Gədəbəyin turizm potensialı
haqqında internet saytı
yaradılıb
Ölkəmizin qərb bölgəsində,
Kiçik Qafqaz sıra dağlarının
qoynunda yerləşən
Gədəbəy əsrarəngiz
təbiəti ilə hər kəsi valeh edir.
Yayda yaşıl örtüyə
bürünən yaylaqlar,
geniş çəmənliklər,
sıx meşələr,
dağların zirvəsindən
yamaclar boyunca axan kiçik çaylar, şəlalələr,
göllər, qayalar arasından süzülüb
axan buz bulaqlar, həmçinin qədim və zəngin tarixi abidələr Gədəbəyi
yerli və xarici turistlər üçün əvəzolunmaz
məkana çevirmişdir.
Gədəbəydə həmçinin 500-dən çox
tarixi abidə, qala və qalaçalar
da var ki,
onlardan 106-sı qeydiyyata
alınmışdır. Rayonun Söyüdlü kəndindəki
Böyük Qalaça
(eramızdan əvvəl
II-I minilliyə aid Tunc-ilk
Dəmir dövrü),
Qız qalası (IX əsr ölkə əhəmiyyətli memarlıq
abidəsi), Mahrasa kompleksi (atəşpərəstlik
dövrünün memarlıq
nümunələri), Koroğlu
qalası (XVl əsr ölkə əhəmiyyətli memarlıq
abidəsi), Simens körpüsü (XlX əsrin 60-cı illərinə
aid tikili), Böyük
Qaramurad kəndi ərazisində yerli əhəmiyyətli Alban tarixi
memarlıq abidəsi
(1634-cü il), Novosaratovka
kəndindəki
yerli əhəmiyyətli
Alban tarixi memarlıq abidəsi (1535-ci il) bu yerlərin qədimliyindən xəbər
verir.
Bundan başqa,
26 adda mineral suların,
100-dən çox təbii
müalicəvi bitkilərin,
sıx meşə massivlərinin olması rayonun füsunkar turizm imkanlarının əyani nümunələrindəndir.
İndi bütün bunlar haqqında rayonun turizm potensialını, o cümlədən tarix və mədəniyyət
abidələrinin təbliği
məqsədilə yaradılmış
http://visitgadabay.az/ internet saytından məlumat almaq mümkündür. Saytda həmçinin rayonda
fəaliyyət göstərən
istirahət mərkəzləri,
milli yeməklər, keçirilmiş tədbirlər,
milli adət-ənənələrimiz
və gəzməli-görməli
yerləri haqqında ətraflı məlumatlar
verilir.
Sabir ƏLİYEV
Azərbaycan.-2021.- 9 fevral.- S.5.