Milli Məclisin ailə, qadın uşaq məsələləri komitəsinin iclası keçirilib

 

 

Fevralın 9-da Milli Məclisin Ailə, qadın uşaq məsələləri komitəsinin onlayn formatda növbəti iclası keçirilib.

Milli Məclisin mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclası açan komitə sədri Hicran Hüseynova bildirib ki, iclasın gündəliyinə 2 məsələ daxildir. Bunlar Ailə Məcəlləsində Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələridir.

Gündəlikdəki birinci məsələ barədə məlumat verən Hicran Hüseynova diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin 2018-ci ildəÖvladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqındaimzaladığı Fərmana əsasən, Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilib bu sahədə xidmətlərin aparılması üçün elektron idarəetmə sistemi yaradılıb. İndi təklif edilən dəyişikliklər isə övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların hüquq maraqlarının qorunması, onların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır. Dəyişikliyə görə, uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır.

Layihə barədə danışan komitənin sədr müavini Jalə Əliyeva, komitə üzvləri Sədaqət Vəliyeva, Könül Nurullayeva, Nigar Arpadarai, Ramin Məmmədov, Pərvin Kərimzadə dəyişikliklərin zamanın tələbinə uyğun və aktual olduğunu qeyd ediblər, layihə barədə təkliflərini diqqətə çatdırıblar.

Layihə birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Sonra gündəliyin ikinci məsələsi barədə məlumat verən komitə sədri Hicran Hüseynova bildirib ki, Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişiklik (birinci oxunuş) uyğunlaşdırma xarakteri daşıyır qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir.

Bu qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Bununla da Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda növbəti iclası başa çatıb.

İclasda komitə üzvləri Rəşad Mahmudov, Tamam Cəfərova, Sevil Mikayılova Rauf Əliyev iştirak ediblər.

 

 

Azərbaycan. - 2021.- 10 fevral.- S.2.