Azərbaycan-Böyük Britaniya tərəfdaşlığının möhkəm bünövrəsi geniş perspektivi var

 

 

 

Bu tərəfdaşlıq işğaldan azad olunmuş ərazilərimizin bərpasında daha da möhkəmlənəcək

 

 

 

Hazırda Azərbaycanın qarşısında dayanan ən ümdə vəzifələrdən biri 30 il ərzində erməni vandallarının çapıb taladığı şəhər kəndlərimizin yenidən qurulması, məcburi köçkünlərin öz yurd-yuvasına qaytarılmasıdır. Bu məqsədlə genişmiqyaslı işlər başlanıb, yeni sosial infrastruktur layihələrinə start verilib.

 

Təqdirəlayiq haldır ki, biz bu layihələri dost ölkələrin şirkətlərinin, eləcə indiyədək tərəfdaşlıq, əməkdaşlıq etdiyimiz müəssisə qurumların yaxından iştirakı ilə gerçəkləşdirəcəyik. Prezident İlham Əliyev bu il fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən məhz bu məsələ diqqət mərkəzində olmuşdur.

 

Böyük Britaniyanın Avropa qonşuluğu Amerika məsələləri üzrə dövlət nazirinin Azərbaycana səfəri bir daha ölkələrimiz arasında güclü tərəfdaşlıq münasibətlərinin olduğunu əməkdaşlığın davam etdirilməsi üçün gələcək planları əks etdirir. Böyük Britaniya ilə, həqiqətən, sıx əməkdaşlığımız var. Uzun illərdir enerji sahəsində tərəfdaşlıq edirik. BP şirkəti Azərbaycanın ən böyük neft, qaz ixrac layihələrinə əməliyyatçılıq edir. “Azəri-Çıraq-GünəşliŞahdənizyataqlarının işlənməsi, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri digər layihələrin iştirakçısı operatoru, bir sıra layihələrin isə iştirakçısıdır.  BP ölkəmizdə iqtisadiyyatın digər sektorlarının inkişafına sosial sahəyə dəstək verir.

 

Sözügedən görüşdə Prezident İlham Əliyev BP şirkəti ilə strateji tərəfdaşlığı xüsusi qeyd edərək dedi: “Bu şirkət Azərbaycanda həyata keçirilən əsas layihələrdə lap əvvəldən investor qismində iştirak edib. “Əsrin müqaviləsi”nin vaxtının uzadılmasından sonra bizim əməkdaşlığımız bir çox onilliklər ərzində davam edəcəkdir.

 

Azərbaycanda qaz hasilatı ilə bağlı yeni hadisələri keçən ilin dekabrında tamamlanmış infrastrukturu nəzərə alaraq bizim qarşımızda indi yeni imkanlar var.  BP tərəfindən istismar olunan yataqlarda yeni mənbələrin kəşf ediləcəyinə ümid edirik. Bunun üçün bizim yaxşı perspektivlərimiz var. Bu, bizim ikitərəfli əlaqələrimizin, həmçinin digər ölkələrlə olan əməkdaşlığımızın mühüm hissəsidir. Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq buna Birləşmiş Krallıq Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərilir”.

 

 Söhbət zamanı qeyd edildi ki, iki gündən sonraCənub qaz dəhliziMəşvərət Şurasının yeddinci iclası keçiriləcək. Şuranın əvvəlki toplantılarının da hamısına Azərbaycan evsahibliyi edib. Bu dəfə layihənin nailiyyətləri nəzərdən keçiriləcək gələcək əməkdaşlıq məsələlərindən danışılacaq.

 

Dövlət başçısı vurğuladı ki, Birləşmiş Krallıqdan Azərbaycana qoyulan investisiyalar ölkəmizi müasirləşdirməyə çox kömək edib. 30 milyard dollar həcmində olan bu investisiyalar əsasən enerji sektoruna yatırılıb. Bu da ölkəmizə iqtisadiyyatı şaxələndirmək üçün neft-qaz satışından əldə olunmuş gəlirlərdən müvafiq şəkildə istifadə etmək imkanını verib. Qarşıdakı illərdə isə diqqət yönəldiləcək əsas sahə Azərbaycanın qeyri-enerji sektorunun inkişafı olacaq.

 

İndiyədək 600 Britaniya şirkətinin Azərbaycanda qeydiyyatdan keçməsi sıradan bir fakt deyil. Bu, iki ölkə arasında iqtisadi tərəfdaşlığın şaxələndirilməsinin aydın göstəricisidir. Təsadüfi deyil ki, işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işləri istiqamətində Böyük Britaniya şirkətləri ilə artıq təmaslara başlanıb. Bu şirkətlərdən biri həmin ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub. Görüləcək işlər çoxdur, odur ki, iştirakçı şirkətlərin sayı da getdikcə artacaq.

 

Prezident İlham Əliyev bildirib ki, düşmənin dağıtdığı bölgələrdə bərpa olunan enerji sahəsinin inkişafı üçün böyük potensial var. Dövlət başçısı Böyük Britaniya şirkətlərinin bu sahədə işləməyə maraq göstərdiyini vurğulayaraq deyib: “Beləliklə, biz artıq işğaldan azad edilmiş ərazilərdə gələcəyimizi planlaşdırırıq. Mən artıq bu əraziləriyaşıl zonaərazisi elan etmişəm. Biz insanların tələbatını ödəmək üçün külək, günəş sudan əldə olunan enerjidən istifadə edəcəyik. Biz artıq elektrik enerjisi ixracatçısına çevrilmişik. Bu səbəbdən bunun üçün potensial həqiqətən çox yüksəkdir”.

 

Hər iki tərəfdən qeyd olunub ki, ölkələrimiz arasında əməkdaşlıq üçün bir çox başqa sahələr böyük əhəmiyyət kəsb edir. Odur ki, görüşdə postmünaqişə vəziyyəti, işğaldan azad olunmuş ərazilərdəyaşıl enerjikonsepsiyasının tətbiqi, vətəndaş cəmiyyətinin inkişafı, gender bərabərliyi, energetika, o cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Bu da gələcəkdə əməkdaşlığın daha geniş möhkəm olacağına zəmin yaradır.

 

 

 

Flora SADIQLI,

 

 

Azərbaycan. - 2021.- 11 fevral.- S.1; 4.