İqtisadi sektorda orta aylıq əməkhaqqı 11 faizdən çox artmışdır

 

 

 

Cari il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən,  ötən illə müqayisədə 45,2 min nəfər ya 2,7 faiz artaraq 1 milyon 691,8 min nəfər olmuşdur.

Dövlət Statistika Komitəsi  bildirir ki, onlardan 910,8 min nəfəri iqtisadiyyatın dövlət, 781 min nəfəri qeyri-dövlət sektorlarında fəaliyyət göstərmişdir.

Muzdla işləyənlərin 19,6 faizi təhsil, 18,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 faizi sənaye, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,8 faizi tikinti, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 13,0 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2020-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 11,4 faiz artaraq 707,3 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə sığorta fəaliyyəti, peşə, elmi texniki fəaliyyət, informasiya və rabitə, eləcə nəqliyyat anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.

 

 

Azərbaycan. - 2021.- 10 fevral.- S.4.