Pandemiya ilə ən effektiv mübarizə üsulu vaksinasiyadır
Hazırda dünya pandemiya ilə mübarizənin ən təsirli yolu olan vaksinasiya
mərhələsindədir.
Artıq iki aydan çoxdur
ki, yeni növ koronavirusa qarşı əksər ölkələrdə sürətli
peyvəndləmə işi
aparılır. Mütəxəssislər
vaksinasiyanın qlobal bəlaya qarşı daha effektiv olması
üçün bütün
ölkələrdə onun
tətbiqinin vacibliyini
önə çəkirlər.
Ümumdünya
Səhiyyə Təşkilatının
(ÜST) COVID-19 üzrə sözçüsü Tarik
Jasareviç deyib ki, təmsil etdiyi qurum pandemiyanın
ilk günlərindən
vaksinlərin hər kəsə əlçatan
olması üçün
bir mexanizm yaratmağa çalışır:
“Çünki inanırıq
ki, vaksinlərin əlçatan olması pandemiyaya nəzarəti ələ almaq üçün ən doğru tədbirdir. Bu, eyni zamanda iqtisadiyyatların
ən qısa vaxtda bərpası yoludur.
Hər hansı bir ölkədə virusa yoluxma riski yüksək
olan insanların, səhiyyə işçilərinin,
yaşlıların peyvəndlənməsinə
mane olduqca yoluxma bitməyəcək”.
O bildirib ki, buna görə
də ÜST və onun tərəfdaşları
COVAX müəssisəsini işə
salıb və həmin müəssisənin
qarşıdakı həftələr
və ya bir neçə ay ərzində vaksin ala bilməyən
ölkələri peyvəndlə
təmin etməyə
başlayacağına ümid
edir.
Dünya ölkələri ilə yanaşı, Azərbaycanda
da vaksinasiyaya başlanılıb. Yanvarın
18-dən start verilən
prosesə ilk olaraq səhiyyə işçiləri cəlb
edilib. Bildirək ki, ölkəmizdə vaksinasiya dövlət hesabına və könüllülük
prinsipi əsasında
aparılır və Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə olunur.
Fevralın 8-dən isə 65 yaşdan yuxarı şəxslərin
COVID-19 infeksiyasına qarşı
vaksinasiya prosesi start götürüb. Bu kateqoriyadan olan şəxslər
randevu.its.gov.az saytı vasitəsi
və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək
qeydiyyatdan keçə
bilərlər. Qeydiyyatdan
keçən hər bir vətəndaşa SMS məlumat göndəriləcək.
Poliklinikaya müraciət
zamanı isə həmin şəxslər
qeydiyyatdan keçirilərək
onlara məntəqəyə
gəlməli olduğu
gün və dəqiq vaxt bildiriləcək.
Vaksinasiyanın
ilk dozası üçün randevu götürüldükdə avtomatik
2-ci doza üçün
də 28 gün sonra həmin müəssisəyə və
həmin saat aralığına randevu seçilir. İkinci dozanın vurulma tarixi və digər zəruri məlumatlar vətəndaşlara
tibb məntəqəsində
təqdim edilən “Məlumat forması”nda öz əksini tapsa da, əlavə olaraq SMS vasitəsilə ikinci dozanın vurulma tarixi təkrar bildiriləcək.
Xatırladaq ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi
əleyhinə 2021-2022-ci illər
üçün Vaksinasiya
Strategiyası”nda COVID-19 infeksiyası
əleyhinə vaksinasiya
ilə əhatə olunan əhali qrupları sosial cəhətdən və tibbi cəhətdən yüksək risk qrupu olaraq ayrılır.
Sosial cəhətdən yüksək
risk qrupuna səhiyyə işçiləri,
hüquq mühafizə
orqanlarının əməkdaşları,
hərbi qulluqçular,
təhsil və sosial sektorda çalışanlar, sosial
müəssisələrdə daimi yaşayanlar, “ASAN xidmət”, “DOST” mərkəzləri,
ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərin, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər aiddirlər.
Tibbi
cəhətdən yüksək
risk qrupuna yaşı 65-dən yuxarı
olan, yəni yaşlı əhali, tənəffüs sisteminin
xroniki xəstəlikləri
olanlar, xroniki hemodializ xəstələri,
II tip şəkərli
diabetdən əziyyət
çəkən 50 yaşdan
yuxarı əhali, 18 yaşından yuxarı piylənmədən əziyyət çəkənlər
aiddir.
