkilatçılara minnətdarlığını bildirib.

“Səfər zamanı Xudafərin körpüsünü də gördük. Gözəl mənzərə idi. Bu səfərin həyata keçirilməsindən çox şadıq”, - deyə səfir qeyd edib.

 

Azərbaycan.-2021.- 7 fevral.- S.4.