İnkişafın yeni konturları

 

 

 

Milli prioritetlər sistemli mütərəqqi islahatların davamlılığını təmin edəcək

 

 

 

Uğurlu sosial-iqtisadi siyasi nailiyyətlər, milli multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir. Azərbaycan dövləti ölkədə əhalinin rifahının daha da artırılması üçün sosialyönümlü bazar iqtisadiyyatının inkişaf etdirilməsi yolunu seçmişdir”.

 

Prezident İlham ƏliyevinAzərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamında qeyd edilən bu fikirlər bir daha təsdiq edir ki, dövlətin əsas hədəflərini müəyyənləşdirən, növbəti 10 il üzrə yeni yol xəritəsini təqdim edən dövlət başçısının inkişaf siyasəti ardıcıl sistemlidir. Azərbaycanda sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin müəyyənləşdirilməsi  növbəti illərdə daha yüksək iqtisadi göstəricilərin əldə olunmasına zəmin yaradır. Yeni prioritetlər, ilk növbədə, milli iqtisadiyyatın daha da şaxələndirilməsini təmin etmək baxımından tamamilə yeni imkanlar açır.

 

Əvvəlki illərdə həyata keçirilən sosial-iqtisadi siyasət quruculuq işləri ərazi bütövlüyünün təmin edilməsi uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaradır. Belə ki, indiyədək qazanılmış nailiyyətlər imkan verir ki, Azərbaycan qarşısına daha yüksək məqsədlər qoysun bundan irəli gələn vəzifələri müəyyənləşdirsin. Prezident İlham Əliyevin təsdiq etdiyi milli prioritetlər ölkəmizin yeni inkişaf mərhələsinə yüksəldilməsi ilə bağlıdır.

 

Beş milli prioritetin gerçəkləşdirilməsinə xidmət etmək hər bir vətəndaşın borcu, Azərbaycanda işləyən hər bir insanın mənəvi öhdəliyidir.

 

Yəni sosial-iqtisadi inkişafın bazasını müəyyən edən milli prioritetlərin qorunması reallaşdırılmasına xidmət etmək isə hər birimizin ümdə vəzifəsidir.

 

Ümumiyyətlə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərölkəmizin bütün sahələrdə sürətli inkişafına təkan verən vəzifələrin müəyyən olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu sənəd Azərbaycanın sosial-iqtisadi inkişafının Vətən müharibəsindən sonrakı dövrdə yaranmış yeni şərtlərə uyğun başlıca istiqamətlərini özündə ehtiva edir. Çünki Vətən müharibəsindən sonra regionda tamamilə yeni iqtisadi imkanlar yaranıb. Azərbaycanın əldə etdiyi zəfər nəticə etibarilə həm Cənubi Qafqazın tarixində yeni bir dövrün başlaması üçün unikal imkanlar açıb. Təbii ki, yaranmış yeni situasiya həm qarşıya yeni vəzifələr qoyur. Bu sənəd həmin vəzifələrin müvəffəqiyyətlə həyata keçirilməsinə imkan yaradacaq.

 

Onu da vurğulayaq ki, müəyyən olunmuş prioritetlər sırasında işğaldan azad olunmuş ərazilərə qayıdışın tarixi siyasi əhəmiyyəti var. Çünki Ermənistanın işğalı altında qalan rayonların ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, eyni zamanda beynəlxalq regional əhəmiyyətli nəqliyyat-logistika dəhlizlərinin fəaliyyətə başlaması həm Azərbaycan iqtisadiyyatına əlavə güc qatacaq, həm bölgədə qarşılıqlı faydalı əməkdaşlıq mühitinin formalaşmasını şərtləndirəcək.

 

Son 17 ildə sosial-iqtisadi mədəni həyatda böyük təkamül yolunu inamla keçən Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edib, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, cəmiyyətdə dövlətçilik ənənələri güclənib. Geniş sosial-iqtisadi infrastruktur quruculuğunun uğurla həyata keçirilməsi ölkənin hərbi qüdrətinə müsbət təsir göstərib. Torpaqlarımızın işğaldan azad edilməsində ölkəmizin ərazi bütövlüyünün bərpasında bu amillərin həlledici rolu olub. Azərbaycanın hərb diplomatiya sahəsində əldə etdiyi uğurlar bu gün yeni, sistemli davamlı islahatlara yol açır.

 

44 günlük Vətən müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlandı. Əldə olunan qələbə iqtisadiyyatda yeni inkişaf perspektivləri müəyyən edib.

 

Bir sözlə, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli PrioritetlərAzərbaycanın davamlı yüksəlişinə böyük töhfələr verəcək. Milli prioritetlərin reallaşması həm milli birliyimizin daha bir təntənəsi kimi öz təzahürlərini tapacaq. Çünki bu gün Azərbaycanda mövcud olan milli həmrəylik, dövlət xalq arasında qarşılıqlı etimad istənilən vəzifəni müvəffəqiyyətlə yerinə yetirməyə imkan yaradır.

 

 

 

Rəşad BAXŞƏLİYEV,

 

Azərbaycan. - 2021.- 11 fevral.- S.1;3.