Əhalinin 93 faizi Paşinyanın istefasını
tələb edir
Ermənistandakı gərgin siyasi proseslərin gedişi hakimiyyətə qarşı
tədricən etimadsızlığın
formalaşdığını üzə çıxarır.
Ölkədə bütün
sahələrdə problemlər
günbəgün artır.
Paşinyan iqtidarı isə onları həll edə bilmədiyindən ciddi çətinliklər
yaranır. Bu ağır vəziyyət əhalinin hakimiyyətə qarşı
narazılığını xeyli artırıb.
Media bunun əyani sübutu kimi tanınmış erməni
teleqram kanallarından
olan “Mediaport”un keçirdiyi sorğunu göstərir. Sorğuda Ermənistan vətəndaşlarından
“Əgər bu həftə - bazar günü parlamentə növbədənkənar seçkilər
keçirilsə, “Mənim
addımım” fraksiyasının
üzvlərinə səs
verərdinizmi?” - deyə
soruşulub. Ermənilərin
5 faizi “hə”, 3 faizi cavab verməkdə
çətinlik çəkdiyini,
93 faizi isə “yox” deyib.
Görünən odur ki, ölkədə
yaranan böhranlı vəziyyət insanları
hakimiyyət barədə
daha pessimist düşünməyə vadar
edir. Qeyd olunur ki, çıxılmaz
duruma düşməyin
yaratdığı pis
duyğular, Ermənistanın
perspektivinə inanmamaq
artıq dayanıqlı
şəkil alır. Bu da insanların
davranışına və
əhvali-ruhiyyəsinə təsir
edir.
Böhran Ermənistanda həyatın
bütün sahələrini
ağuşuna alıb.
Yalnız iqtisadi sferada baş verənlər vəziyyətin
nə qədər acınacaqlı olduğunu
göstərir. Artıq
iqtisadçılar dövlət
borcunun həddən çox olması barədə həyəcan
təbili çalırlar.
Ermənistanın keçmiş sənaye
və ticarət naziri Karen Çşmarityan
“4rd.am” saytına verdiyi
müsahibəsində bildirib
ki, problem Ermənistanın ümumi
iqtisadi siyasəti ilə bağlıdır.
“Əgər mövcud
iqtisadi geriləmə
tempi daha 2 ay belə davam
etsə, bundan sonra nə olacağını
söyləmək çətindir.
Bütün bunların
necə bərpa edilə biləcəyini düşünmək qəliz
məsələ olacaq.
Bu gün milli, dövlət maraqlarımız təhlükə
altındadırsa, hansı
milli iqtisadiyyatdan danışa bilərik”, -
deyə o sual edib.
Qeyd edək ki, Ermənistanda
gözlənilən defolt
bu ölkənin xarici borc öhdəlikləri
sahəsində ciddi çətinliklərin meydana
çıxmasına rəvac
verəcək. Çünki
defolt o deməkdir ki, dövlət borc öhdəliklərini
vaxtında yerinə yetirə bilmir. Ermənistan onsuz da borc öhdəliklərini
çətinliklə yerinə
yetirir. Əslində,
borc öhdəlikləri
başqa borclar hesabına yerinə yetirildiyindən ölkənin
xaricdən olan iqtisadi asılılığı
da sürətlə artır.
Ermənistan hakimiyyəti üçün
daha bir problem ölkədən kapital axınının artması ilə bağlı yaranıb. “Joxovurd” qəzeti etibarlı mənbələrinin
təqdim etdiyi statistikaya əsasən yazır ki, Nikol Paşinyan hakimiyyətə gəldikdən
sonra Ermənistandan xaricə pul axını rekord həddə artıb. Qeyd olunur ki, hökumətdə
təmsil olunan oliqarx siyasətçilər
və biznesmenlər digərlərinin başına
gələnlərdən dərs
çıxararaq Paşinyanın
toruna düşməmək
üçün Ermənistanı
tərk etmək qərarına gəliblər.
10 ay ərzində Ermənistan kimi kiçik və büdcə kəsiri ilə
dövlət borcu getdikcə artan bir ölkədən 1 milyard ABŞ dollarına yaxın pulun xaricə çıxarılması
yaxşı heç nə vəd etmir. “Çünki bu, həmin oliqarx siyasətçilərin
Ermənistandakı bizneslərinin
bağlanması və
iqtisadiyyata yatırdıqları
sərmayənin geri götürülməsi
deməkdir ki, nəticədə müharibədə
məğlub olan bir ölkədə işsizlik və yoxsulluğun səviyyəsi
daha da artacaq.
Belədə zərbə
Paşinyana yox, erməni xalqına dəyəcək”, - deyə
qəzet yazır.
Ağır sosial-iqtisadi vəziyyət
fonunda Ermənistanda miqrasiya probleminin daha da dərinləşməsi
müşahidə olunur.
Hadisələrin real inkişaf axarı göstərir ki, bu gedişlə miqrasiya Ermənistanda əsl demoqrafik fəlakət yaradacaq. Hakimiyyətin bu məsələnin həlli
istiqamətində atdığı
addımlar isə faktiki olaraq iflasa uğrayıb. Məsələnin bu tərəfinə nəzər
salan etnoqraflar bildirirlər ki, ölkə rəhbərliyi
indiyədək miqrasiya
prosesini dayandıra, qarşısını ala
bilməyib.
“İravnuk” qəzeti isə sosioloqlara istinadən yazır ki, Ermənistan əhalisinin 45 faizi tam kasıblıq həddində yaşayır.
Araşdırmalar nəticəsində
həmin 45 faizin 13 faizinin dilənçi vəziyyətdə yaşadığı
məlum olub. “Müəyyən etdik ki, ağır sosial vəziyyətlə əlaqədar uşaqlar məktəbə getmirlər.
Ailələr buna səbəb olaraq həmin uşaqların ayaqqabı və isti geyimlərinin olmamasını göstərirlər”,
- deyə qəzet yazır.
Beləliklə, mövcud vəziyyət qarşıdakı dövrün
Ermənistanda siyasi və sosial-iqtisadi baxımdan ağır fəsadlarla zəngin olacağını göstərir.
Ona görə ekspertlər ölkədəki
böhranın daha da dərinləşəcəyini
labüd hesab edirlər.
Elçin CƏFƏROV,
Azərbaycan. - 2021.- 11 fevral.- S.1; 5.