Britaniya səfiri:
İşğaldan azad
olunan ərazilərdə gördüyümüz
vəziyyət barədə ölkəmizə məlumat verəcəyik
Bu mənim Azərbaycanın işğaldan azad olunmuş torpaqlara ilk səfərimdir. Bura gəlib mənzərəni yerində görmək əyani təsəvvür yaradır. Təbii ki, işğaldan azad olunan ərazilərdə, Cəbrayılda gördüyümüz vəziyyət barədə ölkəmizə məlumat verəcəyik.
AZƏRTAC-ın
bölgə müxbiri xəbər verir ki, bu sözləri
Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms
Şarp Ermənistan tərəfindən yerlə-yeksan
edilmiş Cəbrayıl şəhərində jurnalistlərə
açıqlamasında deyib.
“Düşünürəm
ki, gələcəkdə Britaniya şirkətləri burada
turizm, kənd təsərrüfatı, bərpaolunan enerji sahəsinə
yatırım edə bilər. Məsələn, gördüyünüz kimi,
burada hava günəşlidir.
Gələcəkdə bu yerlərdə
günəş elektrik stansiyası qurula bilər. Lakin bütün bunlar hələ
qabaqdadır və bu ərazilərin bərpası
uzun bir prosesdir. Hələ ərazilər minalardan təmizlənməlidir”, - deyə səfir
əlavə edib.
Azərbaycan.-2021.- 7 fevral.- S.4.