Təhsil naziri
Böyük Britaniyanın Avropa
Qonşuluğu və Amerika
üzrə dövlət naziri ilə görüşüb
Fevralın 8-də təhsil naziri Emin Əmrullayev Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton ilə görüşüb.
Təhsil
Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş
zamanı Azərbaycan Respublikası ilə Böyük
Britaniya arasında təhsil sahəsində əməkdaşlığın
hazırkı vəziyyəti və gələcək
inkişaf perspektivləri müzakirə edilib. Tərəflər,
həmçinin Britaniya
Şurasının dəstəyi ilə ölkəmizdə həyata
keçirilən layihələr ətrafında fikir mübadiləsi aparıb.
Azərbaycan.-2021.- 9 fevral.- S.3.