Azərbaycan dünyada ilk olaraqSputnik V” AstraZenecaşirkətlərinin COVID-19-a qarşı  vaksinlərin birgə tətbiqi tədqiqatına icazə verdi

 

 

 

Fevralın 8-də Səhiyyə NazirliyiSputnik V” vaksininin AstraZenecaşirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin birgə tətbiqi üçün Azərbaycan Respublikasında kliniki tədqiqatların aparılması üçün icazə verib. Bu tədqiqatların cari ilin fevral ayının sonuna qədər başlanılması nəzərdə tutulur. Bu barədə AZƏRTAC-a nazirliyin Mətbuat xidmətindən bildirilib.

Daha əvvəl N.F.Qamaleya adına Elmi-Tədqiqat Mərkəzi, Rusiyanın Birbaşa İnvestisiyalar Fondu (RBİF), “AstraZeneca” şirkəti və “R-Pharm” Şirkətlər Qrupu koronavirus vaksininin hazırlanması sahəsində Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə 2020-ci ilin dekabrında əməkdaşlıq haqqında birgə memorandum imzalayıblar.

Dünyada vaksinlərin ilk birgə tətbiqi dekabrın 24-də qeydə alınan kliniki sınaqların protokolu çərçivəsində həyata keçirilir.

TədqiqatlarSputnik V” vaksininin Oksford Universiteti ilə birgəAstraZenecaşirkəti tərəfindən işlənib hazırlanmış vaksinin kombinasiya edilmiş tətbiqinin immunogenliyini təhlükəsizliyinin qiymətləndirilməsini nəzərdə tutur. Tədqiqat proqramı bir neçə ölkənin ərazisində 6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına hər bir ölkədən 100 könüllünün cəlb edilməsi planlaşdırılır.

Sputnik V” vaksini insan adenovirusu əsasında iki inyeksiya üçün eyni vektordan istifadə edən vaksinlərlə müqayisədə daha güclü uzunmüddətli immun cavabını təmin etməyə imkan verən iki müxtəlif vektorun kombinasiyasının unikal texnologiyasından istifadə edir. Birinci ikinci immunizasiya üçün iki müxtəlif adenovirus vektorunun tətbiqi üzrə sxem birinci immunizasiyadan sonra formalaşan ilk vektor immunitetinin qarşısını almağa imkan verir bununla da ikinci inyeksiyanın səmərəliliyini artırır uzunmüddətli immunitet yaradır. O cümlədən bu sxem sayəsindəSputnik V” vaksininin səmərəliliyi

90 faizdən çox olur, bununla belə preparat xəstəliyin ağır hallarına qarşı tam müdafiəni təmin edir. Koronavirusa qarşı mövcud olan qabaqcıl vaksinlər arasında hazırda yalnızSputnik V” iki müxtəlif vektor texnologiyasına malikdir.

VaksinVaccitechşirkəti ilə birlikdə Oksford Universiteti tərəfindən hazırlanıb. Bu şimpanzedə infeksiyaya səbəb olan adi soyuqdəymə virusunun (adenovirusun) zəifləmiş versiyası əsasında şimpanzenin replikasiya qüsurlu virus vektorundan istifadə edir SARS-CoV-2 (severe acute respiratory syndrome coronavirus 2 - ikinci növ koronavirusun səbəb olduğu ağır kəskin respirator sindromu) zülalının genetik materialından ibarətdir. Vaksinasiyadan sonra zülalın səthi sintezi baş verir. Bu da bu virusun ehtimal edilən sonrakı infeksiyası zamanı SARS-CoV-2-yə qarşı immunitet reaksiyasının yaranmasına səbəb olur.

 

 

Azərbaycan. - 2021.- 10 fevral.- S.5.