Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Polis
Akademiyasının Nizamnaməsi”ndə,
2017-ci il 21 fevral tarixli 1254 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı
Mühəndislik Universiteti” publik hüquqi şəxsin
Nizamnaməsi”ndə, 2017-ci il 10 oktyabr
tarixli 1628 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi
Məktəbinin Nizamnaməsi”ndə və 2019-cu il 29 dekabr
tarixli 907 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin
Nizamnaməsi”ndə dəyişiklik edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 4 avqust tarixli 1007 nömrəli Fərmanı
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 8,
maddə 1368; 2017, ¹ 7, maddə 1372; 2020, ¹ 2, maddə 107, ¹ 7,
maddə 868) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin Polis
Akademiyasının Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər edilsin:
1.1. 3.1.4-cü yarımbənd
aşağıdakı redaksiyada verilsin:
“3.1.4. “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, təhsil haqqında dövlət sənədlərini və
təhsilə dair digər sənədləri vermək;”;
1.2. 8.15-ci bənd üzrə:
1.2.1.
8.15.1-ci yarımbəndə “proqramlarının” sözündən
sonra “(kurikulumların)” sözü və “etmək” sözündən
sonra “, keyfiyyətli təhsil
vermək” sözləri əlavə edilsin;
1.2.2.
8.15.2-ci yarımbənddə “ruhunda tərbiyə etmək”
sözləri “və azərbaycançılıq ruhunda tərbiyə
etmək, müstəqil həyata” sözləri ilə əvəz
edilsin;
1.2.3.
8.15.4-cü yarımbənddən “şəxsi nümunəsi
ilə” sözləri çıxarılsın;
1.2.4.
8.15.8-ci yarımbəndə “çəkindirmək”
sözündən sonra “, təhsilalanların təhlükəsizliyinin
və sağlamlığının mühafizəsində
iştirak etmək” sözləri əlavə edilsin;
1.2.5. 8.15.9-cu
yarımbəndə
“aparmaq,”
sözündən sonra
“qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv
təlim metodlarını, innovasiyaları öyrənmək və
tətbiq etmək,” sözləri əlavə edilsin;
1.2.6.
8.15.11-ci yarımbənd aşağıdakı redaksiyada
verilsin:
“8.15.11. daxili intizam qaydalarına əməl etmək və
əmək müqaviləsi ilə müəyyənləşdirilmiş
əmək funksiyalarını yerinə yetirmək;”;
1.2.7.
aşağıdakı məzmunda 8.15.11-1-ci və
8.15.11-2-ci yarımbəndlər əlavə edilsin:
“8.15.11-1.
təhsil sahəsində dövlət siyasətinin həyata
keçirilməsində iştirak etmək;
8.15.11-2.
Akademiyanın rəhbərliyi, psixoloqu və həmkarları
ilə əməkdaşlıq etmək, təhsilalanların təlimi
və inkişafı ilə bağlı məsləhətləşmələr
aparmaq;”;
1.3. 8.16-cı bənd üzrə:
1.3.1.
8.16.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər
irəli sürmək” sözləri əlavə edilsin;
1.3.2.
8.16.3-cü yarımbəndə “seçmək” sözündən
sonra “, tədris-metodik vəsaitlərlə təmin olunmaq”
sözləri əlavə edilsin;
1.3.3.
8.16.5-ci yarımbəndə “vəzifə tutmaq” sözlərindən
sonra “,
seçkili vəzifələrə seçmək və
seçilmək” sözləri əlavə edilsin;
1.3.4. aşağıdakı məzmunda 8.16.7-1-ci
yarımbənd əlavə edilsin:
“8.16.7-1.
qanunlara və Azərbaycan Respublikası Prezidentinin
aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif
olunmaq;”;
1.4. 9.10-cu bənd üzrə:
1.4.1.
