Zamanın tələbi olan islahatlar
Milli Məclis ötən bir ildə İlham
Əliyevin inkişaf kursuna layiqli töhfələr
verib
Parlament milli prioritetlərin uğurla reallaşmasına
öz töhfəsini
verəcək
Fevralın 9-da
VI çağırış Milli Məclisə keçirilən seçkilərin
bir ili
tamam olur. Deputatı olduğum üçün
dəyişikliklərin siyasi-hüquqi
yönümünü əhatə
edən parlament islahatlarından bəhs etmək istəyirəm.
İlk növbədə, onu qeyd edim ki,
qanunverici orqanın fəaliyyətinin Prezident
İlham Əliyevin apardığı siyasətə,
respublikamızdakı inkişaf
proseslərinə, ölkəmizin
dünyada artan nüfuzuna adekvat olması, o cümlədən
parlamentin dövlət
siyasətinə töhfə
verməsi olduqca vacibdir. Son dövrlərdə
kompleks şəkil alan islahatların
dövlət idarəçiliyinin
əsas qollarından olan qanunverici hakimiyyəti də əhatə etməsi olduqca vacib idi
və təsadüfi deyil ki, bir
il əvvəl növbədənkənar parlament
seçkilərinin keçirilməsi
ölkə ictimaiyyəti,
o cümlədən siyasi
partiyalar tərəfindən
təqdir edildi.
Dövlət idarəetməsində islahatlara
hələ 2019-cu ilin
əvvəllərindən başlanılmışdı. Həmin ilin
yanvar ayında bir sıra dövlət
orqanlarında struktur islahatları həyata keçirilmişdi. Mərkəzi icra hakimiyyəti orqanlarını əhatə
edən qurumların bəziləri ləğv
edilmiş, bəzilərinin
əsasında yeniləri
yaradılmışdı. Aprel ayından isə Prezidentin müvaviq fərmanı ilə dövlət hakimiyyətinin
əsas qollarından biri olan məhkəmə-hüquq
sistemində ədalət
mühakiməsinin keyfiyyətinin
və səmərəliliyinin
artırılması məqsədilə
yeni islahatlara başlanıldı. Dövlət idarəetməsinin icra hakimiyyəti sistemində islahatlar sonrakı müddətdə də davam etdi. Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasında,
Nazirlər Kabinetində,
yerli icra hakimiyyəti orqanlarında,
regional idarəetmə orqanlarında,
ümumiyyətlə, dövlət
və cəmiyyət həyatının bütün
sahələrində aparılan
struktur və kadr islahatları vətəndaş məmnunluğu
ilə qarşılandı,
idarəçilikdə baş
verən keyfiyyət dəyişiklikləri dərhal
müsbət məqamları
ilə hiss olunmağa
başladı.
Növbədənkənar parlament seçkiləri isə dövlət idarəetməsindəki islahatların
siyasi-hüquqi sferadakı
davamı oldu. Onu da bildirmək istəyirəm
ki, növbədənkənar
parlament seçkilərinin
keçirilməsi təşəbbüsü
mənim də üzvü olduğum Yeni Azərbaycan Partiyasından gəlmişdi.
YAP-ı təmsil edən
deputatların təşəbbüsü
ilə Milli Məclisin buraxılması və
yeni parlament seçkilərinin təyin
edilməsi üçün
Prezidentə müraciətin
qəbul edilməsi partiyamızın islahatlara
verdiyi dəstəyin və töhfənin nümunəsi idi. YAP üzvləri bu qənaətdə idilər
ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
islahatlar qanunverici hakimiyyət sferasından kənarda qalmamalıdır.
Beləliklə, siyasi islahatların
göstəricisi kimi
2020-ci il fevralın 9-da keçirilən
parlament seçkiləri
Azərbaycanın demokratik
inkişafının növbəti
təsdiqi oldu. Ən əsası bu
seçki təsdiqlədi
ki, Azərbaycan ictimaiyyəti ölkədə
həyata keçirilən
islahatları dəstəkləyir.
Milli Məclisdə 11 siyasi partiyanı təmsil edən deputatların təmsil olunmaları demokratik inkişafın göstəricisidir. Müxalifətdən olan deputatlar Milli Məclisin və komitələrin rəhbərliyində də
təmsil olunurlar.
Hesab edirəm ki,
ötən bir ildə parlament öz üzərinə düşən vəzifələrin
öhdəsindən inamla
gəlib, öz fəaliyyəti və qanun yaradıcılığı
ilə Prezident İlham Əliyevin siyasi kursuna layiqli töhfələr verib. Ötən bir il demək olar ki, pandemiya dövrü
olsa da, Milli Məclis qanunvericilik səlahiyyətlərini
tam həcmdə yerinə
yetirib.
Yeni parlamentin ötən bir ildəki fəaliyyətinin mühüm bir dövrü Vətən müharibəsi günlərinə təsadüf etdi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Ordumuzun işğalda olan torpaqlarımızın azad edilməsi uğrunda apardığı Vətən müharibəsində Azərbaycan parlamenti də siyasi meydanda oldu, respublikamızın haqlı mövqeyinin beynəlxalq müstəvidə dəstəklənməsi üçün fəal parlament diplomatiyası həyata keçirdi. Erməni faşizminin iç üzünü və çirkin mahiyyətini ifşa etmək üçün Milli Məclis tərəfindən lazım olan bütün tədbirlər görüldü, parlamentin rəhbərliyi və deputatlar xalqımızın haqq işinə beynəlxalq dəstəyi təmin etmək üçün hər bir imkandan səmərəli istifadə etdilər. Müharibədə qazanılan tarixi Qələbə münasibətilə Milli Məclis ayrıca iclas keçirərək Prezident, Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına müraciət qəbul etdi.
Azərbaycan öz inkişafının yeni mərhələsinə qədəm qoyur. İşğal olunmuş ərazilərimiz artıq azaddır, koronavirus pandemiyası isə dövlətimizin səmərəli mübarizəsi nəticəsində tezliklə başa çatacaq. Bütün bunlar Azərbaycanın yeni inkişaf mərhələsinin başlanması deməkdir və təsadüfi deyil ki, Prezident İlham Əliyev növbəti 10 il üçün Milli Prioritetləri elan edib. Bütün bunlar Milli Məclisin də üzərinə yeni və şərəfli vəzifələr qoyur. Əminliklə qeyd etmək istərdim ki, VI çağırış Milli Məclis bu dövrdəki səlahiyyət müddətində öz vəzifələrinin öhdəsindən layiqincə gələcək, dövlətimizin yeni inkişaf məqsədlərinin uğurla reallaşmasına, Milli Prioritetlərin həyata vəsiqə almasına layiqli töhfələr verəcək.
Müşfiq MƏMMƏDLİ,
Milli Məclisin deputatı
Azərbaycan.-2021.- 9 fevral.- S.1;4.