Zamanın tələbi olan islahatlar

 

Milli Məclis ötən bir ildə İlham Əliyevin inkişaf kursuna layiqli  töhfələr verib

 

 

 

Bir il öncə, fevralın 9-da Azərbaycanda VI çağırış parlamentə növbədənkənar seçkilər keçirildi. Bu seçkilər Prezident İlham Əliyevin davamlı inkişafa yönəlmiş islahatlarının tərkib hissəsi idi. Təbii ki, Milli Məclisdə islahatlar aparılmalı parlament qanunvericilik fəaliyyətini Prezidentin islahatlarının ruhuna uyğun qurmalıydı.

 

Görəsən, bir il ərzində ali qanunverici orqan gözləntiləri doğrultdumu?

 

Qəzetimizə açıqlamalarında Milli Məclisin deputatları bununla bağlı fikirlərini bildirdilər.

 

 

Milli Məclisin birillik fəaliyyətində daha çox modernləşməni görürük

 

 

 

Musa QULİYEV,

 

Milli Məclisin Əmək sosial siyasət komitəsinin sədri:

 

 

- VI çağırış Milli Məclisin fəaliyyətinin bir ilinə nəzər salanda bunun uğurlu faydalı olduğunu deyə bilərik. Ötən il martın 10-da parlamentin ilk iclasında Prezident İlham Əliyev iştirak etdi proqram xarakterli nitqi ilə bizə fəaliyyət istiqamətimizin yol xəritəsini göstərdi. Dövlət başçısı daha çox demokratiklik, qanunvericilik fəaliyyətimizin artırılması, seçici maraqlarının təmin olunması müdafiəsi, daha çox beynəlxalq aləmdə Azərbaycanın haqq işininin müdafiə olunması, milli-mənəvi dəyərlərə dərin hörmət, eyni zamanda deputat etikasının gözlənilməsi, fəallığın artırılması ilə bağlı çox faydalı məsləhətlər verdi.

Eyni zamanda cənab Prezident parlament seçkilərinə diqqət yetirərək bu seçkilərin olduqca demokratik əsasda keçirildiyini vurğuladı seçicilərin mütləq əksəriyyətinin Yeni Azərbaycan Partiyasına dəstək verməsini iqtidarın apardığı siyasətin xalq tərəfindən bəyənilməsinin bir ifadəsi kimi qiymətləndirdi.

Milli Məclisin birillik fəaliyyətində biz daha çox modernləşməni görürük. Ötən ilin martından başlanan qlobal pandemiya bir çox fəaliyyətimizdə, o cümlədən qanunvericilik işlərimizdə parlamentin işinin gündəlik şəraitə və tələblərə uyğun qurulmasını zəruri etdi. Ona görə də daha çox elektron kommunikasiyalardan istifadə etməklə işimizi distant şəkildə qurmağa üstünlük verdikbuna da qısa müddət ərzində nail olduq. Parlamentin komitərləri şəraitə uyğun olaraq karantin qaydalarına əməl etməklə iclaslarını keçirdilər. Buraya həm də dinləmələri, seçici görüşlərini də əlavə etmək olar. Beynəlxalq nümayəndə heyətlərində təmsil olunan deputatlar da iclaslarını bu şəkildə keçirə bildilər. Bu, əslində, yenilikdirdördüncü sənaye inqilabı dövründə parlamentin fəaliyyətinin bu şəkildə qurulması həm də  Azərbaycan Milli Məclisinin şəraitə daha tez adaptasiya olunması imkanlarından xəbər verir.

Parlamentin rəhbərliyi, komissiyaların, komitələrin rəhbərliyində yeni şəxslərin olması, xüsusilə müxalifətin təmsilçilərinin həm ali rəhbərlikdə, həm də komitə və komissiya rəhbərliyi səviyyəsində təmsil olunması daha çox demokratik ab-hava gətirdi. Həmçinin fikir mübadiləsinin fəal aparılmasını təmin etdiparlamentin xüsusən plenar iclaslarının daha canlı keçməsini şərtləndirdi.

Parlamentin qanunvericilik fəaliyyətində kifayət qədər fəallıq hiss etdik. İstər dinləmələrin keçirilməsi, hökumətin müvafiq qurumlarının dinləmələrinin geniş müzakirə olunaraq keçirilməsi, istər büdcə müzakirələrinin bu şəkildə baş tutması parlamentdə yaranan ab-havanın bilavasitə cəmiyyət tərəfindən də hiss olunmasına öz təsirini göstərdi. Kifayət qədər seçici maraqlarının qorunması, qaldırdıqları probemlərin həlli istiqamətində deputatların fəallığı hiss olundu.

Ötən il həm koronavirusla, həm də erməni faşizmi ilə mübarizədə dövlətimizin tarixində vacib il kimi qaldı. Hər iki istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələr qazanıldı. Aparılan siyasətin insanlara çatdırılmasında deputatların fəallığı xüsusilə qeyd olunmalıdır. Televiziya, radio, qəzet və sosial şəbəkələrdə Prezidentin apardığı siyasətin təbliğ olunmasında deputatlar kifayət qədər fəal oldular. Əgər əvvəlki illərlə müqayisə etsək, indi fəal deputatlarımızın sayı daha çoxdur. Deputatlarımızın yeni korpusu, yəni yeni heyət deyərdim ki, gənclərdən ibarətdir. Onların bilik və bacarıqları, səriştələri kifayər qədər yüksəkdir və artıq Azərbaycan seçicisi onların simasında daha yeniuğurlu, praqmatik, çevik siyasətçilər görməkdədir.

Eyni zamanda ötən ilin iyulunda Ermənistanın Tovuz təxribatı, eləcə də sentyabr-noyabr aylarında 44 günlük Vətən müharibəsi dövründə şəhidlərimiz, yaralılarımız oldu. Onların ailələrinin sosial problemlərinin həllində, müəyyən psixoloji yardımların edilməsi işində deputatlarımız kifayər qədər fəal iştirak etdilər.

Ümumiyyətlə, xarakterizə etsək, bir il ərzində Milli Məclisin fəaliyyətini müsbət və faydalı, yenilikçi hesab edirəm və düşünürəm ki, uğurlarımız qarşıdakı dörd ildə daha da artacaq.

 

Azərbaycan.-2021.- 9 fevral.- S.1;4.