Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə
konfrans keçirilib
Fevralın 10-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin təşəbbüsü ilə
“Vətən müharibəsindən
sonra işğaldan azad edilmiş ərazilərdə ekoloji
vəziyyət, perspektiv
layihələr və
innovativ Qarabağ” mövzusunda onlayn konfrans keçirilib.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a verilən məlumata
görə, parlamentin
təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov onlayn tədbiri açaraq bildirib ki, konfrans
çox aktual mövzuya həsr olunub.
Komitə
sədri diqqətə
çatdırıb ki,
Azərbaycan Prezidenti,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz
30 ilə yaxın işğal altında olan torpaqlarımızı
44 günlük Vətən
müharibəsi nəticəsində
azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Hazırda işğaldan azad edilmiş ərazilərin yenidən
qurulması və bərpası işləri
qarşıda dayanan ən mühüm məsələlərdən biridir.
Sadiq Qurbanov bildirib ki, XXI əsrin əsas çağırışlarından
biri ekoloji tarazlığın təmin
edilməsidir. Buraya təbii
resursların intensiv istismarının, neft-qaz və kömür hasilatının məhdudlaşdırılması,
bərpaolunan enerji növlərinə, yaşıl
və mavi iqtisadiyyata üstünlük
verilməsi, su ehtiyatlarının səmərəli
istifadəsi, karbon qazının həcminin azaldılması, təkrar
emal və digər məsələlər daxildir.
Sonra
onlayn konfransda çıxış edən
ekologiya və təbii sərvətlər
naziri Muxtar Babayev, energetika nazirinin müavini Samir Vəliyev, iqtisadiyyat nazirinin müavini Elnur Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, kənd təsərrüfatı
nazirinin müavini İlhamə Qədimova, Kiçik və Orta Sahibkarlığın
İnkişafı Agentliyinin icraçı direktoru Orxan Məmmədov, Qarabağ Dirçəliş Fondunun
İdarə Heyətinin
sədri Rəhman Hacıyev, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qarşıda duran vəzifələrlə bağlı
fikirlərini bildiriblər.
Tədbirdə
işğaldan azad edilmiş ərazilərə
qayıdış, ətraf
mühitin qorunması
və enerji təminatı, sahibkarların
quruculuq işlərinə
cəlb olunması, həmin torpaqlarda dövlət-özəl sektor
əməkdaşlığının perspektivləri, bölgədə
kənd təsərrüfatının
inkişafı və digər məsələlər geniş müzakirə olunub.
Onlayn konfransa yekun vuran komitə sədri Sadiq Qurbanov konfransın səmərəli keçdiyini
bildirib, səslənən
fikir və təkliflərin faydalı
olacağına əminliyini
ifadə edib.
Azərbaycan. - 2021.- 11 fevral.- S. 2.