Keçən il
10,3 min hektarda meşəbərpa tədbirləri
görülmüşdür
Ötən il Ekologiya və
Təbii Sərvətlər
Nazirliyi yanında Meşələrin İnkişafı
Xidməti tərəfindən
10382 hektar meşə
fondu sahələrində
meşəbərpa tədbirləri
həyata keçirilmişdir.
Görülmüş
tədbirlər çərçivəsində
527,3 hektar sahədə
meşə əkinləri,
121,2 hektar sahədə
meşə səpinləri
işləri aparılmış,
68,5 hektar sahədə
meşə-bağlar, 5 hektar
sahədə tez böyüyən ağac cinslərindən ibarət
sənaye əhəmiyyətli
plantasiyalar salınmış və 9660 hektar sahədə təbii bərpaya kömək göstərilmişdir. Ümumilikdə
xidmət göstərilmiş
meşə əkinlərinin,
səpinlərinin və
meşə-bağlarının sahəsi 21668,6 hektar təşkil etmişdir.
Bundan
başqa, səpin sahələrində 9,6 hektar sahəyə
toxum səpilmiş, 2,0 hektar çilik kökləndirməsi
sahələrinə 93,2 min ədəd çilik
basdırılmışdır.
2020-ci ildə
meşə fondu sahələrindən 51,0 ton
meyvə, meşə ağac və kol cinslərinin toxumları tədarük edilmişdir ki, bunların da 1,6 tonu qoz, 0,5 tonu
badam, 0,4 tonu digər meyvə ağaclarının, 46,8 tonu
palıd, 1,7 tonu digər meşə ağacları və kol cinslərinin toxumlarının payına düşmüşdür.
Azərbaycan. - 2021.- 10 fevral.- S.4.