Zamanın tələbi olan islahatlar
Milli Məclis ötən bir ildə İlham
Əliyevin inkişaf kursuna layiqli töhfələr
verib
Prezidentin tövsiyələri parlamentin
fəaliyyətinə müsbət
impuls verdi
Tahir
MİRKİŞİLİ,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri:
- 2020-ci il dünyada
dövlət idarəetmə
sistemləri üçün
sınaq ili oldu. İndiyə qədər görünməmiş
bir böhranla üz-üzə gələn
ölkələr vətəndaşların
sağlamlığı və
iqtisadiyyatın qorunması
üçün mümkün
olan bütün vasitələrdən istifadə
etməyə çalışdılar.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bu sınaqdan da üzüağ çıxdı. Dövlət başçısının güclü
iradəsi və dövlətin gücü
sayəsində böhrandan
minimum itki ilə çıxmağı bacardıq.
Qarabağın işğaldan azad
edilməsi ilə möhtəşəm qələbə
əldə edən Azərbaycan dünyaya öz gücünü və imkanlarını göstərdi.
VI çağırış Milli Məclis qarşısında da mühüm işlər dururdu. Ötən il mart ayının
10-da Milli Məclisin
ilk iclasında çıxış
edən Prezident İlham Əliyev parlamentin qarşısında
olan çağırışları
dəqiq təhlil etdi və müvafiq
tövsiyələrini verdi.
Dövlət başçısı fəaliyyətdə əsas
istiqamətlər kimi
kəmiyyətə deyil,
keyfiyyətə üstünlük
verilməsini, müasir
dövrün tələblərinə
uyğun fəaliyyət
göstərməyi, mövcud
qanunvericilik bazasını
təhlil etməyi və təşəbbüskar
olmağı göstərdi.
Ötən 1 il ərzində Milli Məclis dövlət başçısının
göstərdiyi bu istiqamətlərdə fəaliyyət
göstərərək müsbət
nəticələr əldə
etməyə çalışmışdır.
COVID-19 pandemiyasının geniş yayılması kollektiv orqan olan Mili Məclisin
də işinə xeyli təsir edib. Amma buna baxmayaraq,
Milli Məclisin işində qısa müddətdə informasiya
texnologiyalarının geniş
tətbiq olunması işgüzarlığın artırılmasına
müsbət təsir
edib. Plenar iclaslarda konstruktiv
müzakirələrin aparılması,
komitə iclaslarında
ictimai iştirakçılığın
təmin olunması, qanun layihələrinin müzakirəsində üçüncü
tərəflərin iştirak
etməsi qəbul olunan qanunların keyfiyyətinin artırılmasına
xidmət edib.
Ötən bir il ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 65 qanun layihəsi müzakirə olunub və qəbul edilib. Müxtəlif məsələlərin sahibkarlarla müzakirəsi üçün 4 işçi qrup yaradılıb və geniş təhlillər aparılıb. Mövcud qanunvericilik aktlarının təhlili üçün xarici təcrübədən yararlanmaq məqsədilə geniş araşdırmalara başlanılıb.
2020-ci ildə Dünya Bankı Azərbaycanı ən çox islahat aparan 10 ölkədən biri elan edib. Dövlət başçısı tərəfindən aparılan sürətli islahatlar daim iqtisadi qanunvericiliyin də təkmilləşməsini və islahatlar üçün münbit hüquqi çərçivənin yaradılmasını özündə ehtiva edib. Aparılmış təhlillər bu istiqamətdə xeyli potensialın mövcudluğunu və bu potensialın reallaşdırılması üçün müvafiq işlərin görülməli olduğunu üzə çıxarıb.
Ötən bir ildə əldə edilmiş təcrübə və müsbət nəticələr qarşımızda duran müasir çağırışlara cavab vermək yönümündən yaxşı təcrübə olub. Əminəm ki, bu təcrübə önümüzdəki illərdə mövcud resurslarımızın səfərbər edilərək Prezident İlham Əliyev tərəfindən müəyyən edilən inkişaf kursunun daha sürətli həyata keçirilməsi üçün müvafiq qanunvericilik çərçıvəsinin inkişaf etdirilməsində xeyli faydalı olacaq.
Rəşad
BAXŞƏLİYEV,
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2021.- 9 fevral.- S.1;4.