9.10.2-ci yarımbənddə “ixtisas üzrə nəzəri” sözləri “dövlət təhsil
standartlarına uyğun” sözləri ilə əvəz
edilsin;
1.4.2.
9.10.4-cü yarımbənddən “tədris
tapşırıqlarını müəyyən edilmiş
müddətlərdə yerinə yetirmək,” sözləri
çıxarılsın;
1.4.3.
9.10.11-ci yarımbənddə “və cəmiyyət” sözləri “,cəmiyyət,
ailə və özü” sözləri ilə əvəz
edilsin;
1.4.4. aşağıdakı məzmunda 9.10.13-1-ci və
9.10.13-2-ci yarımbəndlər əlavə edilsin:
“9.10.13-1.
üzrsüz səbəblərdən dərsdənyayınma
hallarına yol verməmək, verilən
tapşırıqları vaxtında və keyfiyyətlə
yerinə yetirmək;
9.10.13-2.
sağlam həyat tərzi keçirmək;”;
1.5. 9.11-ci bənd üzrə:
1.5.1.
9.11.1-ci yarımbəndə “dövlət” sözündən əvvəl
“mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji
mühitdə” sözləri əlavə edilsin;
1.5.2.
9.11.2-ci yarımbəndə “kitabxanalardan” sözündən əvvəl “laboratoriyalardan,” sözü əlavə
edilsin;
1.5.3.
9.11.4-cü yarımbənddə “sağlamlıq”
sözü “həyat və
sağlamlığı” sözləri
ilə əvəz edilsin;
1.5.4.
9.11.7-ci yarımbənd aşağıdakı redaksiyada
verilsin:
“9.11.7.
Akademiyanın elmi, ictimai, sosial və mədəni həyatında,
elmi cəmiyyətlərin, dərnəklərin,
assosiasiyaların, birliklərin və digər təşkilatların
yaradılmasında iştirak etmək, eləcə də
ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara
üzv olmaq;”;
1.5.5.
aşağıdakı məzmunda 9.11.8-1 -
9.11.8-4-cü yarımbəndlər əlavə edilsin:
“9.11.8-1.
müəyyən edilmiş qaydada təhsil müəssisəsini
və ixtisasını dəyişmək;
9.11.8-2.
şərəf və ləyaqəti aşağılayan
fiziki, mənəvi və psixoloji zorakılıq
hallarından, insan hüquqlarına zidd hərəkətlərdən
müdafiə olunmaq;
9.11.8-3. təhsillə
bağlı inkişafyönlü tədbirlərdə
(olimpiada, bilik yarışları, fənn müsabiqələri,
konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;
9.11.8-4.
“Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz
psixoloji yardım almaq;”;
1.6. 9.19-cu bənddə “Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada”
sözləri “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemi”ndə elektron sənəd formasında
yaradılan” sözləri ilə əvəz edilsin;
1.7. 9.20-ci və 9.22-ci bəndlərə
“təhsil haqqında” sözlərindən əvvəl “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya
Sistemi”ndə elektron sənəd formasında yaradılan”
sözləri əlavə edilsin;
1.8. 9.24-cü bənddə
“dövlət sənədi” sözləri “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq müvafiq sənəd” sözləri ilə əvəz
edilsin.
2. Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 21 fevral tarixli 1254 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017, ¹ 2, maddə 198; 2019, ¹ 3, maddə 404, ¹ 7, maddə
1230; 2020, ¹ 2, maddə 107, ¹ 5, maddə 698) ilə təsdiq
edilmiş “Bakı Mühəndislik Universiteti” publik hüquqi
şəxsin Nizamnaməsi”nin 3.7-ci bəndində
aşağıdakı dəyişikliklər edilsin:
2.1. birinci cümlədə
“Universiteti bitirməsi barədə” sözləri “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya
Sistemi”ndə elektron sənəd formasında yaradılan təhsil
haqqında dövlət sənədi -” sözləri ilə əvəz
edilsin;
2.2. dördüncü cümlədə
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən
etdiyi qaydada” sözləri “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemi”ndə elektron sənəd formasında
yaradılan” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan
Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr
tarixli 1628 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 10, maddə 1795;
2019,
¹ 3, maddə
404) ilə təsdiq edilmiş “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin
Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər
edilsin:
3.1. 3.1.4-cü yarımbənd
aşağıdakı redaksiyada verilsin:
“3.1.4. “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq, təhsil haqqında dövlət sənədlərini və
təhsilə dair digər sənədləri vermək;”;
3.2. 9.19-cu bənddə “Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən olunmuş qaydada və formada” sözləri
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa
uyğun olaraq “Təhsil Mərkəzləşdirilmiş
İnformasiya Sistemi”ndə elektron sənəd formasında
yaradılan” sözləri ilə əvəz edilsin;
3.3. 9.20-ci bəndə “təhsil
haqqında” sözlərindən əvvəl “Təhsil
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq “Təhsil Mərkəzləşdirilmiş İnformasiya
Sistemi”ndə elektron sənəd formasında yaradılan”
sözləri əlavə edilsin;
3.4. 9.21-ci bənddə “dövlət
sənədi” sözləri “Təhsil haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq müvafiq sənəd”
sözləri ilə əvəz edilsin;
3.5. 10.1-ci bənd üzrə:
3.5.1.
10.1.1-ci yarımbəndə “proqramlarının” sözündən
sonra “(kurikulumların)”
sözü və “etmək” sözündən sonra “, keyfiyyətli
təhsil vermək” sözləri əlavə edilsin;
3.5.2.
10.1.2-ci yarımbəndə “aparmaq” sözündən sonra “,
qabaqcıl pedaqoji təcrübəni, müasir interaktiv təlim
metodlarını, innovasiyaları öyrənmək və tətbiq
etmək, əlavə məşğələlər
keçirmək” sözləri əlavə edilsin;
3.5.3.
10.1.5-ci yarımbənddən “, Məktəbin daxili
qaydalarına əməl etməklə başqalarına şəxsi
nümunə olmaq” sözləri çıxarılsın;
3.5.4.
10.1.6-cı yarımbəndə “vətənpərvərlik”
sözündən sonra “və azərbaycançılıq”
sözləri və “tərbiyə etmək” sözlərindən
sonra “, müstəqil həyata” sözləri əlavə
edilsin;
3.5.5.
10.1.8-ci yarımbənddən “şəxsi nümunəsi ilə”
sözləri çıxarılsın və həmin
yarımbəndə “cəmiyyətə” sözündən
sonra “, ətraf mühitə” sözləri əlavə
edilsin;
3.5.6.
10.1.9-cu yarımbəndə “pedaqoji” sözündən əvvəl
“etik davranış qaydalarına,” sözləri əlavə
edilsin;
3.5.7.
10.1.12-ci yarımbəndə “çəkindirmək”
sözündən sonra “, onların təhlükəsizliyinin
və sağlamlığının mühafizəsində
iştirak etmək” sözləri əlavə edilsin;
3.5.8. aşağıdakı məzmunda 10.1.14-1 -
10.1.14-3-cü yarımbəndlər əlavə edilsin:
“10.1.14-1.
təhsil sahəsində dövlət siyasətinin həyata
keçirilməsində iştirak etmək;
10.1.14-2.
daxili intizam qaydalarına əməl etmək və əmək
müqaviləsi ilə müəyyənləşdirilmiş əmək
funksiyalarını yerinə yetirmək;
10.1.14-3.
Məktəbin rəhbərliyi, psixoloqu və həmkarları
ilə əməkdaşlıq etmək, dəyişən heyətin
təlimi və inkişafı ilə bağlı məsləhətləşmələr
aparmaq;”;
3.6. 10.2-ci bənd üzrə:
3.6.1.