Məlumat üçün bildirək
ki, bu ayın
8-də Səhiyyə Nazirliyi
“Sputnik V” vaksininin və “AstraZeneca” şirkətinin Oksford Universiteti ilə birgə işləyib hazırladığı vaksinin
birgə tətbiqi üçün Azərbaycanda
kliniki tədqiqatların
aparılması üçün
icazə verib. Bu tədqiqatların cari ilin fevral
ayının sonuna qədər başlanılması
planlaşdırılır.
Tədqiqatlar “Sputnik V” vaksininin və Oksford Universiteti ilə birgə “AstraZeneca” şirkəti tərəfindən
işlənib hazırlanmış
vaksinin kombinasiya edilmiş tətbiqinin immunogenliyinin və təhlükəsizliyinin qiymətləndirilməsini
nəzərdə tutur.
Tədqiqat proqramı
bir neçə ölkənin ərazisində
6 ay davam edəcək. Bu tədqiqatların aparılmasına
hər bir ölkədən 100 könüllünün
cəlb edilməsi planlaşdırılır.
Ölkəmizdə pandemiyaya qarşı əldə olunan müsbət tendensiya sərt karantin rejiminin tədricən yumşaldılmasına da
şərait yaradıb.
Xüsusilə təhsil
sahəsində əyani
tədrisin bərpası
ilə bağlı bir çox açılımlar həyata
keçirilib. Fevralın 1-dən Bakı, Sumqayıt, Abşeronda ibtidai təhsil, məktəbəhazırlıq,
icma əsaslı qrupların fəaliyyətinə
mərhələli şəkildə
başlanılıb. İri
şəhərlərdə tədris həftədə
3 dəfə, digər
rayonlarda isə həftədə 4 və
5 dəfə olmaqla bərpa edilib.
Fevralın
8-dən isə Bakı
və Sumqayıt şəhərləri, Abşeron
rayonu istisna olmaqla ölkənin digər şəhər və rayonlarında ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə)
həftədə 5 dəfə
olmaqla həyata keçirilir. Layihə tutumu və
şagird sıxlığı
təhsilalanlar arasında
fiziki məsafəni gözləməyə imkan
verməyən ümumi
təhsil müəssisələrində
isə tədris ümumi orta təhsil səviyyəsində
(I-IX siniflərdə) həftədə
3 dəfə olmaqla keçirilir. Uşaq-gənclər
inkişaf mərkəzlərində
aşağı yaş
qruplarında (I-IV siniflər)
dərnək məşğələləri
həftədə 2 dəfə
olmaqla ənənəvi
formada keçirilir.
15 fevral tarixindən isə Bakı və Sumqayıt şəhərlərində,
Abşeron rayonunda yerləşən ümumtəhsil
müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris
həftədə 2 dəfə,
ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə)
həftədə 3 dəfə, ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə)
həftədə 2 dəfə,
xüsusi məktəblərdə
(I-IX siniflərdə) həftədə
5 dəfə olmaqla bərpa ediləcək.
Eyni zamanda bu ayın
15-dən Bakı şəhəri
üzrə fəaliyyət
göstərən dövlət
və özəl uşaq bağçaları
fəaliyyətini davam
etdirəcəklər. Bununla
bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib
ki, artıq paytaxtda uşaq bağçalarının açılışına
hazırlıq işləri
sona çatıb. Qurumun Məktəbəqədər
Təhsil Müəssisələri
və Uşaq Evləri İdarəsinin tabeçiliyində olan bütün bağçalarda
dezinfeksiya işləri
aparılıb.
Bütün bağçalar tibbi maskalar, əlcəklər,
hərarət ölçən
aparatlar, dezinfeksiya məhlulları ilə təmin edilib. Hər gün bağçaya gələn
işçi heyəti
və uşaqların
temperaturu ölçüləcək,
tərbiyəçilər tez-tez valideynlərlə əlaqə saxlayacaqlar. Həftə sonu bütün bağçalarda
tam dezinfeksiya işləri aparılacaq.
Onu da qeyd edək ki, virusun yayılmasının
və onun törədə biləcəyi
fəsadların qarşısının
alınması məqsədilə
ölkə ərazisində
xüsusi karantin rejiminin müddəti aprelin 1-dək uzadılıb.
Xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə
ölkə üzrə
bütün qapalı
və açıq məkanlarda müvafiq qaydada tibbi maskadan
istifadə məcburidir.
Yasəmən MUSAYEVA,
Azərbaycan. - 2021.-11 fevral.- S.1; 3.