Xorvatiya səfiri: Cəbrayılda belə bir mənzərəni görmək doğrudan da çox ağrılıdır

 

 

Cəbrayılda belə bir mənzərəni görmək doğrudan da çox ağrılıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Xorvatiyanın ölkəmizdəki səfiri Branko Zebic Cəbrayılda ermənilər tərəfindən törədilmiş dağıntılarla tanış olduqdan sonra jurnalistlərə açıqlamasında deyib.

Səfir bildirib ki, xüsusilə qəbiristanlığın tamamilə dağıdılmasını görmək çox ağrılı bir səhnədir: “Bu kimi hallar bizə onu göstərir ki, bu cür hadisələr, münaqişələr baş verməməlidir və bir daha belə mənzərələri yaşamamalıyıq”.

 

Azərbaycan.-2021.- 7 fevral.- S.4.