Rusiya Azərbaycan kombayn istehsalı üzrə müştərək müəssisənin yaradılması məsələsini müzakirə edir

 

 

Rusiyanın kənd təsərrüfatı texnikası istehsal edənRostselmaşşirkətlər qrupu Azərbaycanda kombayn istehsalına başlanması məsələsini müzakirə edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Rostov vilayəti qubernatorunun müavini İqor Sorokin deyib.

İ.Sorokin xatırladıb ki, Özbəkistan ilə artıq belə əməkdaşlıq əlaqələri qurulub. Özbəkistanın Çirçik şəhərində yaradılmış müştərək müəssisə yüksək texnologiyalı kənd təsərrüfatı texnikası istehsal edir.

İnterfaksagentliyinin məlumatına görə, “Rostselmaş”ın baş direktoru Valeri Maltsev hələ 2019-cu ildə Azərbaycanda kənd təsərrüfatı texnikası yığılmasında ixtisaslaşan müəssisə yaradılması planı barədə məlumat vermişdi. Layihənin 2020-ci ildə gerçəkləşdirilməsi ilkin mərhələdə 50-dək kombayn istehsal edilməsi planlaşdırılırdı.

2019-cu ildəRostselmaşAzərmaşAzərbaycandaNovamarkalı kombaynların istehsalı müəssisəsinin yaradılması ilə bağlı müqavilə imzalayıb.

 

 

Azərbaycan. - 2021.- 10 fevral.- S.4.