10.2.2-ci yarımbəndə “etmək” sözündən sonra “, təkliflər
irəli sürmək” sözləri əlavə edilsin;
3.6.2.
10.2.4-cü yarımbənddən “uyğun olduqda Elmi Şuraya
və digər” sözləri çıxarılsın;
3.6.3.
10.2.5-ci yarımbənddə “əlavə təhsil almaq”
sözlərindən sonra “və elmi dərəcəsini
yüksəltmək” sözləri əlavə edilsin;
3.6.4. aşağıdakı məzmunda 10.2.8-1-ci
yarımbənd əlavə edilsin:
“10.2.8-1.
tədrisin formasını, metodlarını və vasitələrini
sərbəst seçmək, tədris-metodik vəsaitlərlə
təmin olunmaq;
3.7. 10.4-cü bənd üzrə:
3.7.1.
10.4.2-ci yarımbənddən “tədris
tapşırıqlarını vaxtında yerinə yetirmək,”
sözləri çıxarılsın;
3.7.2. 10.4.4-cü
yarımbəndə “əməl etmək” sözlərindən
əvvəl “,
etik normalara və təlim-tərbiyə prosesi ilə
bağlı qaydalara” sözləri əlavə edilsin;
3.7.3.
10.4.5-ci yarımbənddə “və cəmiyyət” sözləri “,
cəmiyyət, ailə və özü” sözləri ilə
əvəz edilsin;
3.7.4. aşağıdakı məzmunda 10.4.7-1-ci və
10.4.7-2-ci yarımbəndlər əlavə edilsin:
“10.4.7-1.
üzrsüz səbəblərdən dərsdənyayınma
hallarına yol verməmək, verilən
tapşırıqları vaxtında və keyfiyyətlə
yerinə yetirmək;
10.4.7-2.
sağlam həyat tərzi keçirmək;”;
3.8. 10.5-ci bənd üzrə:
3.8.1. 10.5.1-ci
yarımbəndə “dövlət” sözündən əvvəl
“mənəvi-psixoloji cəhətdən sağlam pedaqoji
mühitdə” sözləri əlavə edilsin;
3.8.2.
10.5.2-ci yarımbəndə “kitabxanalardan” sözündən əvvəl
“laboratoriyalardan,” sözü əlavə edilsin;
3.8.3.
10.5.3-cü və 10.5.5-ci yarımbəndlər
aşağıdakı redaksiyada verilsin:
“10.5.3. şərəf və ləyaqəti
aşağılayan fiziki, mənəvi və psixoloji
zorakılıq hallarından, insan hüquqlarına zidd hərəkətlərdən
müdafiə olunmaq;”;
“10.5.5. Məktəbin
elmi, ictimai, sosial və mədəni həyatında, elmi cəmiyyətlərin,
dərnəklərin, assosiasiyaların, birliklərin və digər
təşkilatların yaradılmasında iştirak etmək,
eləcə də ölkə və beynəlxalq səviyyəli
belə təşkilatlara üzv olmaq;”;
3.8.4.
aşağıdakı məzmunda 10.5.6-1 -
10.5.6-5-ci yarımbəndlər əlavə edilsin:
“10.5.6-1.
müəyyən edilmiş qaydada təhsil müəssisəsini
və ixtisasını dəyişmək;
10.5.6-2. həyat
və sağlamlığı üçün təhlükəsiz,
zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;
10.5.6-3. biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
10.5.6-4. təhsillə bağlı inkişafyönlü tədbirlərdə (olimpiada, bilik yarışları, fənn müsabiqələri, konfrans, seminar, proqram və layihələrdə) iştirak etmək;
10.5.6-5. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq;”.
4. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 12, maddə 1950; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1207 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndində “dövlət təhsil” sözləri “təhsil haqqında dövlət” sözləri ilə əvəz edilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
5 fevral 2021-ci il
Azərbaycan.-2021.- 9 fevral.- S.3.