Liviyalı diplomat Əşrəf Adəm: Məzarlığın və qəbirlərin dağıdılması insanlığa sığmayan əməllərdir

 

 

Ermənilərdən azad edilən torpaqlarda törədilmiş dağıntıların şahidi olduq. Bu ərazilərdə daş daş üstə qalmayıb. Məzarlığın və qəbirlərin darmadağın edilməsi onların insanlığa sığmayan əməllərinin göstəricisidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Liviyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Əşrəf Adəm Cəbrayılda jurnalistlərə müsahibəsində deyib.

Diplomat bildirib ki, torpaqların öz sahibinə qayıtması haqdır. Biz Azərbaycanın sevincini bölüşürük. Qazandığı qələbə münasibətilə Azərbaycan xalqını, dövlətini təbrik edirik. Liviya dövləti olaraq Azərbaycanın yanındayıq. İnşallah, gələcəkdə buralarda həyatın bərpa olunmasını öz gözlərimizlə görəcəyik. İnanırıq ki, bu ərazilər bərpa ediləndən sonra turizm məkanına çevriləcək”, - deyə Əşrəf Adəm qeyd edib.

 

Azərbaycan.-2021.- 7 fevral.- S.4.