Y.Y.Axund-zadənin “Şöhrət”
ordeni ilə təltif edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycanda
musiqi sənətinin inkişafında xidmətlərinə
görə Yusif Yevgenyeviç Axund-zadə “Şöhrət”
ordeni ilə təltif edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 fevral
2021-ci il
Azərbaycan.-2021.-
9 fevral.- S.1.